Buda bizden size gozel bir ders vesaiti Kriptoqrafiyaya Giris - TopicsExpress



          

Buda bizden size gozel bir ders vesaiti Kriptoqrafiyaya Giris İnformasiyanın lazımi ünvana gizli ötürülməsinin tarixən üç əsas üsulu formalaşmışdır: 1. Abonentlər arasında tam etibarlı, başqalarının əli yetməyən rabitə kanalı yaratmaq. Bu üsul informasiyanın maddi daşıyıcılarının (perqament, kağız, maqnit lenti), ötürmənin fiziki kanallarının (naqil rabitə xətti, radiokanal, vibro-akustik kanal və s.) düşməndən fiziki qorunmasını nəzərdə tutur. İnformasiyanın fiziki qorunması zamanı əsas məsələ tutulması çətin olan rabitə kanalının seçilməsidir. Eyni zamanda məlumatların tutulmasını çətinləşdirən üsullar da mövcuddur. Digər vacib məsələ gizli informasiyanın sızması faktının vaxtında aşkarlanmasıdır. Qeyd edək ki, məsafədəki abonentlər arasında böyük həcmdə informasiyanın dəfələrlə ötürülməsi üçün mütləq etibarlı rabitə kanalının yaradılması elmin və texnikanın müasir inkişaf səviyyəsində praktik olaraq real deyil. 2. Açıq rabitə kanalından istifadə etmək, ancaq informasiyanın ötürülməsi faktının özünü gizlətmək. İnformasiyanın ötürülməsi faktının gizlədilməsinin vasitə və metodlarının işlənilməsi ilə steqanoqrafiya məşğul olur. Maraqlıdır ki, steqanoqrafiya sözü yunan dilində «gizlədilmiş yazı» mənasını (steganos gizlədilmiş), kriptoqrafiya isə «gizli yazı» mənasını verir. İnformasiyanın steqanoqrafik qorunması metodlarının spektri olduqca rəngarəngdir. Steqanoqrafik metodların ilk izləri çox qədimlərə gedib çıxır. Məlumatın gizlədilməsi üsullarından biri qədim yunan tarixçisi Herodotun əsərlərində göstərilir: e.ə. V əsrdə əsir düşmüş hökmdarlardan biri öz qohumuna gizli məktub göndərmək üçün öz qulunun başını ülgüclə qırxır və məktubu onun başına yazır. Saçı uzandıqdan sonra qul yola düşür. Ünvana çatdıqda onun saçını yenidən qırxaraq məlumatı oxuyurlar. Hələ qədim romalılar sətirlər arasında görünməyən mürəkkəblərlə yazırdılar, belə mürəkkəb kimi meyvə şirələri, sidik, süd və bəzi digər təbii maddələr istifadə olunurdu. XIX-XX əsrlərdə adi şəraitdə görünməyən simpatik mürəkkəblər istifadə olunurdu. Gizli məlumatı zərərsiz söz birləşmələrinin müəyyən hərflərində yerləşdirirdilər, mətndə əhəmiyyətsiz stilistik, orfoqrafik, durğu xətaları daxil etməklə ötürürdülər. Detektivlərdən «mikronöqtə» metodu məlumdur: məlumat müasir texnikanın köməyi ilə çox kiçik daşıyıcıya (mikronöqtəyə) yazılır və adi məktubla, məsələn, markanın altında və ya əvvəlcədən şərtlənmiş başqa yerdə göndərilir. Müasir dövrdə hesablama texnikasının və yeni informasiya kanallarının sürətli inkişafı ilə əlaqədar olaraq qorunan informasiyanın kompüterdə, hesablama şəbəkələrində saxlanan böyük həcmdə informasiya daxilində gizlədilməsinin çox incə üsulları məlumdur. Artıq yeni istiqamət kompüter steqanoqrafiyası haqqında danışmaq olar. 3. Açıq rabitə kanalından istifadə etmək, lakin informasiyanı elə çevrilmiş şəkildə ötürmək ki, onu yalnız qanuni alan bərpa edə bilsin. İnformasiyanın qanunsuz istifadəçilərdən qorunması məqsədi ilə çevrilməsi metodlarının işlənməsi ilə kriptoqrafiya məşğul olur. «gizli» və γραφω«Kriptoqrafiya» sözü yunan dilində kriptos (kryptos) «yazı» sözlərindən yaranmışdır. Bu terminin mənası(grapho) vacib məlumatıkriptoqrafiyanın tarixən birinci məsələsini ifadə edir gizli saxlamaq. Sadalanan metodlardan fərqli olaraq kriptoqrafiya ötürülən məlumatları "gizlətmir", onları düşmənin anlaması qeyri-mümkün olan şəklə çevirir. Bu halda ələ keçirilmiş məlumatda düşmən işarələrin qarışıq yığınını görür, məlumatın mənası ona aydın olmur. Qeyd etmək lazımdır ki, informasiyanın ən səmərəli mühafizəsi göstərilmiş bu üsulların kompleks şəkildə istifadəsi zamanı əldə edilir. Tarix belə kompleks mühafizənin çoxsaylı nümunələrini bilir. Kriptoqrafiyada adətən düşmənin rabitə kanalına tam nəzarət etməsi fərziyyəsindən çıxış edilir. Baza modeli açıq rabitə kanalına girişi olan və qulaq asmaq yolu ilə göndərəndən alana ötürülən bütün məlumatları ələ keçirən düşmənin varlığını fərz edir. Düşmən tərəfindən ötürülən məlumatlara qulaq asılması (sonradan analiz etmək üçün) məlumatların passiv tutulması adlanır. Düşmən informasiya ötürülməsi onları aktiv dəyişdirə bilər,prosessinə aktiv müdaxilə də edə bilər abonentlərdən birinin adından saxta məlumat da göndərə bilər və s. Belə hərəkətlər məlumatların aktiv tutulması adlanır. Düşmənə əks-təsir üsulları kriptoqrafik metodların tətbiqinə əsaslanır. Klassik biraçarlı (simmetrik) kriptoqrafik sistem (kriptosistem) şəkildə təsvir olunub. Intibah Dovru KriptoQrafiya Sezarın dövründən XIV əsrədək olan dövrlərdə tətbiq olunan şifrləmə sistemləri və şifrlər barədə çox az şey məlumdur. Açıq mətnin hərflərinin xüsusi işarələrlə əvəz olunduğu bir sıra işarə şifrləri məlumdur. Böyük Karlın (780-814) şifri belə şifrlərdəndir. "Yəhudi şifri" adlanan şifr məlumdur, bu şifrdə hərflərin əvəzlənməsi ikinci sətri belə düzəldilən əvəzetmə ilə həyata keçirilirdi: əlifba iki hissəyə bölünürdü, ikinci yarının hərfləri birinci yarının hərflərinin altında tərs sıra ilə yazılırdı. Orta əsrlərdə istifadə edilən şifrlər olduqca sadə idilər. Cümlələr ya şaquli, ya da tərsinə yazılırdı, saitlər nöqtələrlə əvəz edilirdi, xarici dil əlifbalarından istifadə edilirdi. Sadə əvəzetmə şifrlərindən sadələşdirilmiş Sezar şifrindən istifadə edirdilər, bu şifrdə hər bir hərf əlifbada özündən sonra gələn hərflə əvəz edilirdi, daha mürəkkəb sistemlərdə isə hərflər xüsusi icad edilmiş işarələrlə əvəz edilirdi. Venesiya hökumətinin bir çox məktubları 1226-cı ildə olduqca orijinal bir çox sözün sait hərfləri nöqtələrlə və kiçikqaydada şifrlənmişdi xaçlarla əvəz olunurdu. Alanın onları necə oxuması indiyə qədər naməlum qalır. Lakin söhbətin kriptoqrafiyadan getdiyi aşkardır. Orta əsrlərdən tarixdə Avropa kriptoqrafiyası ilə bağlı yalnız bir neçə ad qalmışdır. Rəvayətə görə missioner Müqəddəs Bonifatsi (Almaniya) XIII əsrdə Qərbi Avropaya “Kriptotapmacalar toplusu” gətirmişdi, burada sait hərflər nöqtələrlə əvəz edilirdi. İngilis fransiskançı monaxı, Oksford universitetinin professoru, riyaziyyatçı, optik, astronom, ərəb və latın dillərini mükəmməl bilən Rocer Bekon (1214-1292) təxminən 1267-ci ildə yazdığı “Gizli təcrübələr və magiyanın etibarsızlığı” kitabında sirrin gizlədilməsinin bir neçə metodunu verirdi: sait hərflərin buraxılması, metaforlardan, xarici əlifba hərflərindən, stenoqrafiyadan istifadə. Rocer Bekon həm də görkəmli ixtiraçı idi, onun ən məşhur ixtirası 1268-ci ildə təklif etdiyi eynəkdir. R.Bekon barıtın tərkibini də tapmışdı. Bekon "de nulitate Magiae" əsərində (1242-ci il) barıtın tərkibini şifrlənmiş anaqram şəklində göstərmişdi, lakin sürətli kompüterlər meydana çıxana kimi bu anaqramı açmaq mümkün olmamışdı. Barıtın kəşfi isə yüz il sonra yaşamış Bertold Şvarsın adına yazılırdı, rəvayətə görə onu barıt çəlləyində edam etmişdilər. Məşhur Avropa kriptoqraflarından biri ingilis yazıçısı, həvəskar-astronom Ceffri Çoserdir. XIV əsrin 70-ci illərində Çoser öz kralının İtaliyada və Fransada gizli diplomatik tapşırıqlarını yerinə yetirirdi. Onun bütün gizli yazışmalarında sadə əvəzetmə şifri işlədilirdi. Hətta şerlərində də şifrlənmiş bəndlərdən istifadə edirdi. Orta əsrlərdə Avropa kriptoqrafiyası şübhəli şöhrət qazanmışdı. Kriptoqrafiyanı qara magiya, okkultizmin müəyyən forması, əlkimya, yəhudi kabbalası ilə eyniləşdirməyə başlamışdılar. Məlumatın şifrlənməsinə mistik qüvvələr çağırılırdı. Məsələn, «sehrli