Dəmir dövrü müəllif administrator // 14-10-2011, - TopicsExpress



          

Dəmir dövrü müəllif administrator // 14-10-2011, 17:49 // Azerbaycan tarixi » ibtidaiicma // rəyər 38 // oxunub 6908 Dəmir dövrü Bəşəriyyətin inkişafının mühüm mərhələsi olan Dəmir dövrü ölkəmizin ərazisində miladdan əvvəl IX əsrdən IV əsrədək müddətdə mövcud olmuşdur. Bununla belə Azərbaycanda dəmirin izləri miladdan əvvəl II minilliyin sonlarına gedib çıxır. Dəmirin kəşfi, ondan istifadə nəticəsində təsərrüfatın bütün sahələri, xüsusən sənətkarlıq görünməmiş sürətlə inkişaf etdi. O vaxta qədər olmayan bir sıra əmək alətləri-mişar, məngənə, müxtəlif qaşovlar, qayçı, qıfıl, açar kimi əşyalar düzəldildi. Ticarətin inkişafı tayfalararası əlaqələri gücləndirmək, yeni sahələrin meydana gəliməsinə imkan yaratdı. Yarımköəri maldarlıq ön palana keçdi. Bu dövrdə sənətkar-tacirlər qrupu sənətkarlardan ayrıldı. Tacir karvanları bir ölkədən-digər ölkəyə hərəkət edir, ölkələrarası əlaqələrin inkişafında mühüm rol oynayırdı. Xocalı qəbristanlığından tapılmış və üzərində Assuriya çarı Adadnirarinin (miladdan əvvəl 807-788) adı yazılmış muncuq, şirli saxsı qablar, qızıl bəzək əşyaları Azərbaycan tayfalarının Şərq ölkələri ilə ticarət əlaqələrindən xəbər verir, ulu tariximizin qaranlıq səhifələrinə çıraq tutur. Tayfa başçısının hakimiyyətinin güclənməsi onun ilahiləşdirilməsinə gətirib çıxarmaqla yanaşı, əmlak və sosial bərabərsizliyin yaranması ilə də nəticələndi. Hakimiyyət və sərvət ayrı-ayrı nüfuzlu şəxslərin əlində cəmləndi. Artıq tayıa başçıları hökmdarlıq səviyyəsinə yüksəlmişdi. Milyon illər ərzində bərabər şəraitdə yaşamış insan təkcə təbiət üzərində yox, öz üzərində də ağalığa başladı. Dəmirin kəşfi bəşər tarixinin ilk mərhələsi olan ibtidai icma quruluşunun dağılmasına səbəb oldu. Ölkəmizdə Dəmir dövrünün nailiyyətlərini sinəsində yatıran Sarıtəpə, Qaratəpə, Uzuntəpə kimi yaşayış yerlərimiz olmuşdur. Onlardan bir neçəsinə nəzər salağın. Qaratəpə yaşayış məskəni- Dəmir dövrünün ən məşhur abidələrindən biridir. Biləsuvar rayonu ərazisində yerləşir və bu dövrdə babalarımızın həyat tərzindən, məşğuliyyət növlərindən məlumat verir. Çiy kərpicdən tikilmiş bina qalıqlarından ibarət olan bu abidə tarixin çox sirlərindən səs-soraq verir. Hər binada divarın dibində ocaq, ocağın ətrafındakı manqal qalıqları o dövrün məişətini çox gözəl təsvir edir. Binalardan birinin çoxmənzilli olması onun zəngin qəbilə başçısına məxsus olmasını, artıq bu dövrdə sosial və əmlak bərabərsizliyinin yarandığını sübut edir. Qaratəpə məskənindən çoxlu məşiət əşyaları- qayıqvarı dən daşları, gil qablar, xırda küplər, camlar və kasalar, boşqab və nehrələr tapılmışdır. Bu qablardan bir neçəsinin üzərində yapma qoyun başlı bəzəklər daha maraqlıdır. Gil qabların lüləsinə yapışdırılan kəllə ona xüsusi gözəllik verir, insanın zövqqünü və ustalığını özündə təcəssüm etdirir. Sarıtəpə yaşayış məskəni. Qazax şəhərinin qərbində bir qədim abidə-bir yaşayış məskəni var. Tarixi xeyli qədimə- Dəmir dövrünə gedib çıxır. Burada tapılmış binalar çaydaşıdan, möhrədən