Daha tərk edirəm mən bu şəhəri, Son dəfə geriyə baxıb - TopicsExpress



          

Daha tərk edirəm mən bu şəhəri, Son dəfə geriyə baxıb gedirəm. Unudub qüssəni, qemi kədəri, Mən çox uzaqlara çıxıb gedirəm... Gedirəm yağışla, boranla qarla. Mən qayıtmayacam gələn baharla. Bəlkə də verdiyim bu son qərarla, Özüm öz evimi yıxıb gedirəm. Mən çox uzaqlara çıxıb gedirəm... Sənlə yox rəsminlə qucaqlaşaraq, Göz yaşı tökürəm uşaqlaşaraq. Sevgilim, səndən də uzaqlaşaraq, Coşğun bir çay kimi axıb gedirəm. Mən çox uzaqlara çıxıb gedirəm... Yeni bir başlanğıc, ümid adıyla, Gedirəm qəlbimin bu fəryadıyla. Məni kül eyləyən nifrət oduyla, Hər şeyi yandırıb yaxıb gedirəm. Mən çox uzaqlara çıxıb gedirəm... Oxu bu şeirin bu son qismini. Eşqimlə ruhuma yazdım ismini. Səndən tək yadigar qalan rəsmini, Son dəfə köksümə sıxıb gedirəm. Mən çox uzaqlara çıxıb gedirəm...
Posted on: Sat, 20 Jul 2013 04:50:40 +0000

Trending Topics



v>
12/17 On Feb. 20, 2008, with guidance data from X-band Radar at
BRANDON CRAWFORD Signed 8x10 Glossy Photo JSA San Francisco Giants
“Kung nagmahal ka ng taong di dapat at nasaktan ka, wag mong
Fun!!!!! Time!!!!! SPECIAL ANNOUNCEMENT!!!CALL TO GLORY!!!The
Mouth full of crow, President Obama offered what seems like a

Recently Viewed Topics




© 2015