Diqqet kollekuvum suallari awagida - TopicsExpress



          

Diqqet kollekuvum suallari awagida : _______________________________________- Mikro Iqtisadiyattadan ________________________________________ #1904, Mikroiqtisadiyyat suallar 1) Siyasi iqtisad termini kimi əsərinin adından götürülmüşdür A)) F. Monkretyen B) F.Kene C) U.Petti Ç) D.Pikardo D) P.Buaqilder 2) F.Kene görkəmli nümayəndəsi olmuşdur: A) merkantilizmin B)) fiziokratların C) marcinalizmin Ç) keynsçiliyin D) neoliberalizmin 3) Ticarət burcuaziyasının mənafeyini ifadə edən nəzəriyyəyə aiddir: A)) merkantilizm B) fiziokratlar nəzəriyyəsi C) marcinalizm Ç) klassik siyasi iqtisad D) proletar siyasi iqtisadı 4) Tarixən birinci olan iqtisadi nəzəriyyə məktəbi hansıdır? A)) merkantilizm B) keynsçilik C) klassik siyasi iqtisad Ç) fiziokratlar D) neoliberalizm 5) İqtisadi nəzəriyyənin keynsçi istiqaməti meydana gəlmişdir. A) XIX əsrin ortalarında B) XX əsrin 70 ci illərində C)) XX əsrin 30 cu illərində Ç) XYII əsrdə D) bizim dövrdə 6) Siyasi iqtisad termini meydana gəlib: A)) 1615 ci ildə B) 1776 cı ildə C) 1890 cı ildə Ç) 1902 ci ildə D)1932 ci ildə 7) Monetarizm cərəyanı iqtisadi nəzəriyyənin hansı istiqamətinə aiddir? A) keynsçilik B)) neoklassik C) institusional sosioloci Ç) marksizm D) merkantilizm 8) İqtisadi nəzəriyyədə monetarizm cərəyanının banisi kimdir? A) K.Marks B) A.Marşall C)) M.Fridman Ç) L.Erxard D) V.Pareto 9) Adları sadalanan alimlərdən kim marcinalizmin nümayəndəsidir: A) A.Smit, D.Rikardo B) K.Marks, F.Engels C) Ş.Furye, C.Sismondi Ç)) U.Cevons, K.Menger D) L.Erxard, M.Fridman 10) İqtisadi nəzəriyyədə riyazi metodlardan geniş istifadə etməyə kim başlamışdır: A)) L.Valras, V.Pareto B) K.Marks, F.Engels C) Ş.Furye. C.Sismondi Ç) U.Cevons, K.Menger D) A.Smit, D.Rikardo 11) İqtisadi nəzəriyyənin neoklassik istiqamətinə hansı müasir elmi cərəyanlar aiddir: A)sosial institusionalizm, marcinalizm: B)) monetarizm, neoliberalizm C) merkantilizm, monetarizm Ç) marksizm, merkantilizm D) keynsçilik, marcinalizm 12) P.Samuelson iqtisad elminin görkəmli nümayəndələrindən üçünü fərqləndirmişdir. Onlar kimlərdir? A)) Smit, Marks, Keyns B) Smit, Rikardo, Marks C) Marks, Keyns, Marşall Ç) Keyns, Marks, Fridman D) Kene, Marşall, Fridman 13) Hansı iqtisadi məktəb proteksionist dövlət siyasətinin əsasını qoymuşdur: A) klassik siyasi iqtisad B) proletar siyasi iqtisad C)) merkantilizm Ç) keynsçilik D) fiziokratlar 14) Əmək dəyər nəzəriyyəsinin ilk müəllifi kim olmuşdur? A)) A.Smit B) A.Monkretyen C) D.Rikardo Ç) K.Marks D) F.Kene 15) Hansı iqtisadi məktəb ilk dəfə kənd təsərrüfatında gəlirlərin təkrar istehsalı və bölgüsünü təhlil etmişdir? A) merkantilizm B)) fiziokratlar C) keynsçilik Ç) marksizm D)klassik