kvadrat»lardan istifadə etmək məsləhət görülürdü. Xanalarına 1-dən başlayaraq ardıcıl natural ədədlər yazılmış kvadratın hər bir sütunu, hər bir sətri və hər bir diaqonalı üzrə ədədlərin cəmi eyni olarsa, belə kvadrat sehrli kvadrat adlanır. Avropada sehrli kvadratın ilk təsvirinə məşhur alman rəssamı Albrext Dürerin «Melanxoliya» qravüründə (1514) rast gəlinir. Bu 4x4 ölçülü sehrli kvadrata 1-dən 16-ya natural ədədlər elə yazılıb ki, hər sətirdə hər sütunda və hər diaqonaldakı ədədlərin sayı 34-ə bərabərdir. Sehrli kvadratlar öz adlarını ərəblərdən almışdır, onlar belə ədədi xassələrdə və birləşmələrdə fövqəladə və mistik bir şey görürdülər və onları talisman kimi qəbul edirdilər. Xanalarının sayı tək olan sehrli kvadratların tərtibi üçün çox sadə ümumi üsul var. Xanalarının sayı cüt olan sehrli kvadratların tərtibi üsulları isə xeyli çətindir. Şifrlənən mətn sehrli kvadrata onun xanalarının nömrələrinə uyğun yazılırdı. Əgər sonra belə cədvəlin məzmunu sətirlər üzrə oxunsa, ilkin məlumatın hərflərinin yerdəyişməsi nəticəsində formalaşmış şifrmətn alınacaq. Orta əsrlərdə hesab edirdilər ki, sehrli kvadratların köməyi ilə yaradılmış şifrmətnləri təkcə açar deyil, sehrli qüvvə də qoruyur. Sehrli kvadrata və ona QATAR ALTIDA GƏLİR məlumatının yazılması misalı aşağıdakı cədvəldə göstərilib. Sağdakı cədvəlin məzmununu sətirlər üzrə oxumaqla alınmış şifrmətn doğrudan da sehrli şəkildədir: RTAƏ RDAT IALG AİLQ. Kvadratın ölçüsünün artması ilə sehrli kvadratların sayı sürətlə artır. 3x3 ölçülü yalnız bir sehrli kvadrat var (onun dönmələri sayılmasa). 4x4 ölçülü sehrli kvadratların sayı artıq 880, 5x5 ölçülü sehrli kvadratların sayı isə təqribən 250000-dir. İtalyan kriptoqrafiyasında şifrlərlə yanaşı informasiya mühafizəsinin kodlar (kodlama) meydana çıxır. Məlumatı hərfbəhərfikinci forması gizlədən şifrlərdən fərqli olaraq kodlarda bütöv sözlər və cümlələr əvəz olunur. Məsələn, AABRT kimi kod qrupu «mümkün qədər tez» açıq mətninə uyğun ola bilər. Kod şifrdən onunla fərqlənir ki, açıq mətnin çevrilməsinə formal tərəfdən deyil, linqvistik cəhətdən yanaşır. (Gündəlik danışıqda «kod» terminini çox vaxt «şifr» termini ilə qarışdırırlar.) Şifrlər ayrı-ayrı bitlərlə, hərflərlə, işarələrlə, kodlar isə linqvistik elementlərlə (hecalarla, sözlərlə, söz birləşmələri ilə) işləyir. Kodlama bir qayda olaraq, yalnız ayrıca hərflər üçün deyil, bütöv sözlər və ən çox işlənən frazalar və cümlələr üçün ədədi uyğunluqlar (ekvivalentlər) göstərilən müfəssəl cədvəlin və ya kodlar lüğətinin tətbiqini nəzərdə tutur. Vatikan arxivlərində bizim günlərədək saxlanan ən qədim (XIV əsr) kodlanmış sənədlərdən birində adların və titulların, bəzən də sözlərin kodlanmış şifrləri var. Arxivin sənədlərindən biri papa tərəfdarları (qvelflər) ilə Müqəddəs Roma imperiyası imperatorları (qibbelinlər) arasındakı mübarizə dövrünə aiddir. Bu sənəddə qibbelinlər “misirlilər”, qvelflər “İsrail övladları” adlanır. Bundan başqa ən çox işlənən sözləri əvəzetmək üçün kiçik kod da var. Məsələn, “kral” sözü “A”, Roma imperatoru “D” hərfi və s. ilə əvəz olunurdu. adların gizlədilməsi ilə əlaqədar olaraq kodlarİlkin məqsədə görə "nomenklator" adını almışdı. Ancaq belə kodlama qismən gizlətmə xarakteri daşıyırdı, məlumatı tamamilə gizlətmirdi. Bütün məlumatı tamamilə gizlədən kodlar yalnız XVI əsrdə meydana gəlmişdi. Sadə nomenklatorlarda kod ikihərfli kodla şifrlənən bir neçə on sözdən və frazadan ibarət idi. Vaxt keçdikcə nomenklatorlarla əvəz edilən sözlərin siyahısı iki-üç min söz və heca ekvivalentə qədər artdı. Əvvəllər diplomatik və hərbi kriptoqrafik sistemlərdə çox vaxt olduqca müfəssəl kodlardan istifadə olunurdu. Orta əsrlərin qaranlıq illərində şifrləmə praktikası ciddi gizli saxlanırdı. Məsələn, xaç yürüşləri zamanı Roma papasının yanında xidmət edən şifrçilər bir il işlədikdən sonra fiziki məhv edilirdilər. İlk homofon əvəzetmə şifri İntibah dövründə italyan şəhər-dövlətlərində elm və sənətin çiçəklənməsi ilə paralel kriptoqrafiya fəal inkişaf edir. Şifrləri yalnız dövlət və kilsə hakimiyyəti deyil, elmi kəşflərin birinciliyi üçün alimlər də tətbiq edirlər. Çox vaxt alimlər kafir hesab olunmamaq və inkvizisiyanın təqiblərinə məruz qalmamaq üçün elmi hipotezlərini şifrləyirdilər. Əvvəlcə qərb şifrləmə əlifbaları açıq mətnin hər bir hərfinin yalnız bir işarə ilə əvəz edilməsini nəzərdə tuturdu. 1401-ci ildə Mantua hersoqluğunda ixtira edilmiş şifrdə ilk dəfə sait hərflərə bir neçə işarə uyğun qoyulur. Hersoqun katibi Simeone de Crema şifrə sait hərflər üçün homofonlar daxil etdi ki, tutulan məlumatı çözməyə çalışan istənilən şəxsə çətinlik yaransın. Sonralar belə şifrləri çoxişarəli əvəzetmə şifrləri və ya homofon adlandırdılar. Homofonların bütün hərflər üçün deyil, yalnız saitlər üçün işlənməsi faktı sübut edir ki, həmin dövrdə şifrmətndə işarələrin rastgəlmə tezliyinə əsaslanan kriptoanaliz metodları məlum imiş. XIV əsrdə Roma papası gizli dəftərxanasının əməkdaşı Çikko Simonetti tərəfindən yazılmış kitab meydana çıxır. Bu kitabda çoxişarəli əvəzetmə şifrlərinin, şüar şifrinin təsviri verilir, bu şifrdə əvəzetmə belə müəyyən olunur: əlifbanın altında şüarın müxtəlif hərfləri sıra ilə yazılır, sonra isə şüarda olmayan hərflər yazılır. 1440-cı ildə İohan Qutenberq tərəfindən kitab çapının ixtirası əhalinin savadlılığını hissolunacaq qədər yüksəltdi. Yazışmalar canlanır, gizli məlumat mübadilələrinin həcmi böyüyürdü. Digər tərəfdən kitablar özləri də hazırda da istifadə olunan "kitab şifrlərini" doğurdu. XV əsrdə papa XII Klementinin katibi Qabriel de Lavindanın "Şifrlər haqqında traktat" kitabı meydana çıxdı. Kitabda mütənasib əvəzetmə şifrinin təsviri verilirdi. Bu şifrdə hər bir hərf həmin hərfin açıq mətndə rastgəlmə tezliyinə mütənasib olaraq bir neçə simvolla əvəz olunurdu. Adları, vəzifələri, coğrafi adları xüsusi işarələrlə əvəz etmək tövsiyəsi verilirdi. 1469-cu ildə Milanda işarələrin mütənasib əvəzetmə şifrindən ibarət "Milan açarı" adlanan şifr tətbiq olunmağa başladı. Homofonların meydana çıxması onu sübut edirdi ki, həmin vaxtlarda sadə əvəzetmə şifrlərinin zəifliyi artıq yaxşı dərk olunurdu. Bu şifrlərin kriptoanalizi açıq mətnlərdə hərflərin rastgəlmə tezliyinə əsaslanır. İstənilən müasir dil üçün hərflərin tezlik xarakteristikası, yəni «normal» mətnlərdə hərflərin nisbi rastgəlmə tezliyi hesablanıb. İngilis dili üçün bu tezlikləri faizlə aşağıdakı cədvəldə verilib: E 12.31 L 4.03 B 1.62 T 9.59 D 3.65 G 1.61 A 8.05 C 3.20 V 0.93 O 7.94 U 3.10 K 0.52 N 7.19 P 2.29 Q 0.20 I 7.18 F 2.28 X 0.20 S 6.59 H 2.25 J 0.10 R 6.03 W 2.03 Z 0.09 H 5.14 Y 1.88 Homofon şifrlərində mətnin hər bir hərfi bu və ya digər əlifbadan bir neçə simvolla əvəz olunur. Bu simvolların sayı şifrlənən hərfin tezliyinə mütənasibdir. Şifrin belə modifikasiyası şifrmətn hərflərinin statistikasını pozurdu, bu da kriptoqrafiyanın inkişafında əhəmiyyətli addım idi. Misal. Hərf Homofoniya A 17 19 34 41 56 60 67 83 I 08 22 53 65 88 90 L 03 44 76 N 02 09 15 27 32 40 59 O 01 11 23 42 54 70 80 P 33 91 T 05 10 20 29 45 58 64 78 99 PLAIN PILOT mətninin mümkün şifrmətnlərindən biri 91 44 34 88 59 33 08 76 23 78-dir. açıq mətnin Roma rəqəmlərinəİspaniyada ilk şifrləmə sistemləri çevrilməsi XV əsrdə meydana çıxdı. Xristofor Kolumb Yeni Dünyadan qardaşına göndərdiyi məktubda belə şifrdən istifadə edirdi, məktubda İspaniyadan göndərilmiş qubernatoru qovmaq tələb edilirdi. Məktub ələ keçmiş, şifri çözülmüş və İspaniyaya Kolumbun özü qandalda dustaq kimi göndərilmişdi. Məşhur rəssam, arxitektor və filosof Leon Battista Alberti (1404-1472) papa dəftərxanasına 1466-cı ildə şifrlər haqqında traktat (Trattati in cifra) təqdim etmişdi. Traktatda müxtəlif şifrləmə üsullarına, o cümlədən açıq mətnin hər hansı köməkçi mətndə maskalanmasına baxılırdı. Əsər müəllifin «krallara layiq şifr» adlandırdığı öz şifri ilə bitirdi. Bu şifrləmə diski şəklində realizə olunmuş şifr idi. Alberti şifri adətən biri tərpənməz, digəri hərəkət edən iki metal diskdən ibarətdir. Onlar ümumi oxa elə bərkidilib ki, daxili disk fırlana bilir. Tərpənməz xarici disk 24 bərabər sektora bölünüb, bu sektorlara latın əlifbasının 20 hərfi təbii sırada yazılıb. 