və ağacdan tikilmişdir. Müxtəlif materiallardan istifadə olunması bu dövrün tikinti mədəniyyətinin, insanların sənətkarlığının canlı nümunəsidir. Belə binalar ayrı-ayrı ailələrə yox, tayfa ittifaqlarına məxsus olmuş, divar və döşəmələri gillə suvanaraq üstü küləşlə örtülmüşdür. Sarıtəpədən tapılmış gil qablar burada yüksək inkişaf etmiş sənətkarlıqdan xəbər verir. İri həcmli, qabarıq gövdəli, geniş ağızlı olub, qulaqcıqlarla bəzədilmiş küplərdə un, taxıl, şərab saxlayan insanlar bu qablara gözəl naxışlar vurmuş, müxtəlif boyalarla onları bəzəmişlər. Din. Dəmir dövründə getdikcə dərinləşən əmlak və sosial bərabərsizlik insanların dini baxışlarına, dünyagörüşünə də ciddi təsir göstərmişdir. Getdikcə varlanan, qüdrətli tayfa başçıları hərbi rəhbər olmaqla yanaşı, dini rəhbərliyi də əllərinə almış, onların şəxsiyyətlərinin ilahiləşdirilməsi meydana çıxmışdır. Bunu Xocalıdan tapılmış menhir adlandırılan abidələrdən görmək olar. Heykələ oxşayan menhirləri adətən tayfa başçılarının qəbri üzərində qoyurdular. Bunun səbəbi isə ulularımızın etiqadı və inancları ilə bağlıdır. İnanca görə vəfat edən adamın ruhu bədəni tərk edərək həmin daşa keçi rvə orada əbədi yaşayır. Buna görə də tayfa başçısı vəfat edərkən uzun müddət tayfa üzvləri mehniri onun əvəzində tayfa başçısı seçər, hər hansı təhlükə baş verdikdə mehnirin yanına gələrək müxtəlif dini ayinlər icra etməklə guya tayfanı təhlükədən xilas edərdilər. Ölümün mahiyyətini dərk etməkdə insanlar hələ də çətinlik çəkirdilər. Ona görə də axirət dünyasına inamla əlaqədar ölən adamın o biri dünyada rahat yaşaması üçün tayfa başçısının arvadını, qulluqçu və kənizlərini, habelə atını öldürüb onunla birlikdə dəfn edərdilər. Bunu da kurqanlardan tapılmış at skeletləri, yəhər-yüyən qalıqları sübut edir. Əcdadlarımız oda, suya, dağa, meşəyə, heyvan və quşlara həsr olunmuş mərasim nəğmələri yaratmışdılar. Şifahi xalq ədəbiyyatımızdakı «Yağmuru çağırış» nəğməsi, holavarlar belə mərasimlərin təsiri ilə yaranmışdır. Azərbaycanın qayaüstü təsvirləri Hələ lap qədim zamanlarda-insanlar yazının nə olduğun bilmədiyi dövrdə əcdadlarımızda öz həyat tərzini, təbiətə baxışlarını və dünyagörüşlərini əks etdirən şəkillər çəkmək ideyası yaranmışdı. Təbiətdə gördüklərini və ona münasibətlərini, hiss və duyğularını ifadə etmək arzusu insanda şəkil çəkmək həvəsi oyatmış, bu həvəs qayaüstü təsvirlərin yaranmasına səbəb olmuşdur. İlk rəsmləri insanlar məhz sərt, yalçın qayalara həkk etməklə onların əbədi qalmasını təmin etmişlər. Qaya təsvirlərinin adı yunanca petroqlifdir. Dünyanın bir çox ölkələrində aşkara çıxarılmış belə rəsmlər qədim əcdadlarımızın həyatını, məişətini, mədəniyyətini və estetik zövqlərini öyrənməyə imkan verir. Dağlıq əraziləri yalçın qayalarla zəngin olan Azərbaycanda qayaüstü təsvirlər çoxdur. Belə təsvirlər Qobustan qayalıqlarında, Naxçıvanın Ordubad bölgəsində, Kəlbəcər rayonunda, qərbi Azərbaycanın (indiki Ermənistan) Zəngəzur və Göyçə bölgələrində aşkar olunmuşdur. Təsvirlərin yaranma dövrü, icra texnikası və mövzu eynilyi onların vəhdət təşkil edən