siyasi iqtisad 16) İqtisadiyyat sahəsi üzrə Nobel mükafatının laureatı olan kimlərdir? A)) Pol Samuelson B) Con Meynard Keyns C) Karl Marks Ç) Alfred Marşall D) Adam Smit 17) İslamın müqəddəs kitabı Qurani Kərimdə nəyə icazə verilmir? A)sahibkarlıq fəaliyyətinə B) xüsusi mülkiyyətçiliyə C)) sələmçiliyə, faiz almaq məqsədi ilə borc verməyə Ç) alqı satqıya, ticarətlə məşğul olmağa D) xarici malların alqı, satqısına 18) Ekonomiks anlayışı aşağıdakı müəllifin əsərinin başlığında istifadə edildikdən sonra qəbul olunmuşdur: A) Con Stüart Mill B)) Alfred Marşall C) Karl Marks Ç) Con Meynard Keyns D) Adam Smit 19) İqtisadi fikrin hansı cərəyanı da həmçinin marksizm adı daşıyır: A) merkantilizm B) klassik siyasi iqtisad C)) proletar siyasi iqtisadı Ç) neoliberal istiqamət D) riyazi məktəb 20) Görünməz əl ifadəsi məşhur iqtisadçılardan kimə məxsusdur? A) K.Marks B)) A.Smit C) A.Marşall Ç) C.Keyns D) D.Rikardo 21) İqtisadi insan İqtisad elminə-si terminini kim daxil etmişdir? A) A.Marşall B)F.Kene C) K.Marks Ç)) A.Smit D) D.Rikardo 22) İqtisad elmində sosial ideyalara ilk dəfə kim baxmışdır? A) merkantilistlər B) marksistlər C)) sosial utopistlər Ç) neokeynsçilər D) fiziokratlar 23) İctimai seçim nəzəriyyəsi iqtisadi nəzəriyyənin hansı istiqaməti çərçivəsində yayılmışdır? A) neoklassik B) neokeynsçilik C) marcinalizm Ç)) sosial institusional D) marksizm 24) İri iqtisadi sarsıntıların bazar iqtisadiyyatının qeyri sabitliyilə deyil, düzgün olmayan pul siyasətilə əmələ gəlməsi haqqındakı müddəa əsas ideyalardan birini ifadə edir. A) neokeynsçiliyin B)) monetarizmin C) marcinalizmin Ç) konvergensiya nəzəriyyəsinin D) klassik siyasi iqtisadın 25) Azərbaycanda ilkin iqtisadi fikir və təsəvvürlər nədə öz əksini tapmışdır? A) Əxlaqi Nasirdə B) Xəmsədə C)) Kitabi -Dədə Qorqudda Ç) Müqəddimədə D) heç birində 26) Aşağıdakı qruplardan hansının iqtisadiyyatın dövlət tənzimlənməsini müsbət qiymətləndirən təlimlər olduğunu göstərin: A) fiziokratlar, marksizm, marcinalizm B)) merkantilizm, marksizm, keynsçilik C) marksizm, keynsçilik, monetarizm Ç) fiziokratlar, marksizm, keynsçilik D) merkantilizm, neoliberalizm, marcinalizm 27) Konvergensiya nəzəriyyəsi iqtisadi nəzəriyyənin hansı istiqamətinə aiddir? A) neoklassik B) neokeynsçilik C) marcinal Ç)) sosial institusional D) neoliberalizm 28) Hansı alim tarixi aşağıdakı beş mərhələyə bölmüşdür? -Ənənəvi cəmiyyət (Primitiv texnika, kənd təsərrüfatı, iri torpaq sahələrinin hakimiyyəti): -Keçid cəmiyyəti (Mərkəzləşdirilmiş dövlət, sahibkarlıq); -Dəyişikliklər dövrü (Sənaye inqilabı və onun nəticələri); - Yetkinlik dövrü (Elmi texniki inqilab, urbanizasiya); -Kütləvi istehlak dövrü (Xidmət və istehlak əmtəələri istehsalının müəyyənedici rolu); A) T.Veblen