24-hərflik əlifbadan onlarsız keçinmək olan 4 hərf (J, U və W, həmçinin H, K və ya Y) çıxarılıb. Əvvəlcədən seçilmiş və dördrəqəmli ədədlər qarşı qoyulmuş sözlər və söz birləşmələri olan kod kitabı ilə birgə istifadə etmək üçün xarici diskdə həmçinin 1, 2, 3, 4 rəqəmləri daxil edilib. Hərəkət edən daxili disk də 24 sektora bölünüb və latın əlifbasının bütün hərfləri qarışıq (təsadüfi) yazılıb. Belə disklərə malik məktublaşan iki şəxs tərpənən diskdə birinci indeks hərfi barədə şərtləşirdilər. Göndərən məlumatı şifrləyərkən indeks hərfini böyük diskin istənilən hərfinin qarşısında qoyurdu. O, alanı diskin belə vəziyyəti haqqında xəbərdar edirdi, xarici diskin bu hərfini şifrmətnin birinci hərfi kimi yazırdı. Açıq mətnin növbəti hərfi tərpənməz diskdə axtarılırdı və kiçik diskin onun qarşısında duran hərfi şifrləmənin nəticəsi olurdu. Mətnin bir neçə hərfi şifrləndikdən sonra indeks hərfinin vəziyyəti dəyişdirilirdi, bu barədə məlumat hər hansı qaydada alana ötürülürdü. Alberti diski Belə şifr Albertinin ixtirasını kriptoqrafiya tarixində hadisə edən iki xüsusiyyətə malik idi. Birincisi, sadə əvəzetmə şifrindən fərqli olaraq şifrləmə diski şifrləmə üçün bir deyil, bir neçə əlifbadan istifadə edirdi. Belə şifrlər çoxəlifbalı şifrlər adlanır. İkincisi, şifrləmə diski yenidən şifrləmə kodlarından istifadə etməyə imkan verirdi. Bu ixtira öz dövrünü çox qabaqlamışdı, şifrlərin bu növü Avropa ölkələrində yalnız 400 il keçdikdən sonra tətbiq olunmağa başlamışdı. Bu məqsəd üçün xarici diskdə rəqəmlər var idi. Alberti 11-dən 4444-ə kimi nömrələnmiş 336 kod qrupundan ibarət kod tərtib etmişdi. Hər bir kod işarəsinə müəyyən bitmiş fraza uyğun gəlirdi. Açıq mətndə belə fraza rast gəldikdə uyğun kod işarəsi ilə əvəz olunurdu, diskin köməyi ilə rəqəmlər açıq mətnin adi hərfləri kimi şifrlənərək hərflərə çevrilirdilər. XVI əsrin əvvəllərində kriptoqrafiyanın inkişafında yeni addım atıldı Almaniyada kriptoqrafiya üzrə ilk çap kitabı meydana çıxmışdı. 1499-cu ildə abbat İohannes Tritemius (1462-1526) bir sıra şifrlərin təsviri verilən "Poliqrafiya" adlı kitabını yazdı (həmin dövrlərdə gizli yazı belə adlanırdı). Bu əsər olduqca məşhur idi, ilk latın nəşri 1518-ci ildə meydana çıxmışdı, 1541-ci ildə kitab fransız dilində təkrar nəşr olundu. Tezliklə onun alman dilinə tərcüməsi də meydana çıxdı. Kitab Avropada bir çox monarx sarayının qəzəbinə səbəb oldu, onlar hesab edirdilər ki, Tritemius kitabda olduqca çox sirr açıb və müəllif canını tonqalda yandırılmaqdan güclə xilas etdi. Kitab 1609-cu ildə katolik kilsəsi tərəfindən küfr hesab edilərək qadağan olundu. Bu qadağan 250 il davam etdi. Tritemiusun «Poltqrafiya» kitabı Tritemiusun təklif etdiyi "Ave Mariya" şifri şifrlənən mətnin hərflərinin öncədən şərtləşdirilmiş sözlərlə əvəz edilməsinə əsaslanır. Bu sözlərdən zahirən "zərərsiz" məlumat tərtib olunurdu. Misal göstərək. Y, O, X hərflərini aşağıdakı sözlərlə əvəz edək: Y = «MƏN», «SİZİ», «BU». O = «EVƏ», «AÇAR», «AXŞAM». X = «MƏNİMDİR», «GÖZLƏYİRƏM», «GEDİRƏM». Verilmiş suala mənfi gizli «YOX» cavabı bir neçə variantda ola bilər: «Mən evə gedirəm», «Sizi axşam gözləyirəm», «Bu açar mənimdir». Tritemiusun kriptoqrafiya üzrə bizim günlərə gəlib çatmış ən ciddi təklifi onun kəşf etdiyi "Tritemius cədvəlidir". Əvəzetmə cədvəlinin birinci sətri təbii düzülüşdə yazılmış əlifbadan, ikinci sətri bir addım sola dövri sürüşdürülən əlifbadan və s. ibarətdir. Cədvəlin birinci sətri eyni zamanda açıq mətnin hərflər sətridir. İngilis dili üçün uyğun cədvəl belədir. A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z A C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z A B D E F G H I J K L M N O P Q R S T U V W X Y Z A B C E F G H I J K L M N O P Q R S T U V W X Y Z A B C D F G H I J K L M N O P Q R S T U V W X Y Z A B C D E G H I J K L M N O P Q R S T U V W X Y Z A B C D E F H I J K L M N O P Q R S T U V W X Y Z A B C D E F G I J K L M N O P Q R S T U V W X Y Z A B C D E F G H J K L M N O P Q R S T U V W X Y Z A B C D E F G H I K L M N O P Q R S T U V W X Y Z A B C D E F G H I J L M N O P Q R S T U V W X Y Z A B C D E F G H I J K M N O P Q R S T U V W X Y Z A B C D E F G H I J K L N O P Q R S T U V W X Y Z A B C D E F G H I J K L M O P Q R S T U V W X Y Z A B C D E F G H I J K L M N P Q R S T U V W X Y Z A B C D E F G H I J K L M N O Q R S T U V W X Y Z A B C D E F G H I J K L M N O P R S T U V W X Y Z A B C D E F G H I J K L M N O P Q S T U V W X Y Z A B C D E F G H I J K L M N O P Q R T U V W X Y Z A B C D E F G H I J K L M N O P Q R S U V W X Y Z A B C D E F G H I J K L M N O P Q R S T V W X Y Z A B C D E F G H I J K L M N O P Q R S T U W X Y Z A B C D E F G H I J K L M N O P Q R S T U V X Y Z A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z A B C D E F G H I J K L M N O P Q R S T U V W X Z A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Beləliklə, Tritemius Albertinin çoxəlifbalı şifrlər barədə ideyasını təkrarlayır. Cədvəlin realizəsi hər hansı mexaniki vasitələrdən istifadəni tələb etmir; şifrləmə əlifbası şifrmətnin hər addımı ilə bir mövqe sola sürüşür. Lakin Tritemius şifrinin ilkin variantında açar yox idi. Şifrləmə üsulunun özü sirr idi. Sonralar şifrin mürəkkəbləşdirilməsi iki yolla getdi: leksikoqrafik nizamlanmış əlifba əvəzinə hərfləri ixtiyari sırada düzülmüş şifrmətn əlifbasının tətbiqi; şifrləmə zamanı cədvəlin sətirlərinin seçilməsinin mürəkkəbləşdirilməsi. Bu mürəkkəbləşmələr böyük həcmli açar çoxluğu tətbiq etməyə imkan verdi. Qeyd edək ki, sadə əvəzetmə şifri Tritemius şifrinin cırlaşan halıdır: bütün hərflər cədvəlin eyni bir sətri üzrə şifrlənir. Tritemius şifrinin aşkar qüsuru onun dözümsüz olmasıdır: əgər istifadə olunan Tritemius cədvəli məlumdursa, açılma üçün birinci (açar) hərfi sınaqdan çıxarmaq kifayətdir və şifr "parçalanır". 