BİZİ ÖLDÜRƏN QOCALIQ DEYİL, PİS - TopicsExpress



          

BİZİ ÖLDÜRƏN QOCALIQ DEYİL, PİS VƏRDİŞLƏRDİR! Hippokrat TİBB "ELMİNİN" İÇ ÜZÜ Bu gün diqqətinizi bir qəribə paradoksa cəlb etmək istəyirəm. Siçanlar, siçovullar, itlər, dovişanlar üzərində ekspriment aparan alimlərin, "sağlamlıq" ocaqlarının sayı, səhiyyə sisteminə ayrılan vəsaitlərin həcmi çoxaldıqca, "şəfalı" dərmanların çeşidi artdıqca - "sağalmaz" xəstəliklərin və onların qurbanlarının sayı da paralel artır. Üstəlik, xəstəliklər sürətlə "cavanlaşır" : yəni, bir vaxtlar "qocalıq xəstəliyi" sayılan ürək-damar, diabet, xərçəng və s. xəstəlikləri indi gəncləri, hətta, uşaqları da soyuq məzara aparır. Bu dəhşətli qanunauyqunluğun kökündə nə durur? Cavab çox sadədir: ona görə ki, təməli Hippokrat tərəfindən qoyulan, O. Qalen, İbn Sina və naturopat alimlər tərəfindən davam etditilən əsl tibb elmi saxtalaşdırılıb, "sivilizasiya" adlı bir əcaib qüvvə onu məhv edib. İnsanlara təbii yolla şəfa verən əsl tibb elminin yerini, işbazlara, dələduzlara, yırtıcı biznesə xidmət edən saxta "tibb elmi" zəbt edib. Müasir "tibb elminin" Hippokratdan bəşəriyyətə miras qalan həqiqi tibb elmi ilə heç bir əlaqəsi yoxdur. Bu yalançı "elm" sağlamlığa deyil, işbazları varlandırmağa, CƏNAB KAPİTALA xidmət edir. Elə buna görə də gündə bir yalançı xəstəlik, yalançı vaksina, yalançı dərman meydana çıxır, geniş reklam olunur. Heç təsdüfi deyil, ki, bu gün dərman biznesi narkobiznesi və silah biznesini də geridə qoyub. Müasir "tibb elminin" saxta olduğunu göstərən çoxsaylı dəlillərdən üçünü diqqətinizə çatdırmaq istərdim. Birinci: hər bir sahənin öz konkret elmi var. Biz "fzika" deyəndə müvafiq qanunların, düsturların toplusu göz qabağına gəli. Riyaziyyat, kimya, ədəbiyyat, tarix və s. də onun kimi. Bəs "tibb elmi" hansı təməl üzərində qurulub və onun hansı düsturu var? Bilirik ki, "tibb elmi" bir neçə müstəqil elmin qarışığıdır - anatomiya, biologiya, kimya, fizika, riyaziyyat. Əsl həftəbecərdi. İkinci: bütün elmlərdə nəticə qabaqcadan bəllidir. Məsələn, 2+2=4. Hər zaman və hər məkanda belə olub və belə də olacaq. "Tibb elmi" bir ölkədə bu xəstəliyi bir cürə müalicə edir, o biri ölkədə - başqa cürə, bu gün bu xəstəliyi bu dərmanla müalicə edir, sabah başqa dərmanla. Özü də tətbiq olunan metodun və dərmanın nə nəticə verəcəyi heç kəsə bəlli deyil. Bir dərmanı başqası əvəz edir, təzə dərman güclü reklam olunur, işbazlar yaxşı qazanır, sabah "aydın" olur ki, o dərman effekt vermir, üstəlik ayrı-ayrı orqanları dağıdıb, sıradan çıxardır. Meydana təzə dərman çıxır. Bu proses məqsədyönlü şəkildə, yırtıcı biznesin diktəsi altında aparılır. İnsanlar kütləvi şəkildə zəhərlənir və qırılır, işbazın insanların faciəsi üzərində qurduğu zənginliyi isə güclənir. Üçüncü: məlumdur ki, hər bir nəticənin səbəbi var, səbəbi aradan qaldırmadan nəticəni dəf etmək olmur. Müasir "tibb elmi" isə xəstəliyi törədən səbəbə qarşı mübarizə aparmır, nəticəni, yəni xəstəliyi dəf etməyə çalışır. Bu isə dələduzluqdan başqa bir şey deyil. Nəticəni özünüz çıxardın. Ərşad Əzimzadə, "Ana Təbiət" Natural Gigiyena Mərkəzinin rəhbəri, yazıçı-jurnalist. Нравится · · Поде
Posted on: Sun, 15 Sep 2013 07:04:23 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015