Dünyanın ən qədim ölkələrindən biri olan Hindistan ən - TopicsExpress



          

Dünyanın ən qədim ölkələrindən biri olan Hindistan ən qədim sivilizasiyaların önündə gedərək zəngin tarixi- mədəni irsə malikdir. Qədim sivilizasiya ərzində əldə etdiyi zəngin mədəni irs ərəb və iran xalqlarına, sonra isə Avropaya əhəmiyyətli şəkildə təsir göstərib. Qədim hind alimlərinin dünya elmində çox böyük bəşəri əhəmiyyət kəsb edən kəşf və nailiyyətləri olmuşdur. Sıfır anlayışı və 10-luq say sisteminin müəllifi hesab olunan hind alimləri çox da böyük olmayan xətalarla Yerin Ay və Günəşlə olan məsafəsini, Yerin radiusunu və digər astronomik, elmi kəşflər etmişlər. Artıq hind sivilizasiyası dövründə (b.e.ə. III minillikdə) onlar şəhərlərin planlaşdırılması, monumental tikililərin qurulmasında uğurlar əldə etmiş, uzunluq ölçüsü və çəki sistemindən istifadə etmişlər . Hindistanda dünyanın bütün dinləri – induizm, islam, xristianlıq, buddizm, zərdüştlük mövcud olmuşdur. Lakin Qədim Hindistanın «öz» dinləri də mövcud olmuşdu ki, bunlara çaynizm və sikhizm aiddir. Bunlar hind mədəniyyətinin rəngarəngliyinə ciddi təsir göstərmişdi.
Posted on: Fri, 12 Sep 2014 06:19:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015