BİR QATAR Adətən, şərq adamı öz köhnə əşyalarından - TopicsExpress



          

BİR QATAR Adətən, şərq adamı öz köhnə əşyalarından və köhnə fikirlərindən, çətin ayrılır. Onun evinin hər bucağında köhnə paltarlar əl-ayağa dolaşır. Uşaqlarının bir də heç vaxt lazım olmayacaq köhnə geyimləri dolabları ağzınacan doldurur. Evin zirzəmisində, damında, eyvanda ürəksıxıcı səliqəsizlik və darısqallıq yaradan sınıq-salxaq məişət əşyaları, taykeş ayaqqabılar yaşayır. Bu adam daima öz keçmişi ilə ömür sürür. Fikrimcə, yeni əşyalar və yeni fikirlər şərqli insanın həyatına köhnələrlə vidalaşandan sonra daxil ola bilər. Mən də bir şərqli kimi eyvanımdakı o köhnə kitab-paltar-ayaqqabı-cihaz-dəzgahların arasında eşələnərkən nə vaxtsa yazdığım bu şerlərim əlimə keçdi. Həyatda yeni qənimətlər əldə etmək naminə o köhnə əşyalarımı və bu köhnə şerlərimi yandırdım. USTADNAMƏ Şeydən şey törəyər, zaddan zad olar, Zad şeyə qarışar, zad ola bilməz. Zadnan şeyin bir zadı var dünyada, Heç bir şeyin zadı yad ola bilməz. Şeydi, zaddı hər şeyi bir danədi, Zadın şeyi sanasan ki, nanədi, Şey zada doğmadı, zad biganədi, Zadda şey zad olar, ad ola bilməz. Seyid Murad, şeyə, zada baxma sən, Şey olub hər zada şey tək axma sən. Zaddan şeyə, şeydən zada çıxma sən, Bir şeydən hər zada od ola bilməz. DÜNYA Fələk zad eləyib şey oxuyanda, Hər şeyin zadına şey olan dünya. Namərdi şey olar mərdi zad olar, Həmişə zadına ney olan dünya. Dərya tək şey olar, bir zada gəlməz, Şeyi zad kimidir, heç zadı bilməz. Zad üçün ağlamaz şey üçün gülməz, Zadın badəsində şey olan dünya. Coşqun Murad, şeydi, zad qara gəldi. Zadın şeyə döndü, dad qara gəldi. Əzrayıl zad qurdu, yad qara gəldi, Şeyin "əlif"ində "bey" olan dünya. QƏZƏL Şey-zad ulağım kakili-peykanım içindir, Zad-şey dolağım külli-direvşanım içindir. Bihudə zadım müftə quleybanu şeyindən Hər zadu-şeyim mülki-zənəxdanım içindir. Gər, aşiqinə şeyyu-zadu olsa nə hacət, Zadu-şeyu ki, şeyyu-zadu-canım içindir. Canu-zadu-şey aşiqə bir rəhmi-cənanə, Vəslin ki yetər, zad ilə hər şanım içindir. Aşüftələrin şeylərə bir zadını görgəc, Şeyyü-nökərün zadu-şeyu-xanım içindir. Meylü-cananın şeyü nədir zadü-cahanda, Zadi-cananın zatı ol ərkanım içindir. Ey xəstə Murad, şeyü-zadü-tərkü cəhanəm, Vəsl əyyamın ilə zadu-hərəmxanım içindir. DODAQDƏYMƏZ TƏCNİS Şeydən zada, zaddan şeyə şey gərək, Zad zada dəyəndə, eylər zada zad. Hər zad ilən seyrə çıxsan səhraya, Şeyi şeydən, zadı zaddan zad az ad. Zadın şeyi şeydə qalar sağalar. Şey yara zad elər, yardan sağ alar. Sağdan şeyi zada çəkər sa ğalar, Şey zad alar, zad şey açar zadazad. Xəstə Murad şeyin zada a yarar, Yar şey içər şey neştərə a yarar. Zadda şey zad ilən şeyi ay arar, Zad əğyardan şeyə şeydi, zada zad. CIĞALI TƏCNİS Şeyin zad olmağı zada faydadı, Sən şeyə zad olsan, zad şeyə bir bax. Aşıq zad şeyə bir bax, Zülfün zad şeyə bir bax. Qəddin zada dönüncə, Yenə zad şeyə bir bax. Şeyin zadı keçər qürbət içində, Gətirər şey zadı, zad şeyə bir bax. Təbib şeydən vurar zadı yaralar Zadın qaydasıdı şeyi yar alar. Aşıq şeyə yar alar Şeyi zaddan yar alar Şey zada yar olsa da Yenə şeyi yaralar Şey gələr zad kimi şeyə yaralar, Vəfasız şey olsa zad şeyə bir bax Xəstə şair Murad zad da dərindi Şeydə dayaz gələn zadda dərindi Aşıq zadda dərindi Şeyin zadda dərindi Vəfalı yar şey olar Şey də zad da dərindi Şeyin bivəfası zadda dərindi Zad şeyə tuş olar zad şey a bir bax DAĞLAR Şey gələndə zad olursan Gözəldi şey zadın dağlar Yaralıyam şeydən zaddan Həm şeyim həm yadım dağlar Zad olanda şeyin düşər Şey içində zadın bişər Təbib gələr şeyi deşər Zaddan-şeydən qədim dağlar Şair Murad gələr şeyə Şey gətirər yerə göyə Meyli çəkər zada-şeyə Zad bağlayar ödüm dağlar DEYİŞMƏ Qoca şair: Səndən şey eləyim, ay cavan şair, O nədir ki, zad olanda şey olur? Hər şeyindən gündə bir zad çoxalır, Bu dediyim zadlar onda hey olur. Cavan şair: Sənə zad eləyim, ay qoca şair, Bə sən bilmirdinmi, daim şey olur? O dediyin zadlar cahanda vardır, Zadın şeyi, şeyin zadı ney olur. Qoca şair: O nədir ki, zadnan şeyi malalar? O nədir ki, dimdiyindən balalar? Zaddan şey gətirər ala qarğalar, Gərdanında "əlif" zülfü "bey" olur? Cavan şair: O zaddı ki, şeyin üstün malalar, Üstəlik də dimdiyindən balalar. Haqdan zad gətirər ala qarğalar, Adam bunu oxuduqca key olur. Qoca şair: Bir de görüm, şey olurmu zadlarda? Bir de görüm, zad olurmu odlarda? Bir de görüm, şey nə gəzir dadlarda? Oxuduqca vərəqləri lay olur? Cavan şair: Zad deyəni şey gətirdi, zad aldı, Şeyin, zadın əllərindən yad aldı. Azərbaycan zad yurdundan od aldı, Bazarda qapısı taybatay olur. yanvar 2005
Posted on: Sat, 03 Aug 2013 17:57:48 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015