1553-cü ildə İtaliyada "Sinyor Belazonun şifri" adlı kitabça nəşr olunmuşdu. Müəllif Covanni Belazo haqqında məlumat azdır. O, şifrdə açar kimi asan yaddaqalan söz və ya frazadan istifadə etməyi təklif edir və onları "parol" adlandırırdı. Parol açıq mətnin altında periodik yazılırdı. Parolun açıq mətnin hərfinin altında duran hərfi həmin hərfin şifrlənəcəyi (əvəz ediləcəyi) Tritemius cədvəlində sətrin nömrəsini bildirir. Kriptoqrafiyanın inkişafında növbəti addımı məşhur italyan təbiətşünası Covanni de la Porta (1535-?) atdı. O, 1563-cü ildə 28 yaşında "Gizli yazışma haqqında" kitabını yazdı, dərslik janrında yazılmış bu kitabda o vaxtadək məlum olan bütün şifr sistemlərinin təsviri verilirdi. Həmçinin hərflər cütünün xüsusi qrafik simvolla əvəz edilməsindən ibarət olan sadə biqram şifri təsvir olunurdu. Hərflər 20×20 ölçülü kvadrat cədvələ yazılır, cədvəlin sətirləri və sütunları A B C D E F G H I L M N O P Q R S T U Z əlifbasının hərfləri ilə nömrələnirdi. Məsələn, EA biqramı Δ simvolu ilə, LF biqramı ♀ simvolu ilə və s. əvəz olunurdu. Porta "ehtimallı söz metodunu" təklif etmiş və müxtəlif sahələrdən ehtimallı sözlərin siyahısını misal gətirmişdi. Porta kitabında aşağıdakı cədvəllə müəyyən olunan çoxəlifbalı şifr daxil etmişdi. Öz dövründə bu şifr geniş tətbiq tapmamışdı, lakin sonralar bu şifrə görə Portanı «müasir kriptoqrafiyanın atası» adlandırmışdılar. A B a b c d e f g h i k l m n o p q r s t u x y z w C D a b c d e f g h i k l m o p q r s t u x y z w n E F a b c d e f g h i k l m p q r s t u x y z w n o G H a b c d e f g h i k l m q r s t u x y z w n o p I K a b c d e f g h i k l m r s t u x y z w n o p q L M a b c d e f g h i k l m s t u x y z w n o p q r N O a b c d e f g h i k l m t u x y z w n o p q r s P Q a b c d e f g h i k l m u x y z w n o p q r s t R S a b c d e f g h i k l m x y z w n o p q r s t u T U a b c d e f g h i k l m y z w n o p q r s t u x X Y a b c d e f g h i k l m z w n o p q r s t u x y Z W a b c d e f g h i k l m w n o p q r s t u x y z Şifrləmə məxfi şüarın köməyi ilə aparılır. Şüar açıq mətnin altında periodik yazılır, şüarın birinci hərfinə görə əlifba axtarılır (sətrin əvvəlində böyük hərflər), yuxarı və ya aşağı yarıməlifbada açıq mətnin birinci hərfi tapılır və yuxarı və ya aşağı sətirdən ona uyğun hərflə əvəz olunur. Digər hərflər də eyni qaydada şifrlənir (hərflər arasındakı boşluqlar nəzərə alınmır). Misal göstərək: Şüar: delaportadelapo Açıq mətn: hunccavetovirum Şifrmətn: xfhpytmogafqeas Təxminən həmin vaxtlarda (1556-cı ildə) italyan riyaziyyatçısı və filosofu, müxtəlif məsələlər üzrə çoxsaylı kitabların müəllifi Cerolamo Kardano (1501-1576) "İncəliklər haqqında" kitabını yazmışdı, kitabda kriptoqrafiyaya həsr olunmuş əlavə var. Kardanonun kriptoqrafiyaya açıq mətni açar kimitöhfəsi iki təklifdən ibarətdir. Birincisi indi "Kardano qəfəsi" adlanan şifrdir. Buistifadə etməkdir. İkincisi təkliflərdən başqa Kardano şifrlərin dözümünün açarların sayının hesablanmasına əsaslanan "isbatını" verir. Kardanonun birinci təklifinin mahiyyətini aşağıdakı kimi şərh etmək olar. Tutaq ki, SIC ERGO ELEMENTIS frazasını şifrləmək tələb olunur. Tritemius cədvəlinə əsaslanan şifrləmə açarı belə yaradılırdı: SIC sözü öz-özünü şifrləyir, yəni şifrmətnin birinci işarəsi S hərfinə uyğun sətirlə sütunun kəsişməsində durur (S-sətir, S-sütun), şifrmətnin ikinci işarəsi I-sətrinin I-sütunla, üçüncü işarə C-sətir və C-sütununun kəsişməsində və s. durur. İkinci sözü şifrləyən zaman (ERGO) SIC paroluna açıq mətnin növbəti hərfi əlavə olunur (SICE alınır); ERGO sözündə E hərfi S sətri I sətri üzrə və s. şifrlənir.üzrə, sonrakı hərf Aydındır ki, belə şifrlənmiş məlumatı alan açıq mətnin ilkin SIC açar sözünü bilməsə, deşifrləmədə problem yaranacaq. O, bütün mümkün variantları sınaqdan çıxarmalı olacaq. Cədvəllərin köməyi ilə əl üsulu ilə yerdəyişmə şifrlərinin ən dözümlüsü artıq 400 ildən artıq məlum olan "Kardano qəfəsi"nin köməyi ilə şifrləmədir. Kardano qəfəsi şifrləmə zamanı açar kimi istifadə olunur və 2n×2n ölçülü kvadrat cədvəldən ibarətdir, bütün xanaların dörddə biri (n2 sayda) açıq mətn simvollarının yazılması üçün ayrılıb. Praktik Kardano qəfəsi 2n×2n xanalı karton kvadrat şəklində düzəldilir, ondan n2 sayda xana pəncərə kimi kəsilib çıxarılır. Bu n2 sayda xanalar təsadüfi tərzdə az və ya çox dərəcədə kvadratın sahəsi üzrə bərabər paylanıb və elə seçiliblər ki, kvadratın həndəsi mərkəz ətrafında 90°, 180°, 270° və 360° ardıcıl dönmələri zamanı kəsik xanalar ardıcıl olaraq kvadratın bütün 4n2 xanasını örtür. Şifrləmə zamanı Kardano qəfəsi məsələn kağızdan düzəldilmiş, həmin ölçülü, xanaları təmiz olan kvadratla üst-üstə qoyulur. 0° dönməyə uyğun olan ilkin vəziyyətdə kağız kvadratın Kardano qəfəsinin "pəncərələri" ilə ayrılmış xanalarına, ardıcıl olaraq (yəni sətirlər üzrə soldan sağa və ya əvvəlcədən danışılmış digər qaydada) açıq mətnin ilk n2 simvolu yazılır. Sonra Kardano qəfəsi 90° döndərilir və kağız kvadratın Kardano qəfəsinin "pəncərələri" ilə ayrılmış xanalarına açıq mətnin n2 simvoldan ibarət sonrakı hissəsi yazılır. Daha sonra 180° dönmə və açıq mətnin sonrakı n2 simvolunun yazılması gəlir. Əgər şifrlənəcək açıq mətnin uzunluğu 4n2-dan böyükdürsə, Kardano qəfəsi şifrlənmə üçün çoxqat istifadə olunur. Şifrmətn Kardano qəfəsi olmazürüldükdən sonra simvolların kağız kvadratdan bu və ya bigər qaydada yazılması ilə alınır. Oxşar metoddan bir çox məşhur tarixi şəxsiyyətlər, məsələn, Fransada kardinal Rişelye (1585-1643), rus diplomatı və yazıçısı A.Qriboyedov, istifadə etmişlər. Rişelye 7×10 ölçülü düzbucaqlıdan istifadə edirdi. Trafaretin kəsikləri (1;8), (2;9), (3;6), (4;5), (4;6), (5;1), (5;6), (5;7), (5;9), (6;2), (6;10), (7;9), (7;10) mövqelərində yerləşirdi. 1 2 3 4 5 6 7 8 9 10 1 2 3 4 5 6 7 Aşağıdakı mətn qəbahətsiz məhəbbət məktubu kimi görünür: 1 2 3 4 5 6 7 8 9 10 1 I L O V E Y O U 2 I H A V E Y O U 3 D E E P U N D E R 4 M Y S K I N M Y 5 L O V E L A S T S 6 F O R E V E R I N 7 H Y P E R S P A C E Lakin Rişelye trafaretindən istifadə etdikdə məşum əmr alınır: YOU KILL AT ONCE XVI əsrdə kriptoqrafiyanın inkişafında daha bir əhəmiyyətli addım atılmışdır. Romadakı fransız səfiri Blez de Vijener (1523-1596) orada kriptoqrafiya üzrə əsərlərlə tanış olmuş və 1585-ci ildə kriptoqrafiyanın əsaslarını şərh edən 600 səhifəlik "Şifrlər haqqında traktat" (Traicté de chiffres) kitabını yazmışdır. "Dünyada bütün şeylər özlüyündə şifrdir. Bütün təbiət sadəcə şifr və gizli məktubdur" fikri ona məxsusdur. Çoxəlifbalı sistemlərin çox vacib təkmilləşdirilməsi barədə Vijenerin təklifi bir çox cəhətdən açıq və ya şifrlənmiş mətnin açar kimi tətbiqi haqqında Kardanonun ideyasını inkişaf etdirir. Belə şifr avtoaçar (autokey) adlandırılır. Ən sadə halda əsas kimi birinci sətir və birinci sütun kimi təbii düzülüşdə əlifbalar əlavə edilən Tritemius cədvəli olmazürülürdü. Sonralar belə əlifbanı Vijener əlifbası adlandırmağa başladılar. Qeyd edək ki, ümumi halda Vijener cədvəli dövri sürüşdürülən əlifbalardan ibarətdir, həm də birinci sətir istənilən qarışıq əlifba ola bilər. A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z A B C C E F G H I J K L M N O P Q R S T U V W X Y Z A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z A C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z A B D E F G H I J K L M N O P Q R S T U V W X Y Z A B C E F G H I J K L M N O P Q R S T U V W X Y Z A B C D F G H I J K L M N O P Q R S T U V W X Y Z A B C D E G H I J K L M N O P Q R S T U V W X Y Z A B C D E F H I J K L M N O P Q R S T U V W X Y Z A B C D E F G I J K L M N O P Q R S T U V W X Y Z A B C D E F G H J K L M N O P Q R S T U V W X Y Z A B C D E F G H I K L M N O P Q R S T U V W X Y Z A B C D E F G H I J L M N O P Q R S T U V W X Y Z A B C D E F G H I J K M N O P Q R S T U V W X Y Z A B C D E F G H I J K L N O P Q R S T U V W X Y Z A B C D E F G H I J K L M O P Q R S T U V W X Y Z A B C D E F G H I J K L M N P Q R S T U V W X Y Z A B C D E F G H I J K L M N O Q R S T U V W X Y Z A B C D E F G H I J K L M N O P R S T U V W X Y Z A B C D E F G H I J K L M N O P Q S T U V W X Y Z A B C D E F G H I J K L M N O P Q R T U V W X Y Z A B C D E F G H I J K L M N O P Q R S U V W X Y Z A B C D E F G H I J K L M N O P Q R S T V W X Y Z A B C D E F G H I J K L M N O P Q R S T U W X Y Z A B C D E F G H I J K L M N O P Q R S T U V X Y Z A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z A B C D E F G H I J K L M N O P Q R S T U V W X Z