Burda indicə bəziləri oruc tutmağın "xeyrindən" danışdı - TopicsExpress



          

Burda indicə bəziləri oruc tutmağın "xeyrindən" danışdı buyurun əziz dindarlar Orucun beyinə və gözə zərəri Avqust 08, 2012 Bu mövzuda mən qısa və uzunmüddətli aclığın orqanızmə zərərli təsirlərindən söhbət açacam. İlk olaraq deyim ki, bu məqalədəki məlumatlar yalnız elmi mənbələrdən götürülmüşdür və heç bir paramedikal və dini baxışlara söykənmir. Əvvəla aclıq halına tək-tək orqanlar yox orqanizm bütünlükdə reaksiya verir. Uzun olmasın deyə aclığın yalnız iki orqana:beyin və gözə olan təsirini araşdıracam. Aclığın beyinə olan təsirləri Bizim beynimiz eynən nəqliyyat vasitəsi kimi işləyir. Necə ki, avtomobilin yanacağı, suyu, əyləc sisteminin mayesi və b. olmayanda işləmir, eləcə də beynimizin yanacağı-qlükoza, vitamin və mineralları olmasa işləmir. Ən başlıcası odur ki,beyin ölənə qədər fasiləsiz çalışır (daha çox biz yatanda). Beyin orqanizmdə loru dildə desək əgər idarəçi, prezident, ali baş komandan rolu oynadığı və əvəzedicisi olmadığı üçün onun məzuniyyətə çıxması, sanatoriyaya getməsi mümkün deyil. Deməli o daim ona lazım olan elementləri qəbul etməlidir. Sadalanan xammallar orqanizmdə istehsal olunmayıb ona mütəmadi olaraq xaricdən daxil olur. Bunların az daxil olması halları isə beyinin işini pozur. Belə hallara aiddir: 1. Aclıq 2. Zəif qidalanma 3. Vitamin və mineralların çatışmazlığı 4. İnfeksiya 5. Alkoqolizm İndi mövzuya uyğun olaraq ancaq ilk üç faktordan danışacağıq. Aclığın beyinə təsiri qəbul etdiyimiz qidaların bizim əhval ruhiyyəmizə və sinir sistemimizə bilavasitə olan təsir mexanizminə əsaslanmışdır. Qida enerjidir. Söhbət enerji sərfindən gedirsə burada ən tələbkar olan orqan beyindir. Bizim qida rasionumuz beyinin kimyəvi tərkibinə və sinir funksiyalarına (neyromediatorların aktivliyinə təsiri,hansı ki, bu mexanizmlə sinir impulsları ötürülür), yuxu və gümrahlıq halına təsir edir. Vitamin və orqanizm üçün vacib olan mineralların defisiti və artıqlığı beyin funksiyasının müvafiq dərəcədə pozulmasına səbəb olur. Bir çox xəstəliklər də vitamin və mineral çatışmazlığının təsirindən yaranmış qüsurlu dövran nəticəsində baş verir. Məsələn xolekalsiferol (D3 vitamini) çatışmadıqda sümüklərdə kalsium və maqneziumun, sinir mielinində isə sinkin və fosforun yığılmasında çətinlik yaranır ki, yaranan simptomokompleksə Raxit xəstəliyi deyilir. Bu xəstəliyi keçirmiş uşaqlar isə ömür boyu psixi dayanıqsız və çətinqavrayan olurlar. İnsan beyni orqanizmin ümumilikdə əldə etdiyi enerjinin 30%-ni sərf edir. Onun ölçüsü və çəkisini nəzərə alsaq bu çox böyük göstəricidir. Bu səbəbdən də az kalori qəbul edən insanlar dərin düşünmə, qərar qəbul etmə, analiz etmə və motivasiya proseslərində əziyyət çəkirlər. Aclıq çəkən insan əvvəl aqressiv sonralar isə apatik, qəmgin və depressiv olur. Ağır dərəcəli enerji çatışmazlığı