Cəmil Həsənli çox pozitiv adamdır, ona sayqımız böyük. - TopicsExpress



          

Cəmil Həsənli çox pozitiv adamdır, ona sayqımız böyük. Amma, dostlar, bu nə münasibətdir? Xeyli adam, sevincək olub, bizdən onu dəstəkləməyimizi istəyir. "İlqar Məmmədov qeydə alınmasa Cəmil Həsənlini dəstəkləyərikmi?" suallar gəlir. Emosional müstəvidə anlayır və qəbul edirəm. Amma, siyasət belə yapılmaz. ReAl-ın öz namizədi var, bütün hazırlıqlarımız da ona görə edirik. Cəmil Həsənliyə şübhə etmədən səs verərəm və hər kəsə bunu məsləhət görərəm, amma məsələ daha genişdir. Cəmil Həsənli Milli Şuranın namizədidir. Milli Şura haqqında dediyimiz hər bir sözün arxasında dayanırıq, onunla bağlı şübhələrimiz, aramızda mövqe (təməl şərtlər) fərqlərimiz qalır. Bu iki məsələni hər kəsin aydın təsəvvür etməsini istəyirəm. Bizim üçün Cəmil Həsənli - ayrı, Milli Şura ayrıdır. Cəmil Həsənlini dəstəkləməli olsaq, dəstəyimiz Milli Şuraya dəstək kimi yozulmamalıdır. Cəmil Həsənlini dəstəkləməyimiz isə yanlız bir halda mümkün ola bilər - İlqar Məmmədovun qeydə alınmaması.
Posted on: Mon, 26 Aug 2013 16:33:38 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015