Dünyaya gəlməyə hazırlaşan bir uşaq Allahdan soruşur: - - TopicsExpress



          

Dünyaya gəlməyə hazırlaşan bir uşaq Allahdan soruşur: - Allahım, məni sabah o biri dünyaya göndərəcəyini deyirlər. Amma mən çox balaca və zəifəm ki, orada necə yaşayacam? + Bütün mələklərin arasından sənə gözəl birini seçdim. O səni gözləyəcək və qoruyacaq səni. Mələyin sənə hər gün mahnılar oxuyacaq və gülümsəyəcək sənə. Beləcə sən onun sevgisini hiss edəcək və xoşbəxt olacaqsan. - Yaxşııııı...Bəs insanlar mənə bir şey deyəndə onların dillərini bilmədən necə başa düşəcəm? + Mələyin sənə eşidə biləcəyin ən gözəl və şirin özləri söyləyəcək, sənə danışmağı diqqət və sevgiylə öyrədəcək. - Yaxşı, Allahım. Bəs mən səninlə danışmaq istəsəm nə edəcəm? + Mələyin sənə əllərini açaraq dua etməyi öyrədəcək. - Dünyada pis insanların olduğunu eşitmişəm. Bəs kim qoruyacaq məni? + Mələyin səni öz həyatı bahasına olsa da daima qoruyacaq. - Amma mən səni bir daha görməyəcəyim üçün çox üzülürəm... + Mələyin sənə Məndən danışacaq və yanıma yenidən gəlmənin yollarını öyrədəcək. ..... Bu anda Cənnətdə bir sükut olur və dünyadakı səslər Cənnətə qədər gedib çıxır. Uşaq getmək zamanı olduğunu anlayır və son sualını verir: - Allahım, əgər indi gedirəmsə xahiş edirəm, mənə mələyimin adını de. + Mələyinin adının önəmi yoxdur körpəm. Sən ona hər zaman ANA deyəcəksən...
Posted on: Thu, 22 Aug 2013 14:04:26 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015