Bəzi qidalar tərkibinə görə, sizə baş ağrısı verə - TopicsExpress



          

Bəzi qidalar tərkibinə görə, sizə baş ağrısı verə bilər. Bəs onlar hansılardır? ANS PRESS Milliyətə istinadla narahatlığa səbəb ola biləcək qidaları oxucularına təqdim edir. Rafinə edilmiş şəkər Şəkər qənd formasına salınana kimi bəzi mərhələlərdən - yuma,qaynatma,filtirləmə,quruma və s. keçir. Rafinə edilmiş şəkər immun sisteminə təsir edərək baş ağrıları, miqrenə səbəb ola bilər. Bunun səbəbi isə beyində oksigen səviyyəsinin azalmasıdır. Yer fıstığı və balqabaq toxumu Əslində bu çərəzlərin faydası var. Amma bəzi insanlarda müsbət effekt verməyə bilər. Buna səbəb isə tərkibindəki “tyramine” maddəsidir. Soya sousu Yeməklərə ləzzət qatmaq üçün istifadə edilən soya aoususoya lobyasından hazırlanır. Tərkibindəki yüksək miqdarda duz səbəbindən çox istifadə edildikdə nəinki baş ağrısı, hətta ölümədə yol aça bilər. Zeytun Zeytun və yağı əslində çox faydalıdır. Amma normadan artıq istifadə başda kəskin ağrılara səbəb ola bilər. Qurudulmuş, hisə verilmiş ət məhsulları Belə ətlərin tərkibində yüksək dərəcədə natrium və nitrat əmələ gəlir. Bu da baş ağrısı deməkdir. mümkün qədər təzə ətdən istifadəyə çalışın. Çin yeməkləri və fast fudlar Çin yeməklərində amin turşuları var. MSG adı verilen bu maddəyə hamburger, pizza, qızardılmış toyuq, qızarmış kartof kimi fast fudlardada rast gəlinir. Bu maddə yüksək təzyiq,diabet, piylənmə riskini artırır, baş ağrısına səbəb olur. Uzun illər saxlanmış pendirlər Bəzi pendir növləri uzun illər saxlanılaraq daha dəyərli hala gətirilir. Amma unutmaq olmaz ki, belə pendirlər dəyərli olsalar da, onlardan normadan artıq istifadə yüksək təzyiq,allergiya,baş ağrısı kimi fəsadlar vura bilərlər. Süni dadlandırıcılar Süni dadlandırıcı vasitələr şəkərlə müqayisədə daha az kalorilidir və iki dəfə artıq dad verir. Bu maddələrin hazırlanmasında kimyəvi maddələrdən istifadə edilir. Bunlar xərçəngdən tutmuş baş ağrısına kimi bir çox problemə səbəb ola bilərlər. Qırmızı şərab Şərab baş ağrısına səbəb olan məhsulların başında gəlir.
Posted on: Fri, 22 Nov 2013 06:39:23 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015