Bu günün tarixi (11.02.2014) Şuşa rayonu Malıbəyli və - TopicsExpress



          

Bu günün tarixi (11.02.2014) Şuşa rayonu Malıbəyli və Quşçular kəndlərinin işğalından 22 il ötür Miladi: 11 fevral 2014 Hicri: 11 rəbiul axir 1435 İlin 42-ci günü İlin sonuna 323 gün qalır Bu günün namaz vaxtları Fəcr - 06.28 Günəş - 07.39 Zöhr - 12.58 Əsr - 16.11 Məğrib - 18.24 İşa - 19.42 1725 — Rusiya Xarici İşlər Kollegiyası işğal olunmuş Xəzərətrafı ərazilərdə erməni əhalisinin yerləşdirilməsi barədə fərman verib. Bu, çar Rusiyasının ermənilər vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək siyasətinin ilk praktik addımı idi. Çar I Pyotr sələflərinə məhz bu siyasəti vəsiyyət etmişdi. 1829 — Rus səfiri, Aleksandr Qriboyedov, Tehranda qətlə yetirilib. 1847 — amerikalı elektrotexnik, ixtiraçı Tomas Alva Edison dünyaya gəlib. 1873 — İspaniyada Birinci Respublika bərqərar olub. 1914 — Xalq artisti Rəmziyyə Veysəlova dünyaya gəlib. 1920 — Bakı Fəhlə klubunun binasında qeyri-leqal şəkildə Azərbaycan kommunistlərinin birinci qurultayı başlayıb. 1920 — Fətəli xan Xoyski Rusiyanın xarici işlər naziri Çiçerinə ikinci cavab notasında Azərbaycanın müstəqilliyinin tanınması barədə məlumat verib. 1921 — Bakıda əməkçi qadınların I Qurultayı başa çatıb. 1935 — Zərbəçi kolxozçuların II Ümumittifaq qurultayı başlayıb. 1943 — Stalin sovet atom bombasının hazırlanması barədə göstəriş verib. 1945 — Stalin, Ruzvelt və Çörçillin iştirak etdiyi Yalta konfransı başa çatıb. 1948 — Sovet kinorejissoru Sergey Eyzenşteyn vəfat edib. 1953 — SSRİ İsrail ilə diplomatik əlaqələri kəsib. 1959 — Kiprin yunan və türk toplumları arasında Sürix sazişi imzalanıb. 1969 — amerikalı aktrisa Cennifer Eniston anadan olub. 1979 — İranın sonuncu baş naziri Şapur Bəxtiyar Fransaya qaçıb. İranda İslam İnqilabı tam qələbə çalıb. 1981 — Aktyor Möhsün Sənani vəfat edib. 1984 — Yevlax-Balakən dəmir yol xətti istifadəyə verilib. 1990 — Afrika Milli Konqresinin lideri Nelson Mandela 27 il sonra həbsdən azad edilib. 1992 — Azərbaycan Respublikası İspaniya ilə diplomatik əlaqələr qurmuşdur. 1992 — Erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal ediblər. 2000 — Azərbaycan Respublikası Surinam ilə diplomatik əlaqələr qurmuşdur. 2000 — Prezident Heydər Əliyev Baş Dövlət Vergi Müfəttişliyinin ləğv edilməsi, onun bazasında Vergilər Nazirliyinin yaradılması barədə fərman verib. 11 fevral vergi xidməti işçilərinin peşə bayramı günü kimi qeyd olunur. 2004 — Prezident İlham Əliyev Azərbayjan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında fərman imzalayıb. Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində respublikanın bölgələrinin iqtisadi mənzərəsi köklü şəkildə yaxşılaşmış, geniş aqrar-sənaye, sosial, energetika və kommunikasiya infrastrukturu yaranmış, 700 mindən çox yeni iş yerləri açılmışdır. 2005 — Astronomlar tarixdə ilk dəfə doğma Qalaktikadan ayrılaraq, qalaktikalararası fəzaya uçan ulduz aşkar ediblər. 2006 — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə Rambuye sarayında ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan Prezidenti Robert Koçaryanla görüşüb. 2009 — Hərbi hava qüvvələri və HHM qoşunları komandanı general Rail Rzayev qətlə yetirilib.
Posted on: Tue, 11 Feb 2014 05:15:49 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015