Donaraq ölmək kimidir ruhun əriməsi; yavaş yavaş yox - TopicsExpress



          

Donaraq ölmək kimidir ruhun əriməsi; yavaş yavaş yox olarsan, sonra keyərsən, heç bir şey hiss etməməyə başlarsan, sonra sən yuxuya dalarsan, özünü yuxuda hiss edərsən əslində ölmüsəndir. Ölmüş olduğunu belə bilməzsən ,,, Bu şəhər ruhu ölmüş insanlarla doludur!Qüsursuz yaşaya bilərsənmi həyat ?Silə bilərsənmi alın yazısını ?Sabahı görməmişkən, Xəyallarla yaşayırıq ömür boyu ,,,Qaralama dəftəri deyil həyat ,,,Səhifələrini cırıb ata bilməzsiniz ,,, Yaşadığın hər anı yox saya bilməzsiniz ,,, Dünən, əsla ola bilməz dediklərin, Gün gələr gərçək olar ,,,Səbir, damla damla axar ruhumuza,Keçmişi udqunar, susarsan ,,, Bəzən tənhalığa çəkilmək istərsən ,Bağırmaq gələr içindən.Hıçqırarsan Və Yaşayarsan ,,, Silgisi yoxdur bu həyatın, Səhifələrini cırıb ata bilmərsiniz ,,, Alın yazısıdır bu,Ancaq yaşarsan əgər yaşaya bilirsənsə ,,, Sevgilinden ayrilmaq - Bu qədər asan olmamalıydı hər şey ,,, Tanışlardan telefon nömrəmi götürmək ,,, Əlimi tutmaq, evə ötürmək ,,, Əvvəl dodaqlarıma, sonra xətrimə dəymək ,,, Ikimiz də istədiyimizə çatana qədər tükəndik ,,,İkimiz də olduğumuzdan artıq olduq yəqin ,,, Nəyisə, nələrisə yarım saxlamalı ,Tam paylaşmamalı , tam bölüşməməliydik ,,, Az zəngləşməli, mesajların sayını azaltmalı,Bəlkə də heç görüşməməliydik ,,,Bizə aid olan hər dərdi özümüz çəkməliydik ,,,Yersiz küsmələrin, incimələrin arasına gülüş tökməliydik ,,, Bu qədər asan olmamalıydı ,,, Binaları, maşınları, küçələri və telefonda açdığımız səhərləri unutmaq ,,, Şəkillərini silmək, telefondan adını pozmaq ,,,Və bu sözləri bir nəfəsə yazmaq, Bu qədər asan olmamalıydı…
Posted on: Tue, 06 Aug 2013 11:53:29 +0000

Recently Viewed Topics




© 2015