abidələr kompleksi olduğun sübut edir. Sanki yüzlərlə rəsam və memar eyni vaxtda vətənimizin hər tərəfində sənət əsəri yaratmaq yarışına girişərək gözəl bir abidələr sistemi yadigar qoymuşlar. Qayaüstü təsvirlərin yalnız dağlıq ərazilərdə olmasının səbəbi köçmə maldarlığın inkişafı ilə bağlıdır. Belə ki, qışda qışlağa, yayda yaylağa gedən maldarlar təbiətin bu dilbər guşələrində- yaylaq yerlərində öz həyat tərzlərini əks etdirən qayaüstü rəsmlər qalareyası yaratmışlar. Gəmiqaya. … Yolumuz Naxçıvanın Ordubad bölgəsinədir. Bu yol Nəsirvaz kəndindən 7 km şimal-şərqə doğru Qapıcıq dağının zirvəsinə doğru gedir. Nəsirvaz çayı boyunca dar cığırlar sıldırım qayaların, dərin uçurmuların trafına dolanaraq bizi düz zirvəyə aparır. Hər tərəf sis dumana bürünüb. Elə bil təbiət Qapıcığın- Kiçik Qafqazın dəniz səviyyəsindən 3908 metr hündürlükdə yerləşən bu dağın başına ağ örpək sərib. Duman yavaş-yavaş seyrəkləşir. Günəşin zərrin şüaları altında əriyən dumanın ətəyi yerə toxunur, dağların üzərinə qonan şeh lacivərdi xatırladır. Qarşımızda ilahi bir mənzərə açılır. Sanki sirli, sehirli bir qüvvənin əli ilə nəhəng bir gəmi Qapıcığın zirvəsinə «bərkidilib». Bu nədir? Bu gəmi niyə Daşa dönüb? Sualları keçir insanın qəlbindən. Bəlkə də əfsanəvi Nuhun gəmisidir?-deyə düşünürsən. Ətrafa səpələnmiş yastı qayalıqların səthi insan əli ilə cilalanmış kimi hamar və yaraşıqlıdır. Başı zirvəyə ucalan, gəmiyə oxşayan qaya isə elə qədimdən «Gəmiqaya» adlanır. Ulularımız belə görüb, belə çağırıblar bu Qayanı. Qayanın gəmiyə oxşaması təbiətin möcüzəsi olsa da, babalarımızın yaratdığı sənət əsəri onunla həmahəngdir. Sanki insan təbiətlə yarışa girib burada. Qayanın sərt, həddindən artıq möhkəm olmasına baxmayaraq, qədim «rəssam» öz əsərini bu daşlara həkk etməkdən usanmayıb. Beş min il bundan əvvəlki dövrün yadigarı olan bu «əsərlər» nədən xəbər verir? Babalarımız bu təsvirlərlə nə demək istəyib görəsən? Diqqətimizi bir qaya üstündə çəkilmiş ov səhnəsi çəkir. Ayaq üstə dayanmış ovçunun sərrast atdığı ox keçilərdən birinin köksünə sancılıb. Bu şəkil qədim Azərbaycan tayfalarının həyatında uzun müddət ox və kamanın mühüm rol oynadığından, babalarımızın mahir ovçu olduqlarından xəbər verir. Digər bir qayada rəqs səhnəsi təsvir edilib. Mərkəzi hissədə günəş və od rəmzi sayılan dairənin-ocağın ətrafında qollarını yana açıb rəqs edən Adam şəkilləri çəkilib. Ocağı müqəddəs bilən babalarımız onun ətrafında rəqs etməyi, dini mərasimlər keçirərək şənlənməyi həmişə üstün tutmuş, bu səhnəni qayalara həkk edib gələcək nəsillərə yadigar qoymuşlar. Budur, at belində qürurla durmuş, sağ əlini belinə qoymuş cəsur baxışlarını çox-çox uzaqlara zilləmiş insan sanki indicə atını sürüb dibsiz uçurumlardan atlanacaqdır. Arabaya qoşulmuş öküzlər indicə arabanı dartıb hərəkətə gətirəcəklər. İnsanın sadiq dostu it həmişə onun yanındadır. Sahibinin bütün hərəkətlərini izləyir, onun göstərişlərini yerinə yetirməyə həmişə hazır vəziyyətdədir. Bu rəsmlər Azərbaycanda miladdan əvvəl II minilliyin əvvəllərində atçılığın yüksək inkişafını, öküzün əkinçilikdə və maldarlıqda oynadığı mühüm rola görə hətta totem səviyyəsinə yüksəldiyini əks etdirir. Sirli bir dünyanı andıran Gəmiqaya öz məğrur görkəmi ilə min illərdir ki, dağlara söykənərək sinəsində zamanın yaddaşını yaşadır. Kəlbəcər qayaüstü təsvirləri. 