A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y açarın əlifbasıdır.Birinci sətir açıq mətnin əlifbası, birinci sütun Açıq mətni şifrləmək üçün açarı Vijener açıq mətnin əvvəlinə göndərənə və alana məlum olan bir hərf əlavə etməklə alırdı (bununla Vijenerin ideyası Kardanonun ideyasından fərqlənirdi, Kardanoda ilkin hərf yox idi və sistem birqiymətli deşifrləməni təmin etmirdi). Açıq mətn açarın altında yazılırdı. Sonra məlumat hərfbəhərf şifrlənirdi, bunun üçün cədvəldə açarın uyğun hərfi ilə işarə edilmiş sətir və açarın həmin hərfinin altında yerləşən açıq mətn hərfi ilə işarə edilmiş sütun tapılır. Cədvəldə tapılmış sətir və sütunun kəsişməsində duran hərf axtarılan şifrlənmiş simvol olacaq. Məsələn, HUNC CAVETO VIRUM açıq mətni və birinci hərf P ilə şifrləmədən sonra WBHP ECVZXH JDZLG şifrmətni alınır. Açar PHUNCCAVETOVIRU Açıq mətn HUNCCAVETOVIRUM Şifrlənmiş mətn WBHPECVZXHJDZLG Vijener ikinci variantda açar kimi şifrlənmiş mətndən istifadə etməyi təklif edirdi. Vijenerin avtoaçar şifri uzun müddət unudulmuşdu, Vijener şifri kimi isə indi də qısa açar sözdən və adi əlifbadan ibarət cədvəldən istifadə edən ən sadə variant başa düşülür. Açar söz açıq mətnin üzərində dövri təkrarlanaraq yazılır. Sonra məlumat avtoaçar variantında olduğu kimi şifrlənir. Məsələn, əgər açar sözü kimi MAPLE istifadə edilsə, onda şifrləmə aşağıdakı kimi olacaq: Açar MAPLEMAPLEMAPLEMAPLEMAP Açıq mətn SHIPMENTTOARRIVETONIGHT Şifrlənmiş mətn EHXAQQNIESMRGTZQTDYMSHI Özünün zahiri mürəkkəbliyinə görə Vijener şifri «dişbatmaz» hesab olunurdu və uzun illər çox dözümlü şifr şöhrətini daşımışdı. Qeyd edək ki, qısa periodik şüarlı Vijener şifri bizim günlərdə də yüksək kriptoqrafik dözüm tələb olunmayan şifrləmə sistemlərində istifadə olunur. Məsələn, belə şifrlər "ARJ" arxivatorunda istifadə olunur. Vijener şifri daha erkən nomenklator şifrlərinin bəzi üstünlüklərinə də malikdir. Açıq mətnin hər bir hərfi açarda olan müxtəlif hərflərin sayı qədər müxtəlif şifrsimvol ilə şifrmətndə ötürülə bilər. Bundan başqa, çoxəlifbalı əvəzetmə təkrarlanan hərfləri və baxılan açıq mətn üçün xarakterik başqa sözdaxili birləşmələri gizlətməyə imkan verir. Bu zaman son şifrmətndə əlifbanın yalnız 26 hərfi istifadə edilir, hər hansı xüsusi simvollar və rəqəmlər gərək olmur. Vijener şifri sonralar dəfələrlə modernizə olunmuşdur. Məsələn, cədvəldəki əlifbalar qarışdırılmış və ya tərs sırada düzülmüş ola bilər; «sürüşən» açar kimi müəyyən şer və ya kitab istifadə edilə bilər, bununla da eyni bir qısa açarı arası kəsilmədən təkrar etmək ehtiyacı aradan qalxır; gizli açarın tərkib hissəsi kimi açıq mətnin və ya şifrmətnin özü də istifadə edilə bilər və s. Məsələn, XIX əsrdə ingilis admiralı Bofor aşağıdakı cədvəldən istifadə etməyi təklif edirdi: ABCDEFGHIJKLMNOPQRSTUVWXYZ A ZYXWVUTSRQPONMLKJIHGFEDCBA B YXWVUTSRQPONMLKJIHGFEDCBAZ C XWVUTSRQPONMLKJIHGFEDCBAZY D WVUTSRQPONMLKJIHGFEDCBAZYX E VUTSRQPONMLKJIHGFEDCBAZYXW F UTSRQPONMLKJIHGFEDCBAZYXWV G TSRQPONMLKJIHGFEDCBAZYXWVU H SRQPONMLKJIHGFEDCBAZYXWVUT I RQPONMLKJIHGFEDCBAZYXWVUTS J QPONMLKJIHGFEDCBAZYXWVUTSR K PONMLKJIHGFEDCBAZYXWVUTSRQ L ONMLKJIHGFEDCBAZYXWVUTSRQP M NMLKJIHGFEDCBAZYXWVUTSRQPO N MLKJIHGFEDCBAZYXWVUTSRQPON O LKJIHGFEDCBAZYXWVUTSRQPONM P KJIHGFEDCBAZYXWVUTSRQPONML Q JIHGFEDCBAZYXWVUTSRQPONMLK R IHGFEDCBAZYXWVUTSRQPONMLKJ S HGFEDCBAZYXWVUTSRQPONMLKJI T GFEDCBAZYXWVUTSRQPONMLKJIH U FEDCBAZYXWVUTSRQPONMLKJIHG V EDCBAZYXWVUTSRQPONMLKJIHGF W DCBAZYXWVUTSRQPONMLKJIHGFE X CBAZYXWVUTSRQPONMLKJIHGFED Y BAZYXWVUTSRQPONMLKJIHGFEDC Z AZYXWVUTSRQPONMLKJIHGFEDCB Bu cədvəlin bir üstünlüyü var: onunla şifrləmə və deşifrləmə qaydaları üst-üstə düşür: hər iki halda hərflər (şifrlənən və deşifrlənən) yuxarıdakı əlifba sırasından olmazürülür. Bu şifrlərin istifadəsində müəyyən rahatlıq yaradır: iki müxtəlif qaydanı yadda saxlamaq lazım deyil (şifrləmə və deşifrləmə). Orta əsrlərdə alimlər hər hansı kəşfdə birincilik hüququnu özündə möhkəmləndirmək üçün anaqramlardan (hərflərin yerdəyişməsindən) istifadə edirdilər. Alim öz kəşfinin mahiyyəti barəsində həmkarlarına məktublarında həqiqi mənası yalnız onun özünə məlum olan anaqram şəklində qısaca məlumat verirdi. Bu alimə öz kəşfini yoxlamağa, başqa iddiaçı meydana çıxanda isə öz birinciliyini isbat etməyə imkan verirdi. Nəhayət, öz fərziyyələrinin düzgünlüyünə əmin olduqdan sonra o, anaqramın sirrini açırdı. Kriptoqrafiyanın astronomiyaya aid anaqramların tərtibində istifadəsi təcrübəsi maraqlıdır. Özünün qeyri-mükəmməl müşahidə borusunda Saturnun yanlardan hansısa əlavə çıxıntılara malik olduğunu görərək Qalileo Qaliley bu kəşf barəsində aşağıdakı hərflər yığını ilə elan etməyə tələsir: SMAISMRMIELMEPOETALEUMIBUVNEVGTTAVIRAS. Açıq mətnin bərpa edilməsi məsələsi (istifadə olunmuş çevirmə barəsində hər hansı əlavə informasiya olmadan) kriptoqram hərflərinin mümkün yerdəyişmələrinin sayda sınağını tələb edir (Bu ədəd təkrarları olan yerdəyişmələrin sayıdır və onluq yazılışında təqribən 35 rəqəm var). Qalileyin müasiri məşhur astronom Kepler Qalileyin bəyanatının sirli mənasına çatmaq üçün özünəməxsus misilsiz səbrlə böyük əmək sərf edir. Nəşr olunmuş hərflərdən (ikisini ataraq) aşağıdakı latın frazasını alan Keplerə elə gəlirdi ki, o buna nail olmuşdur: SAVE, UMBISTINEUM GENINAUM MATRIA PROLES (Salam sizlərə, əkizlər, Marsın törəmələri) Kepler əmin idi ki, Qaliley varlığına özünün də şübhələndiyi Marsın iki peykini kəşf etmişdir. Bu peyklər Keplerin ölümündən 250 il sonra (1877) doğrudan da kəşf olundu. Qaliley öz bəyanatının sirrini açdıqda məlum oldu ki, fraza belədir (iki hərf atıldıqdan sonra): ALTISSIMUM PLANETAM TERGEMINUM OBSERVAVI (Ən yüksək planeti üçqat müşahidə etdim) Öz müşahidə borusunun zəifliyi ucbatından Qaliley Saturnun bu "üçqat" obrazının əsl mahiyyətini başa düşə bilmədi, bir neçə ildən sonra planetin yan çıxıntıları tamam "yox oldu", Qaliley qərara gəldi ki, səhv edib və Saturnun heç bir əlavə çıxıntısı yoxdur. Saturnun halqalarını yarım əsr sonra Hüygens kəşf etdi. Əgər kriptoqrafiya meydana çıxıbsa, onda haradasa yan-yana kriptoanaliz də olmalıdır. Doğrudan da, artıq XVI əsrin sonlarında praktik olaraq bütün səfirlərin yanında şifrlər üzrə xüsusi katiblər var idi, onlar təkcə öz məlumatlarını şifrləyib deşifrləmirdilər, özgələrin ələ keçirilmiş diplomatik məlumatlarını deşifrləməklə də məşğul olurdular. «Dövlət xidmətində» ilk məşhur kriptoanalitik venesiyalı Covanni Soro idi, çoxları onu bütün tarixdə ən müvəffəqiyyətli kriptoanalitiklərdən biri hesab edir. Hələ 1506-cı ildə Venesiya respublikasında şifrlər üzrə katib kimi xidmətə təyin olunmuşdu. (Venesiya respublikası həmin dövrədək xaçlıların çarter daşımalarından və elə onlardan da «Müqəddəs torpaqdan» gətirdikləri sərvətləri alıb yığmaqla hədsiz varlanmışdı.) Soronun ustalığı və məşhurluğu o qədər böyük idi ki, kilsənin, kralların və digər böyük feodalların kriptoanalitiklərinin aça bilmədikləri şifrləri ona göndərirdilər. O praktik olaraq həmin dövrün istənilən şifrini aça bilərdi və kriptoanaliz üzrə traktatın müəllifi idi (o yalnız bir dəfə elan etmişdi ki, papa VII Klementinin şifrini aça bilməyib, lakin güman etməyə bütün əsaslar var ki, şifr gizlədilmişdi, papa isə bu yola aldadılmışdı). Bu traktat kriptoanalizin Avropada sonrakı inkişafının əsasını qoymuşdur. Traktat bizim dövrə gəlib çatmamışdır, ancaq məlumdur ki, o, XVI əsr ərzində Avropa kriptoanalitiklərinin «stolüstü kitabı» olmuşdur. İşin həcmi getdikcə artırdı və 1542-ci ildə Covanni Soroya iki