Caliwin axira kimi oxuyun !!!axiri maraqlidir!!! Bakı Dövlət - TopicsExpress



          

Caliwin axira kimi oxuyun !!!axiri maraqlidir!!! Bakı Dövlət Universitetində oxuyan gənc qız Yevlaxda yaxşı vəzifədə işləyən atasına zəng edir; — «Ata, salam. Mən Lalə». — «Ooooo… Gözəl qızım mənim. Necəsən? Nə var nə yox?». — «Heç soruşma atacığım. Heç kefim yoxdu vallah». — «Xeyirdir? Bir problem var?». Qız ağlamaya başlayır və atası isə qızının ağlamaq səslərini eşidir və çox narahat olur; — «Nooldu qızım? İzah etsənə!!!». — «Murad evi tərk etdi. Boşanmaq istəyirmiş». — «Nə evi azzz? Nə boşanmağı? Sən nə vaxt evləndin ki indi də boşanırsan???». — «Xatırlayırsan, sənin heç xoşuna gəlməyən narkoman oğlan var idi ee mən onunla evləndim». — «Böyük qələt elədin, tərbiyəsiz!!! Nəysə, artıq edəcək bir şey yox! Versin məhkəməyə, dərhal boşanın». — «Boşanaq ee amma məndən 1 milyon manat istəyir. Əgər verməzsəm, münasibətimiz yaxşı olan vaxtlarda çəkdiyi çılpaq şəkillərimi internetdən hər kəsə göndərəcəyini söylədi». — «Alçaq qızı alçaq!!! Çılpaq fotoşəkil də çəkdirdin, eləmi?». — «Amma atacığım, o vaxt o mənim ərim idi. Nə biləydim belə bir hərəkət edəcəyini». — «Yaxşı day… Olan olmuş artıq. Sabah göndərərəm pulu günortadan sonra banka gedib götürərsən verərsən o utanmaz narkoman ərinə! Sonra da alarsan ondan bütün çılpaq şəkillərini yandırarsan hamsını bir-bir». — «Sağ ol ata… Ata bir də ki, abort etdirmək üçün 100 min manata ehtiyacım var». Qızın atasının vəziyyəti əməlli başlı pisləşdi. — «Abort??? Hamiləmi qaldın o narkoman oğlandan sən?». — "Əslində ondan deyil… Tanıdığım zənci bir oğlan vardı, ondan hamilə qalmışam...Elə buna görə boşanmaq istəyir də sənin narkoman dediyin oğlan məndən...". Yazıq kişi huşunu itirmək üzrədir. Nəbzi yüksəlir, təzyiqi düşür, artıq inləyərək danışmaqdadır; — «Biz səni oraya oxumağa göndərmişdik. Sən nə işlərlə məşğul olmusan?!». Allahım nədir bu başımıza gələnlər… Universiteti bitirər bitirməz Yevlaxa qayıt, yoxsa ayaqlarını qıraram sənin!". — "İstəsən dərhal dönə bilərəm atacığım. Mən keçən il universitetdən qovuldum çünki". Kişi əsəbindən stolun üzərindəki soyuq su dolu stəkanı başından aşağıya tökür və ancaq bu şəkildə danışmağını davam etdirə bilir; — «Univesitetdən qovuldun??? Bəs mən səni orda boşuna oxutdururdum??? Sənin Hüquq fakültəsində təhsil alman üçün nə qədər əziyyət çəkmişdim bilirsən heç sən??? Sən bir Yevlaxa gəl mən sənə neynəyəcəm bilirəm! İlk istəyənlə də evləndirəcəm səni!». — «Evlənmək işi bir az çətin məsələ olacaq ata. Özün də bilirsən indi moda olub, artıq evlənmədən əvvəl oğlan və qız bir-birlərindən sağlamlıq haqqında kağız istəyirlər. Mən çox yaxşı bir sağlamlıq haqqında kağız təqdim edəcəyimi zənn etmirəm». — «Allahım, dəli olacam!!! Bir də cinsi xəstəliklərə yoluxmusan, həə???.. 100% o zəncidən keçib sənə!». — «Yox, onun çox murdar yoldaşları vardı. Bilməm artıq onların hansından keçib». Birdən bərkdən səs gəldi. Sanki nəsə yerə düşdü. Sən demə yazıq kişi bu sözləri eşidən kimi telefonun dəstəyi əlindən düşdü. Yenidən özünü toparladı kişi və danışağa davam elədi: — «Dərhal bu axşam dayını göndərirəm oraya səni götürüb gələcək. Ünvanını ver tez!». — "İndi mən Polis Şöbəsindəyəm ata. Dayıma deyersən gələndə özü ilə 50 min manata yaxın pul gətirsin". — «Nəə Polis Şöbəsi?! Bir də Polis Şöbəsinə düşmüsən azzzz???? Hansı qələti eləmisən?». — «Dünən çox əsəbləşdim getdim bara xeyli içdim, çox sərxoş idim… Gecə avtomobil kirayəyə götürüb gəzməyə çıxmışdım. Zövq üçün sürəti artırdım bir az. Hər halda sərxoş olduğuma görə yolun qırağındakı bir türk restoranına çırpıldım. Maşın yaman günə düşdü. Restorana da ziyan dəydi. Amma yaxşı ki kimsə ölmədi. Restoran sahibi və kirayə avtomobil firması deyirlər ki bizə dəyən zərəri ödə biz də səndən şikayətçi olmayaq». Kişinin vəziyyəti çox pisləşdi. Hətta pisləşmək nə sözdür ee sanki qəhr olmuşdu yazıq kişi. Telefonda qısa bir səssizlik yarandı. Qız atasının ağır vəziyyətdə olduğun görsə də danışmağa davam edir: — «Atacığım qətiyyən kədərlənmə bütün bunlar bir zarafat idi. Mən yalnız imtahandan kəsildiyimi sənə demək üçün zəng eləmişdim». Bunu eşidən kimi kişi sevinclə və xoşbəxtliklə qışqırdı: — «Canın sağ olsun mənim gözəl qızım, boş veeerrr. Bir imtahan nədir ki? Heç mühüm deyil, canın sağ olsun mənim şipşirim qızım»...:)))
Posted on: Fri, 21 Jun 2013 15:32:13 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015