B) A.Toffler C) D.Helbreyt Ç)) U.Rostou D) R.Kouz 29) Qədim Yunanıstanın iqtisadi fikri hansı alimlərin əsərlərində öz əksini tapmışdır? A)) Platon, Aristotel B) Konfutsi, Syun Tszı C) Varron, Seneka Ç) Qay, Katon D) İbn Xaldun, Foma Akvinski 30) İqtisadi nəzəriyyənin hansı istiqamətinin nümayəndələri ilk dəfə öz təhlilində son hədd kəmiyyətlərini istifadə etməyə başlamışlar? A) fiziokratlar B)) marcinalistlər C) merkantilistlər Ç) neokeynsçilər D) monetaristlər MÖVZU 2. İqtisadi nəzəriyyənin predmeti, metodologiyası və metodu. 31) Aşağıda iqtisadi nəzəriyyənin predmetinə müxtəlif iqtisadi məktəblərin baxışları verilmişdir. Hansg baxgö klassik m?kt?bin? aiddgr? A) xarici ticarətlə və ölkəyə pulun gəlməsi ilə əlaqədar olan fəaliyyət; B)) sərvətin yaradıldığı istehsal sferasının, həmçinin onun böluşdurulməsi və istehlakının öyrənilməsi; C) kapitalist istehsal üsulu və ona xas olan istehsal və mübadilə münasibətləri; Ç) sərvətin mənbəyinin kənd təsərrüfatı əməyi olduğu istehsal sferasını öyrənmək; D) şəxslərin və sosial institutların davranışı 32) İqtisad elminin başlıca vəzifəsinin cəmiyyətin iqtisadi həyat fəaliyyətinin, insanların davranışının stimul və motivlərinin tədqiq olmasını hesab etmişdir: A) K.Marks B) D.Rikardo C)) A.Marşall Ç) A.Smit D) F.Kene 33) İqtisadi nəzəriyyənin sahəsi kimi makroiqtisadiyyat öyrənir: A) dövlətin iqtisadiyyatda rolunu B) cəmiyyətin iqtisadi inkişafının qlobal meyillərini C)) bütövlükdə milli iqtisadiyyatda baş verən prosesləri Ç) sahibkarlıq və iqtisadiyyatda onun rolunu D) bazar mexanizminin ayrı, ayrı elementlərini 34) Proletar siyasi iqtisad nəyi iqtisadi nəzəriyyənin predmeti hesab edir? A) millətin sərvəti və onun mənbələri B)) istehsal münasibətləri və onların inkişaf qanunları C) təsərrüfatçılıq subyektlərinin davranışı Ç) qeyri məhdud resurslar və onların istifadə edilməsi üsulları. D) milli iqtisadiyyatın fəaliyyətı 35) İqtisadi nəzəriyyənin predmetini daha dolğun səciyyələndirən tərif: A) insanların maddi və mənəvi tələbatlarının inkişafı və formalaşması haqqında elm. B) istehsal olunmuş nemətlərin istehsalı və bölgüsünün meyarları haqqında elm. C) milli sərvətlər, onun mənbələri və ondan istifadə haqqında elm. Ç)) məhdud iqtisadi ehtiyatlar şəraitində insan cəmiyyətinin inkişafının ən ümumi qanunları haqqında elm D) iqtisadi subyektlərin təsərrüfat fəaliyyəti və onların əlaqələri barədə elm 36) İlk dəfə tədavül sferasını deyil, istehsal prosesini öz təhlilinin predmeti etmiş iqtisadi məktəb: A) merkantilizm B)) fiziokratlar C) klassik siyasi iqtisad Ç) marcinalizm D) proletar siyasi iqtisadı 37) İqtisad elminin metodologiyası anlayışı özünə daxil edir; A)) iqtisadi hadisələrin öyrənilməsi üsulları və priyomları B) iqtisadiyyatın