Dünyanın ən qəribə 10 parkı 1. Budda park. Laos Xalq - TopicsExpress



          

Dünyanın ən qəribə 10 parkı 1. Budda park. Laos Xalq Demokratik Respublikasının paytaxtı Vientyandan 25 km aralıda yerləşir. Parkda 200-dən çox budda, ilan, hindu və buddist mif qəhrəmanlarının heykəlləri toplanıb. 2. Cırtdanlar Krallığı. Əslində, bu parkı deyil. Bu, Çində cırtdanlar yaşayan kənddir. Amma tez-tez ziyarətçilər üçün kəndə ekskursiyalar təşkil edilir. Ağac və ya göbələk şəklindəki evlərdə yaşayırlar. 3. Francisco Alvarado Parkı, Kosta-Rikadakı bu parkda gəzərkən sərv ağacından fil, meymun və digər heyvan fiqurlarını görə bilərsiniz. Amma parkda ən mühüm şey bitkilərin mistik labirintidir. 4. Yaşıl göl (Grüner See). Avstriyanın Traqyos şəhəri yaxınlığındakı bu park, qışda xüsusilə möhtəşəm olur. Yayda isə buraya çay tökülür və göl yaranır. Parkın böyük bir hissəsi su altında qalır və dalğıclar üçün əla məkana çevrilir. 5. Juronq quş Parkı. Sinqapurdakı bu parkın quşlarının çoxu, əlbəttə, Cənub-Şərqi Asiya quşlarıdır, lakin bir çox növləri Avropa, Amerika və Afrikadan gətirilib. Hər quş növü üçün təbii yaşayış şəraiti yaradılıb. Ziyarətçilərin çoxu 110 növ tutuquşuya baxmağı sevir. 6. Keukenhof güllər parkı. Hollandiyanın Lisse şəhəri yaxınlığında yerləşən parkın 32 hektar ərazisində 100-dən çox zanbaq növü var. Parkda yasəmən, orxideya, qızılgül, lalə və başqa güllər də bitir. Zanbaqların gül açdığı yaz aylarında parkı 800 minə yaxın turist ziyarət edir. 7. Şahmat Parkı. Yaponiyanın Osaka şəhərindəki kanalın üzərində salınıb. Yollar, stollar, cədvəllər, uşaq slaydları və bütün digər obyektlər şahmat mövzusuna həsr edilib. Turistlər arasında populyarlıq qazanmasa da, yerli sakinlər buranı çox sevir. 8. Cəhənnəm işgəncəsi parkı (Wang Saen Suk Hell Park). Taylandın paytaxtı Banqkokdan 40 km. məsafədə yerləşən bu park cəhənnəmi xatırladır və işgəncə verilən insanların heykəlləri ilə doludur. Parkda psixodelik musiqi və dəhşətli səslər də olur. 9. Yaradılış parkı. ABŞ-ın Kentukki ştatındakı bu park Yerin Allah tərəfindən və ya təkamül nəticəsində yaranmasının ziddiyyət təşkil etdiyini göstərmək üçün yaradılıb. Parkda nəhəng dinozavr fiqurları və “Nuhun Gəmisi” maketi də var. 10. Kosmik fərziyələr parkı (Park of Cosmic Speculation). Parkın yaradıcıları landşaft memarı Çarlz Cenks və həyat yoldaşı Macci Çesvikdir. Parkda adi gül ləkləri və ya rahat yollar yoxdur. Əvəzində süni təpə, körpü, nərdivan kimi futuristik obyektlər var.
Posted on: Sat, 18 Jan 2014 13:29:21 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015