köməkçi verdilər. Soro öz vəzifəsində 40 ildən artıq işlədi və həyatının sonuna onun işini davam etdirən bir neçə şagird yetişdirə bildi. Qeyd etmək lazımdır ki, tarixdəki bu ilk «qara kabinetin» (bir az sonra perlüstrasiya və deşifrləmə xidmətini ənənəvi olaraq belə onlaradlandıracaqlar) işçiləri elmi işlə də məşğul olurdular tərəfindən Avropa dillərində deşifrləmə metodları üzrə ən azı iki traktat yazılmışdı və yad dildəki mətnin kriptoanalizinin əsas metodları ifadə olunmuşdu (nəzərdə tutulur ki, kriptoanalitik dilin özünü bilmir, lakin onun strukturu haqqında təsəvvürü var). Tritemius və Albertidən fərqli olaraq Soro kriptoqrafik işin praktiki idi, lakin məhz o, birinci olaraq kriptoqrafiya üçün peşəkar kadrlar hazırlamağa başladı, «şagirdliyin» çox vaxt hər hansı nəzəri bazadan mərhum olan bu olduqca primitiv forması uzun müddət ərzində üstünlük təşkil etdi. İş ondadır ki, şifrlərlə işləyən insanlar həmin dövrlərə görə çox yaxşı savadlı idilər, daim inkişaf edən və çətinləşən kriptoqrafiya işini isə yalnız uzunmüddətli praktikanın köməyi ilə uğurla mənimsəmək olardı. Həmin dövrlərdə kriptoqrafik fəaliyyəti öyrədən xüsusi təhsil müəssisələri yox idi. Kriptoqrafları həmin dövrün riyaziyyatı və xarici dilləri bilən ən savadlı adamları arasından cəlb edirdilər. Soro gənc kriptoqraflara bu elmi xüsusi olaraq öyrətməyə cəhd edən ilk şəxs idi. Digər tərəfdən kadr problemi həmin dövrlərdə elə də kəskin deyildi, şifrlər üzrə katib vəzifəsi həmin dövrün bir çox istedadlı insanı üçün çox arzu olunandı, çünki şöhrət, hörmət və böyük maddi gəlir gətirirdi. Təbiət elmlərinin inkişafı ilə kriptoqrafik fəaliyyətə getdikcə daha tez-tez istedadlı və qabiliyyətli riyaziyyatçılar cəlb edilirdilər. Belə kriptoqraflardan birincisi müasir cəbrin banisi və öz dövrünün görkəmli alimi Fransua Viyet (1540-1603) olmuşdur. O, Fransa kralı IV Henrixin yanında şifrlər üzrə katib xitdmətində idi, gizli şuranın üzvü idi və vəkillik praktikası ilə məşğul olurdu. Şöhrəti o daha əvvəl, III Henrix dönəmində fransız-ispan müharibəsi zamanı qazanmışdı. İspan inkvizitorları çox mürəkkəb şifr ixtira etmişdilər, şifr daim dəyişir və təkmilləşirdi. Bu şifrin sayəsində həmin dövrdə davakar və güclü İspaniya fransız kralının düşmənləri ilə hətta Fransanın daxilində azad yazışa bilirdi və bu yazışma açılmamış qalırdı. Şifrin açarını tapmağa nəticəsiz cəhdlərdən sonra kral Viyetə müraciət etdi. Rəvayətə görə Viyet iki həftə gecə-gündüz fasiləsiz işləyərək axırda ispanların şifrinə açar tapmışdı. Bundan sonra ispanlar üçün gözlənilmədən Fransa döyüşləri bir-birinin ardınca udmağa başladı. İspanlar uzun müddət çaşıb qalmışdılar. Nəhayət, onlara məlum oldu ki, şifr artıq fransızlar üçün gizli deyil və onun çözülməsində Viyet günahkardır. Gizli yazı üsulunu insanların açmasının qeyri-mümkünlüyünə əmin olduqlarından ispanlar Fransanı Roma papası və inkvizisiya qarşısında iblis fitnələrində ittiham etdilər, Viyet isə iblislə ittifaqda təqsirləndirildi və tonqalda yandırılmağa məhkum edildi. Elmin bəxtindən Viyet inkvizisiyaya verilmədi. F.Viyet Hollandiya kriptoanalitiki Fillip van Marniks (müasir holland himninin müəllifi) ilə birlikdə işləyərək təxminən bir ilə İspaniya kralı II Filippin şifrini aça bilmişdi, buna qədər bu şifr təkcə İspaniyada deyil, həmin dövrün ən böyük kriptoqrafik mərkəzlərindən Vatikanda da dişbatmaz hesab edilirdi.birində Bu haqda eşitdikdə özündən çıxan II Filipp Roma papasına yazırdı ki, IV Henrixin deşifrləyicisi qara magiyadan istifadə edir və onu inkvizisiya məhkəməsinə verməyi tələb edirdi. Lakin papa öz kriptoqrafı Covanni Batist Arcentinin əsərləri sayəsində Filippdən çox məlumatlı idi. Müqəddəs ata bilirdi ki, burada heç bir magiya yoxdur (papanın kriptoanalitikləri də Filippin məktublarını deşifrləyirdilər). Beləliklə, Viyetin başı üstünü alan ölüm təhlükəsi sovuşdu. Kral II Filipp (1527-1598, 1556-ci ildən kral) öz sələflərindən müdrik çıxdı və ispan kriptoqrafik xidmətinin yenidən təşkilatlanmasını apardı. Yeni müstəmləkələrin kralları və vitse-qubernatorları ilə rabitə üçün müxtəlif şifrlərdən istifadə etməyə başladılar. Məsələn, Meksikanı fəth edən Kortes böyük olmayan kod-nomenklatordan istifadə edirdi. II Filippin şifrləri kifayət qədər çətin idilər. Çox vaxt o “ümumi şifrdən” istifadə edirdi. Ona aşağıdakılar aid idilər: kiçik həcmli kod, çox işarəli əvəzetmə şifri (o cümlədən açıq mətnin ən böyuk tezlikli biqramlarının, triqramlarının əvəz edilməsi), maskalama, deşifrləməni çətinləşdirmək üçün şifrlənmiş mətnə heç bir şey bildirməyən işarələrin “boşluqların” daxil edilməsi. Lakin koalisiyanın deşifrləyiciləri bu problemlərin öhdəsindən gəlirdilər. İspanların yazışmasının deşifrlənməsi II Filippin və İngiltərənin fəth edilməsində onun «Məğlubedilməz armadası»nın nəhəng planlarının pozulmasında mühüm rol oynadı. İspaniyanın özündə deşifrləmə yüksək səviyyədə deyildi. İspaniya deşifrləyiciləri İngiltərə, Fransa və Niderlandın bəzi diplomatik məktublarını açırdılar. Əsas məxfi informasiya agentur mənbələrdən daxil olurdu. İngilislərin xidmətində olan Vinsentionun deşifrləmədəki məharəti haqqında eşidən ispanlar Vinsentionun birbaşa pulla ələ alınması yolu ilə öz şifrlərinin mühafizəsini gücləndirməyi qərara aldılar (yeni ispan şifrini deşifrləməyi “bacarmasın” deyə). Ancaq sövdə baş tutmadı. Ingilis əks-kəşfiyyatı bu cəhdlərin qarşısını tez aldı. Avropada kriptoanalizin inkişafı diplomatiyanın çiçəklənməsindən birbaşa asılı olmuşdur. Dövlətlər bir-biri ilə daimi diplomatik əlaqələr saxlamağa başladığı vaxtdan onların səfirləri müntəzəm olaraq öz vətənlərinə müfəssəl məktublar göndərirdilər, səfirləri bəzən rişxəndlə «fəxri casuslar» adlandırırdılar. Dövlətlər arasında möcud olan rəqabət və şübhə diplomatları öz məktublarını şifrləməyə məcbur edirdi, çünki onları tez-tez tutub açırdılar. XVI əsrin sonuna kriptoanaliz o qədər vacib rol oynamağa başladı ki, Avropa dövlətlərinin çoxunda diplomatik xidmətin ilk xüsusi orqanları meydana çıxdı, şifr üzrə katib vəzifəsi daxil edildi, onlar bütün iş günü məlumatları şifrləmək və deşifrləməklə, həmçinin tutulan şifrlənmiş məktubların çözülməsi ilə məşğul olurdular. Belə dövlət orqanlarının - xüsusi xidmətlərin yaranması bu dövlətlərdə kriptoqrafiyanın inkişafını fəal surətdə stimullaşdırırdı. Həmin dövrdə kriptoanaliz metodları bir qayda olaraq mətndə hər bir şifrsimvolun rastgəlmə tezliyinin hesablanması və baxılan dil üçün xarakterik hərf birləşmələri olan söz və ifadələrin mətndə axtarışından ibarət idi. Hərflərin tezlik analizi metodu ona əsaslanır ki, istənilən dildə bəzi hərflərə digərlərindən çox rast gəlinir. Məsələn, ingilis dilində E hərfi digərlərindən çox rast gəlir. Çox rast gəlinən digər T, A, O, N, R və S-dir. (Hərflərin bu qrupunu «SENORITA» sözühərflər şəklində asan yadda saxlamaq olar.) J, K, X və Z hərfləri isə ingilis dilində nadir hallarda rast gəlir. Əvəzetmə əməliyyatı gedişində hərflərin tezliyi dəyişmədiyindən bu və ya digər şifrsimvolun həqiqi qiymətinin tapılmasına yol bəzən onun şifrmətndə rastgəlmə tezliyinin hesablanmasından ibarətdir. Sadə əvəzetmə əməliyyatı eyni zamanda hərflərin birləşməsinə (hərf modellərinə) də dəyişiklik etmir. Məsələn, ATTACK sözü şifrləmədən sonra XJJXBU şəklini ala bilər. Bu zaman hərflərin qiymətinin dəyişməsinə baxmayaraq sözün hərf modeli (iki eyni hərf soldan və sağdan başqa bir eyni hərflə haşiyələnib, sonra digər iki müxtəlif hərf gəlir) dəyişməz qalır. İngiltərədə kriptoqrafiya ilk dəfə