Bəzən diabet xəstəliyində ümumiyyətlə heç bir - TopicsExpress



          

Bəzən diabet xəstəliyində ümumiyyətlə heç bir əlamət özünü göstərmir və diabet təsadüfən aşkar olunur. Misal üçün, okulist göz dibini müayinə edərkən diabet xəstəliyinə xas olan dəyişikliyə əsasən diabet diaqnozunu aşkar edir. Lakin bir çox əlamətlər var ki, bunlar hər iki tip diabet üçün xarakterikdir. Diabetin əlamətləri insulin sekresiyasının azalma dərəcəsindən, xəstəliyin müddətindən və xəstənin fərdi xüsusiyyətlərindən asılıdır. Diabetin ən çox rast gələn əlamətlərindən aşağıdakıları göstərmək olar: 1. Tezləşmiş sidik ifrazı və orqanizmin susuzlaşmasına səbəb olan güclü susuzluq; 2. bəzi hallarda daimi aclıq hissinə baxmayaraq, çəkinin sürətlə azalması; 3. qanda şəkərin yüksək olması; 4. zəiflik və yorğunluq hissi; 5. görmənin aydın olmaması; 6. cinsi aktivlikdə bəzi problemlərin əmələ gəlməsi; 7. ətraflarda keyləşmənin və ağrıların əmələ gəlməsi; 8. ayaqlarda ağırlıq hissi; 9. başgicəllənmə; 10. infeksion xəstəliklərin gec sağalması; 11. yaraların gec sağalması; 12. bədənin hərarətinin aşağı düşməsi; 13. görmənin pozulması; 14. tez yorulma; 15. baldır əzələlərinin qıc olması
Posted on: Wed, 07 Aug 2013 14:09:20 +0000

Trending Topics



>

Recently Viewed Topics




© 2015