strukturu C) iqtisadi nəzəriyyənin müxtəlif cərəyanları Ç) iqtisadçı alimlərin dünyagörüşü D) müxtəlif iqtisadi sistemlərinin öyrənilməsi 38) İqtisad elminin bir sahəsi kimi mikroiqtisadiyyat nəyi öyrənir? A)) ayrı ayrı istehlakçı, firma və resurs mülkiyyətçiləri qrupunun iqtisadi davranışını B) ayrı ayrı firmaların iqtisadi davranışını C) dünya birliyində iqtisadi münasibətləri Ç) milli iqtisadiyyat səviyyəsində baş verən prosesləri D) dövlət və təsərrüfat sahələri arasında yaranan iqtisadi əlaqələri 39) Təbiət və cəmiyyət qanunlarının vəhdəti nədədir: A)) obyektiv xarakter daşıyırlar B) insanların fəaliyyətindən asılıdırlar C) insanların iqtisadi fəaliyyəti vasitəsilə təzahür edilirlər Ç) tarixən keçici xarakter daşıyırlar D) onların arasında hec bir oxşarlıq yoxdur 40) İqtisadi nəzəriyyənin sintez metodun elementlərini göstərin: A) tədqiq olunan hadisənin tərkib hissələrinə bölünməsi B) təfəkkürdə konkretdən abstrakta hərəkət C)) aralarında doğmalılıq əlaqələri olan elementlərin birləşdirilməsi, hissələrdən tamın yaradılması. Ç) sadalanan hamgsg sintez metoduna aiddir D) doğru cavab yoxdur 41) Tələbatların artması qanunu aiddir; A) xüsusi iqtisadi qanunlara B) spesifik iqtisadi qanunlara C)) ümumi iqtisadi qanunlara Ç) iqtisadi qanunlara aid deyil D) belə bir qanun mövcud deyil 42) İqtisad elmində belə metodoloci yanaşma mövcud deyil; A) dialektik materialist B) subyektiv C)) sosial institusional Ç) neopozitiv empirik D) bütün sadalanan yanaşmalar mövcuddur 43) İqtisad elmində normativ yanaşmalar mövcuddur: A) riyazi metod və modellərin tətbiqilə B) iqtisadi eksperimentlərin aparılması ilə C) iqtisadiyyatın real vəziyyətinin öyrənilməsilə Ç)) iqtisadiyyatın necə olmasının öyrənilməsilə D) iqtisadi sistemin ayrı ayrı elementlərinin öyrənilməsilə 44) İqtisad elmində pozitiv yanaşma əlaqədardır: A)riyazi metod və modellərin aparılması ilə B) iqtisadi eksperimentlərin aparılması ilə C)) iqtisadiyyatın real vəziyyətinin öyrənilməsi ilə Ç) iqtisadiyyatın necə olmasının öyrənilməsi ilə D) iqtisidi sistemin ayrı ayrı elementlərinin öyrənilməsi ilə 45) İqtisadi nəzəriyyənin hansı cərəyanının nümayəndələri iqtisad elminin öyrənilməsinin predmetini mənbəyi ticarət olan milli sərvət hesab etmişlər? A)) merkantilistlər B) fiziokratlar C) marcinalistlər Ç) neokeynsçilər D) neoliberallar 46) İqtisadi nəzəriyyədə belə öyrənmə metodu mövcud deyildir: A) elmi abstraksiya B)) spesifikləşdirmə C) induksiya Ç) deduksiya D) riyazi modelləşdirmə 47) Dəyər qanunu A) ümumi iqtisadi qanundur B)) xüsusi iqtisadi qanundur C) spesifik iqtisadi qanundur Ç) iqtisadi kafeqoriyadır D) iqtisadi qanun deyildir
Posted on: Tue, 22 Oct 2013 17:22:15 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015