gücünü VIII Henrixin hakimiyyəti illərində göstərdi və kraliça Elizabet (1533-1603, 1558-ci ildən kraliça) dönəmində dövlət idarəçiliyi sənətinin səmərəli silahına çevrildi. Həmin dövrlərdə Avropada ən mükəmməl gizli xidmət İngiltərədə idi. Onu kraliça I Elizabetin hakimiyyəti illərində dövlət katibi ser Frensis Uolsinqem (1532-1590) yaratmışdı. O, 1570-ci illərdə Londonda casusluq məktəbi yaratmışdı, casusları Oksford və Kembric məzunlarından seçirdilər, onlara kriptoqrafiyadan kurs keçirdilər. Uolsinqem bütün Avropada agentlər şəbəkəsi yaratmışdı. O, ələ keçirilmiş diplomatik məktubların deşifrlənməsinə xüsusi fikir verirdi. Uolsinqemin yaxın köməkçiləri onun şəxsi katibləri Frensis Mills və Tomas Felippes idi. Felippes bir çox xarici dil bilirdi, şifrlənmiş mətnlərin oxunması, özgə xətlərinin saxtalaşdırılması, möhürü pozmadan məktubların açılması üzrə tayı-bərabəri olmayan mütəxəssis sayılırdı. O, Britaniya gizli xidmətinin agentləri üçün şifrlərin tərtib olunması ilə də məşğul Artur Qreqori dəolurdu. Uolsinqemin üçüncü etibarlı eksperti məlumdur. O, məktubların hissedilmədən açılması və saxta möhürlərin düzəldilməsi üzrə mütəxəssis idi. Uolsinqemin agentləri Fransa və İspaniya krallarının saraylarında, böyük və kiçik dövlətlərin səfirlərinin yanında yerləşmişdilər. Bu öz bəhrəsini verirdi. Məsələn, ingilis casusu Entoni Stenden Madrid sarayında italyan respublikası Toskananın təmsilçisi ilə elə sıx dostluq yaratmışdı ki, ispan donanmasının İngiltərə üzərinə yünüşündən xəbər tutmuş və öz rəhbərini xəbərdar etmişdi. Britaniyalılar hazırlaşmağa müvəffəq oldular və 1588-ci ildə «Məğlubedilməz armada» darmadağın edildi. Frensis Uolsinqemə xəzinədən qəpik-quruş buraxılmasına baxmayaraq kraliça Elizabetin gizli xidməti səmərəli fəaliyyət göstərirdi. Kraliçanın səfirləri və Uolsinqemin özü də dəfələrlə ah-ufla öz ciblərindən pul çıxartmalı olurdular. Buna baxmayaraq fasiləsiz gizli müharibənin əsas sahələrində mübarizədən söhbət gedəndə kraliça pul əsirgəmirdi. 1587-ci ildə Uolsinqem 3300 funt sterlinq aldı bu Elizabetin bütün hakimiyyəti ərzində gizli xidmətə ayırdığı ən böyük məbləğ idi. Ən çox fərqlənən agentlərə pensiya və kiçik saray vəzifələri verirdilər. Tomas Felippes ingilis taxtına iddia üzrə Elizabetin rəqibi Şotlandiya kraliçası Mariya Stüartın (1542-1587) taleyində mənhus rol oynamışdı. Elizabetə qarşı sui-qəsd haqqında məlumatlar olan məktubu deşifrləyərək məktubların birinə Şotlandiya kraliçasının xətti və şifri ilə əlavə etmişdi. Bu əlavədən çıxırdı ki, Mariya Stüart sui-qəsdin “ulduzlar palatasının” təşkilatçısıdır. Bu sənədlər ali məhkəmənin iclaslarında əsas təqsirləndirici sənədlər oldu, məhkəmə Mariya Stüartın edam edilməsi qərarını çıxardı. Həbsdə olan Mariya Stüarta məlumatların ötürülməsi üsulu maraqlıdır. Mariya pivənin böyük həvəskarı idi, ona müntəzəm olaraq bu içki ilə dolu kiçik çəllək gətirirdilər. İkiqat dibi olan bu çəlləyə şifrlənmiş məktublar olan flyaqa qoyulurdu. Mariya öz məktublarını da bu qayda ilə göndərirdi. Mariyanın bədbəxtçiliyindən bu rabitə kanalı ona Felippes tərəfindən “təşkil edilmişdi”, o bütün yazışmanın ələ keçirib deşifrlənməsini sahmana salmışdı. Sonda ölüm Mariya ilə Elizabeti barışdırdı. Onlar Vestminister abbatlığının qonşu qəbrlərində əbədi rahatlıq tapdılar. Həyatı boyunca evlənməyən Elizabet Mariyanın oğlu I Yakovu (1603-1625-ci illərdə kral) öz xələfi elan etmişdi. Felippes siyasi maxinasiyalarla məşğul olması nəticəsində dövlət qulluğundan azad olundu və hətta həbsə də düşdü. Artıq ahıl yaşlarında ticarət-sənaye casusluğununo, İngiltərədə kəşfiyyatın yeni formasının banilərindən biri oldu. Kriptoqrafiyanin Meydana Gelmesi Author: MCH Submitted by: XEY Date: 2010-04-02 00:53 Comments: (0) Ratings: KRİPTOQRAFİYANIN MEYDANA GƏLMƏSİ «gizliKriptoqrafiyanın yaşını heç kim bilmir, lakin kriptoqrafiya yazı» mənasına görə də güman etmək olar ki, yazı ilə həmyaşdır, onunla bir vaxtda meydana gəlmişdir. Yazı təxminən e.ə. 3300-cü ildə Şumerdə, e.ə. 3000-cü ildə Misirdə, e.ə. 2000-ci ildə Çində yaranmışdır. Şumerdə e.ə. 1500-ci illərə aid edilən, mixi yazı ilə yazılmış lövhədən ibarət şifrlənmiş mətnlərdən birində dulusçuluq məmulatları üçün şirənin (minanın) hazırlanması resepti təsvir olunur. Bu mətndə çox az işlədilən işarələr, adların əvəzinə rəqəmlər istifadə olunub, bəzi hərflər nəzərə alınmayıb. Qədim Misir əlyazmalarında dini mətnlər və tibbi reseptlər qeyri-standart heroqliflərlə şifrlənirdi. Qədim sivilizasiyaların günümüzə gəlib çatmış tarixi sənədlərində şifrlənmiş məktubun tərtib edilməsi sistemləri və üsulları haqqında məlumatlar var. Məsələn, qədim hind əlyazmalarında mətnin çevrilməsinin 64 üsulunun təsviri var. İşarələrin sıra ilə deyil, müəyyən qayda ilə dağınıq halda yazılması onlardan biridir. Təsvir edilən üsulların çoxuna kriptoqrafik üsul, yəni yazışmanın gizliliyini təmin edən üsul kimi baxmaq lazımdır. Kriptoqrafiyanın inkişafına çox saylı heroqliflərdən istifadəyə əsaslanan ideoqrafik yazıdan fonetik yazıya keçid, əlifbalı yazının kəşfi böyük təkan vermişdir (e.ə. I minillik, Finikiya). Yazının sadələşdirilməsi kriptoqrafiyanın inkişafını stimullaşdırırdı. Kriptoqrafik üsulların geniş yayılmasına yazılı məlumat mübadiləsinin gil lövhələrin, papirusun, ipək parçanın,texnoloji bazasının perqamentin, ağac lövhələrin, kağızın və nəhayət, müasir informasiya daşıyıcılarının təkmilləşdirilməsi də kömək etmişdir. Qədim yəhudilər e.ə. 600-500-ci illərdə bir neçə sadə əvəzetmə şifrindən istifadə edirdilər. «Atbaş» şifri aşağıdakı kimi verilirdi (latın əlifbası üçün): ABC…XYZ ZYX…CBA və s. ƏlifbanınY, YA), (BZ, ZBu şifrdə əvəzetmə simmetrikdir: (A 1-ci hərfi axırıncı hərfi ilə, 2-ci hərfi axırıncıdan əvvəlki hərflə və ümumiyyətlə əlifbanın i-ci i+1 nömrəli hərflə əvəz edilir,hərfi n əlifbadakı hərflərin sayıdır. Atbaş sözünün mənşəyi dəburada n hərfləri əvəzetmə prinsipi ilə izah olunur. Bu söz Alef, Tae, Bet və Şin hərflərindən, yəni qədim semit əlifbasının birinci və axırıncı, ikinci və axırıncıdan əvvəlki hərflərindən düzəldilib. «Albam» şifrində əlifba iki hissəyə bölünürdü və bir hissə digərinin altında yazılırdı: ABC…KL MNO…YZ və s.N, NA), (BM, MBu şifrdə də əvəzetmə simmetrikdir: (A İncildə də şifrləmədən istifadə olunmuşdur. İncil mətnlərinin bəzi parçaları atbaş şifrinin köməyi ilə şifrlənib. İstifadə edilən şifrlər haqqında daha gerçək məlumatlar qədim yunan dövlətlərinin yaranması dövrlərinə aiddir. Qədim Yunanıstanda kriptoqrafiya müxtəlif fəaliyyət sahələrində, xüsusən də dövlət hakimiyyəti sahəsində istifadə olunurdu. Spartada e.