Dünyanın harasında olsan da oynaya bilərsən . Bu çox - TopicsExpress



          

Dünyanın harasında olsan da oynaya bilərsən . Bu çox böyük uğurdur. Azərbaycanda ilk dəfə olaraq "Mən azərbaycanlıyam" tele-layihəsinin online versiyası yaradıldı . 2010-cu ildən AZ TV kanalında , hər bazar saat 19.00-da Xalq artisti Ramiz Novruzun aparıcılığı ilə yayımlanan "Mən azərbaycanlıyam " Milli Bilik Yarışması Gənclər və İdman Nazirliyinin təşəbbüsü və birbaşa dəstəyi ilə , Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi , Təhsil Nazirliyinin və AZ TV kanalının dəstəyi ilə MZ Production tərəfindən hazırlanır. IV mövsümdür ki, uğurla davam edir. 2013-cü ilin - İKT ili elan olunması ilə əlaqədar RİTN layihəni dəstəkləyərək "Mən azərbaycanlıyam" Virtual oyununu yaratdı . azerbaycanliyam.az/az/ saytına daxil olmaqla oyuna qatıla bilərsiniz. "Mən azərbaycanlıyam" yarışmasının televiziya variantında əldə etdiyiniz biliklər online versiyada qələbənizə təkan verə bilər. Online versiya 01 iyun tarixdən başlayır . Hər birinizə uğurlar və bol qələbələr arzulayırıq. Layihəni dəstəkləyən bütün qurumlara - AGİN, RİTN, AZ TV , RAHİMOFF Group və əməyi olan bütün insanlara çox təşəkkür edirik. 01 İYUNDAN BAŞLAYIR.HEÇ BİR YAŞ HƏDDİ YOXDUR. İPhone, İPAD, Netbook, kontur, 5000, 3000, 2000 manat pul mükafatları, xaricdə təhsil - bunların hamısını sadəcə oyunu udmaqla qazana bilərsən. Tələs , qeydiyyatdan keç . Azərbaycanlıyam virtual oyunu menimazerbaycanim.az/az/
Posted on: Sun, 23 Jun 2013 09:17:47 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015