isə orqanizmin nəinki psixikasına həm də hormonal balansın qorunmasına, oksigen transportuna, immun sistemin sabitliyinə mənfi təsirlərini göstərir. Hamilələr və 16 yaşına qədər olan uşaqların aclığı isə daha ağır nəticələrə səbəb olur. Sonradan hamiləlik keçirən qadında massiv diş çürümələri, qaraciyər və böyrək xəstəlikləri,saç tökülmələri kimi, uşaqlarda isə qalıcı intellekt və koqnitiv zəifliklərə gətirib çıxarır. Aclığın gözlərə olan təsiri Gözlərimizin 90%-i sudan ibarət olduğuna görə orqanizmdə olan su çatışmazlığı gözün turqorunun (həcmli vəziyyəti) vəziyyətinə, gözyaşı təbəqəsinin və gözdaxili kameraların maye tərkibinin stabilliyinə mənfi təsirlərini göstərir. Bu həm də gözün xarici amillərin (küləyin, kəskin isti və kəskin soyuq havanın, tozun) zərərli təsirinə qarşı müqavimətini aşağı salır. Mexanizm isə ondan ibarətdir ki, daim sintez olunan gözyaşı gözün üzərində qoruyucu qat yaradaraq onun bir yandan tempratur sabitliyini təmin edir, o biri yandan isə gözə düşmüş toz və mikrobları gözyaşı kisəsinə yönləndirərək buruna axıdır, ardınca da bildiyimiz kimi bura gələn mayelər tədricən quruyaraq xarici mühitə tökülür. Aclıq çəkən orqanizm xüsusən yay aylarında kəskin şəkildə su çatışmazlığı yaşadığından yuxarıda göstərdiyimiz prosesdə ləngimə olur. Bu da oftalmologiyada geniş anlam olan “quru göz” sindromuna gətirib çıxaran amillərdən biridir. Gözün ön tərəfinə pərdə gəlməsi də(pteriqium) “quru göz”ün zəminində baş verir. Hələ ana bətnində olarkən dölün az qidalanması onun kor doğulma ehtimalını artırır. Əksər hallarda uşqaqlarda anadangəlmə görmə tənbəlliyi (ambliopiya) və yaxın görmə zəifliyi (hipermetropiya) yaranır. 12-18 yaş arası uşaqlarda isə qısa və ya uzunmüddətli aclıq onların onurğa mayesində sakit şəkildə yaşayan herpes viruslarının oyanması ehtimalını artırıb görmə sinirində atrofik ocaqların (quruma) yaranmasına, qrip və adenoviruslarına qarşı immuniteti zəiflədib gözün buynuz qişasında (bəbəyində) bozumtul bulanmalara gətirib çıxarır. Vitamin çatışmazlığından gecələr görmənin zəifləməsi və daimi olaraq infeksion xəstəliklərə qarşı yüksək həssaslıq halı yaranır. Burda verilən məlumatlar yalnız uzunmüddətli aclığa şamil olunmamalıdır. Çünki orqanizmə ən böyük zərbə vuran aclıq növü qısamüddətli kəskin keçidlə başlanmış aclıqdır. Tədricən başlayan və qısamüddətli aclıq prosedurları bağırsaq kriptalarında olan zərərli maddələrin, qaraciyərdə indol, skatol kimi mübadilə məhsullarının azalmasına xidmət edir amma bu aclıq tədricən başalayan pilləli rejimdə gedir. Orucluqda isə biz bu prosesi kəskin şəkildə edib orqanizmi öyrəşmədiyi situasiyaya salırıq. Stress-orqanizmin öyrəşmədiyi situasiyaya düşməsidir. Dr. Azər Kərimov Kultura.Az kultura.az/articles.php?item_id=20120808013540798&sec_id=9&lang=az
Posted on: Mon, 08 Jul 2013 20:04:59 +0000

Recently Viewed Topics




© 2015