ə. V-VI əsrlərdə yaxşı inkişaf etmiş kriptoqrafiya mövcud idi. Şifrləmə üçün iki məşhur skital və Eney cədvəlinin təsviri həmin dövrə aiddir, onlarcihazın mətndə hərflərin yerdəyişməsini və açıq mətnin hərflərinin düz xətt üzərindəki parçalarla əvəz edilməsini həyata keçirirlər. Skital dəmir silindirdir, onun üzərinə qayış elə sarınır ki, qayış hissələri bir-birini örtməsin, yan tərəflərdən qovuşsunlar. Məlumat skitalın oxu boyunca qayışın üzərinə yazılır. Sonra qayışı açaraq çaparın belinə bağlayırdılar. Çaparın belində məlumat hərflərin oxunmaz yığını kimi görünürdü. Bu şifrin açarı skitalın diametridir. Məlumatı deşifrləmək üçün qayışı həmin diametrli skitala dolayırlar. Maraqlıdır ki, hələ qədim zamanlarda bu şifrin çox orijinal açılma üsulu da icad olunmuşdu. «Antiskital» deşifrləmə qurğusunun ixtirasını Aristotelin adına yazırlar. O, konusşəkilli «nizədən» istifadə etməyi təklif etmişdi, əldə olunmuş qayışı nizəyə dolayırdılar, qayışı ox boyunca mənalı mətn alana kimi sürüşdürürdülər. Məlumat fraqmentinin «oxunduğu» konus hissəsi şifrin açılması üçün tələb olunan diametri göstərirdi. Kriptoqrafiya ilə bağlı xatırlanan ilk tarixi adlardan biri Troyanın müdafiəçisi, əfsanəvi sərkərdə Eneyin adıdır. Eney «Möhkəmləndirilmiş yerlərin müdafiəsi haqqında» əsərində «kitab şifri» adlanan şifri təsvir edir. Eney kitabda və ya başqa sənədlərdə gizli məlumatın hərflərinin üstündə az nəzərə çarpan deşiklər açmağı təklif edirdi. Qeyd etmək maraqlıdır ki, birinci dünya müharibəsində alman casusları qəzet mətnlərində deşik əvəzinə hərflərə simpatik mürəkkəblə nöqtələr qoymaqla analoji şifrdən istifadə edirdilər. Müasir kitab şifri bir qədər başqa şəkildədir. Bu şifrin mahiyyəti hərfin müəyyən kitabın əvvəlcədən razılaşdırılmış səhifəsində sətrin nömrəsi və bu hərfin həmin sətirdəki nömrəsi ilə əvəz edilməsindən ibarətdir. Belə şifrin açarı kitab və onda istifadə olunan səhifədir. Bu şifr uzunömürlü olmuş və hətta İkinci dünya müharibəsi zamanı da tətbiq olunmuşdu. Kriptoqrafiya sahəsində Eneyə məxsus daha bir ixtira Eney diskidir. Diametri 10-15 sm, qalınlığı 1-2 sm olan diskdə hərflərin sayı qədər deşiklər açılır. Diskin mərkəzində üzərinə kifayət uzunluqlu sap sarınmış sarğac yerləşdirilir. Sapın bir ucu sarğaca bərkidilir. Şifrləmə zamanı sap sarğacdan "dartılaraq" ardıcıl olaraq şifrlənən mətnin hərflərinə uyğun deşiklərdən keçirilirdi. Disk özü məktub kimi göndərilirdi. Diski alan sapı deşiklərdən ardıcıl olaraq çıxarırdı, bu da ona göndərilən məlumatı tərs qaydada almağa imkan verirdi. Diski ələ keçirən bədniyyətli həmin qayda ilə məlumatı oxuya bilərdi. Lakin Eney diski ələ keçirmə təhlükəsi olduqda ötürülən məlumatın asan məhv edilməsi imkanını nəzərdə tutmuşdu. Bunun üçün sapın diskin bütün deşiklərindən tam çıxmasına qədər "sarğacı" çəkmək kifayət idi. Linkləri görəbilmək üçün QEYDIYYATDAN keçməlisiniz. Qədim yunanların daha bir ixtirası «Polibi kvadratı» adlanan şifrdir yunan dövlət xadimi, sərkərdə, tarixçi, e.ə. III əsr). Bu şifr(Polibi açıq mətnin hər bir hərfinin əlifbanın hərfləri yazılmış 5×5 ölçülü kvadratda koordinatları ilə əvəz edilməsindən ibarətdir. Şifrlənən hərf yazıldığı kvadratın koordinatları ilə əvəz olunurdu. Məsələn, B hərfi AB ilə, F hərfi BA ilə, R hərfi DB ilə və s. əvəz olunurdu. Deşifrləmə zamanı hər bir belə cüt məlumatın uyğun hərfini müəyyən edirdi. Baxılan halda gizlilik hərflərin əvəz edilməsi üsulunun özüdür. Bu sistemdə açar yoxdur, çünki hərflərin əlifba sırası istifadə olunur. Polibi şifrinin çətinləşdirilmiş variantında hərflər kvadrata (əlifba sırasında deyil) ixtiyari qaydada yazılır. Bu ixtiyari qayda şifrin açarı olur. Qədim dövr kriptoqra əvəzetmə vəfiyasında şifrlərin iki növü yerdəyişmə şifrləri istifadə olunurdu. Əvəzetmə şifrinə tarixi misal qədim Roma tarixçisi Svetoninin (e.ə. I əsr) "Qall müharibələri haqqında qeydlər" kitabında təsvir edilən Sezar şifridir. Qay Yuli Sezar (e.ə. 100-44-cü illər) yazışmalarında özünün təxminən e.ə. 50-ci illərdə ixtira etdiyi şifrdən istifadə edirdi. 26 hərfdən ibarət latın əlifbasınıa tətbiq etdikdə bu şifr aşağıdakılardan ibarətdir. Əlifba yazılır: ABCDEFG…; sonra onun altında həmin əlifba sola üç hərf dövri sürüşdürməklə yazılır: ABCDEFGHIJKLMNOPQRSTUVWXYZ DEFGHIJKLMNOPQRSTUVWXYZABC Şifrləmə zamanı A hərfi D hərfi ilə əvəz edilir, B hərfi E ilə, C hərfi F ilə və s. əvəz edilir. Məsələn, VENI VIDI VICI (gəldim, gördüm, qalib gəldim) açıq mətni YHQL YLGL YLFL şifrmətninə çevrilir. Şifrlənmiş məlumatı alan bu hərfləri aşağıdakı sətirdə axtarır və onların üstündəki hərflərə görə ilkin açıq mətni bərpa edirdi. Sezar şifrində açar ikinci sətirdə əlifbanın sürüşməsinin kəmiyyətidir. Yuli Sezarın xələfi Avqust Sezar da həmin şifrdən istifadə edirdi, ancaq sürüşmə 4-ə bərabər idi. Sezar şifri atbaş şifrindən sadə idi, lakin həmin dövrdə insanların çoxunun savadsız olduğu saya alınsa, bu şifrin qiymətli verilənlərin qorunması üçün vaxtında özünü yetirdiyi aydın olar. Hər halda Sezarın vaxtında onun sındırılması haqqında heç bir məlumat yoxdur. Roma imperiyasının süqutu ilə Avropada feodal pərakəndəliyinin və natural təsərrüfatın üstünlüyünün uzun dövrü başlandı. Avropanın həyatında bu dövr intellektual fəaliyyətin tənəzzülü ilə, orta əsrlərin cəhaləti ilə xarakterizə olunur. Savadın çox məhdud dairədə insanlara müyəssər olduğu dövrlərdə informasiyanın kriptoqrafik mühafizəsinə tələbat çox da böyük deyildi. Savad və maarif bu dövrlərdə kilsədə cəmləşmişdi və kriptoqrafiya onun inhisarına çevrilmişdi. Kilsə qərar vermişdi ki, sadə bəndələr sirlərini «xudadan» gizlədə bilməzlər, onların gizli yazısı küfrdür. Gizli yazıdan istifadəyə görə ölüm hökmünə kimi ciddi cəza tədbirləri nəzərdə tutulmuşdu. Buna baxmayaraq kriptoqrafiya məhv olmadı. Onun inkişafına müsəlmanlar ciddi töhfələr verdilər. Bir çox tarixçilər qəbul edirlər ki, kriptoanaliz elm kimi müsəlman dünyasında yaranmışdır Herbi Kriptoqrafiya Author: MCH Submitted by: XEY Date: 2010-04-02 00:38 Comments: (0) Ratings: Simmetrik Alqoritmlər Blok şifrələmə və silsilə şifrələmə alqoritmləri olaraq ikiyə ayrılmaqdadır. Blok Şifrələmə Alqoritmləri Bu cür alqoritmlər məlumatı bloklar halında işləməkdədir. Bəzən müstəqil bəzən bir-birinə bağlı olaraq şifrelemektedir. Bunlar; AES: Advanced Encryption Standart (İnkişaf etmiş Şifrələmə Standartı), beynəlxalq olaraq istifadə edilən bir blok şifrələmə alqoritmidir. Vincent Rijmen və Joan Daemen tərəfindən inkişaf etdirilmiş olub DES şifrələmə alqoritminin zəif nöqtələrini qarşı yaradılmışdır. Blowfish: Köhnələn DES şifrələmə alqoritminin yerini olmazürməsi və digər şifrələmə alqoritmlərinin yerinə olmazürməsi. Bruce Schneier tərəfindən 1993 ilin də hazırlanmışdır. Camellia Cipher: Bilinən bütün şifrə həll etmə hücumlarına qarşı qoya bilmək üçün yüksək təhlükəsizliyi göz qarşısında saxlanılaraq hazırlanmışdır. DES: Verilən Encryption Standart (Məlumat Şifrələmə Standartı ) dünyanın ən çox istifadə edilən şifrələmə alqoritmlərdəndir. 1970 li illərdə geliştirtmiştir. İndiki vaxtda DES şifrələmə alqoritmi etibarını itirmişdir. 3DES: DES şifrələmə alqoritminin etibarını itirməsindən ötəri IBM tərəfindən 1987-ci ildə geliştirtmiştir. Feistel Cipher: Bu Simitrik alqoritm bilinən şifrələmə blok şifrələmə alqoritmlərinin təməlini təşkil etməkdədir. IDEA: International Verilən Encryption Algorithm (Beynəlxalq Məlumat Şifrələmə Alqoritmi) 1992-ci ildə inkişaf etdirilmişdir. Qaynaq kodu ödənişsiz olmasına baxmayaraq ticari məqsədli istifadələr üçün lisans lazımdır. Playfair Cipher: Təməlini riyazi matrislərdən alan və bilinən ən sadə alqoritmdir. SkipJack: NSA tərəfindən hazırlanmış və dizaynı ilə əlaqədar məlumatlar 1993dən 1998ə qədər gizli tutulmuşdur. Silsilə Şifrələmə Alqoritmləri Silsilə şifrələmə algoritmları məlumatı bir bit silsilə olaraq olmazürməkdədir. RC4: Ronald Rivest, RSA tərəfindən 1987-ci ildə tapılmışdır. 1994-cü ildə məchul kəslər tərəfindən qaynaq kodu internetdə nəşr olunmuşdur. İstifadəsi lisans tələb etməkdədir. A5/1: Ünsiyyətdə gizlilik üçün GSM ler üçün istifadə edilmişdir. Etibarsızdır. A5/2: A5/1 en etibarsızlığından ötəri hazırlanmışdır. Panama: Joan Daemen, Craig Clapp tərəfindən hazırlanmışdır. SOBER - 128: 2003-cü ildə hazırlanmışdır. Məqsəd MACdə funksionallıq təmin etməkdir.
Posted on: Fri, 28 Jun 2013 16:57:30 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015