1976-cı ildə Kləbəcər ərazisində dəlidağın qoynunda yerləşən sıldırım qayalarda çoxlu təsvirlər aşar olunmuşdur. Bu qayalar sərt bazalt daşlardan ibarətdir. Maraqlı burasıdır ki, babalarımız öz rəsmlərini məhz bu sərt qayalara həkk etmiş, onun min illər keçsə belə itməməsinin qayğısına qalmışlar. Açıq havada rəngarəng şəkil qalareyasını xatırladan bu təsvirlər keçmişdən xəbər verən əsl sənət nümunələridir. Ətraf mühiti, canlı aləmi öyrənən, onun bütün incəliklərinə bələd olan insanlar gördüklərini estetik yaradıcılıq süzgəcindən keçirərək səbr və ustalıqla qayalar üzərində sirli bir aləm yarada bilmişlər. Bu rəsmlərdəki mövzu rəngarəngliyi, orijinal süjetlər güclü bir ahəngdarlıq yaradır, insanı valeh edir. Ov səhnələrini əks etdirən rəsmlərdə vəhşi heyvanların bütün imkan və qabiliyyətlərinin yığcam və canlı təsviri qədim insanların onları əhatə edən heyvanları yaxşı tanıdığına dəlalət edir. Ayrı-ayrı səhnələrdə təsvir edilmiş xışla yerin şumlanması, taxılın biçilməsi və döyülməsi rəsmləri bu dövr insanlarının əkinçilik vərdişlərindən, həyat tərzindən bəhs edən daş salnamədir. Qayalarda həkk olunmuş mücərrəd işarələr, kütləvi rəqs səhnələri, rəmzi öküz təsvirləri isə insanların dini təsəvvürlərinin, inam və inanclarının bədii təcəssümüdür. Qobustan Xəzər dənizindən bir qədər aralıda, Abşeron yarımadasında yerləşən Qobustan ərazisində də qayaüstü təsvirlər olduqca maraqlı və bədii cəhətdən mükəmməldir. Bakıdan 60 km qərbdə yerləşən bu qayaüstü təsvirlər səltənəti 1939-1940-cı illərdə arxeoloq-alim İshaq Cəfəzadə tərəfindən aşkar edilərək tədqiq olunmuşdur. Bu təsvirlər Böyük Qafqazın cənub-qərb qurtaracağı boyu uzanan Böyükdaş, Cingirdağ, Kiçikdaş və Yazılıtəpə sisilələrində tapılmışdır. Onlar müxtəlif dövrlü və məzmunlu olub xalqımızın tarixi keçmişinin öyrənilməsində mühüm əhəmiyyət daşıyır. Maral sürülərinin, dağ keçilərinin, ceyran-cüyür oylaqlarının məskəni olan Qobustanın faunası burada ovçuluğa, bu peşənin inkişafına, qədim ovçuların burada məskən salıb yaşamasına səbəb olmuşdur. Hələ yazının nə olduğunu bilməyən Qədim qobustan sakinləri də özlərinin həyatlarını, düşüncələrini əks etdirmək qərarına gəlmişlər. Onlar bu qərarı qayalarda təsvirlər çəkməklə başa çatdırmışlar. İnsan əli sanki bu dilsiz daşları cana gətirmişdir. Qarşısında dayandığımız hər qaya elə bil bir kitabdır. Onu oxumaqla qobustanlıların həyat tərzini, məişətini, tarixin dərin qatlarında gizlənən sirli aləmlərinə bələd olmaq olar. Qobustandakı təsvirlərin fərqli xüsusiyyətləri burada balıqçılıqla bağlıv rəsmlərin olmasıdır. Vaxtı ilə qarğı-qamışdan düzəltdikləri qayıqlarla Xəzər dənizində balıq tutan qədim qobustanlılar bu səhnəni qayalara həkk etməyi də unutmamışdılar. Atın əhliləşdirilməsi tarixindən bəhs edən bir təsvirdə qabağı torla kəsilmiş vəhşi at rəsmi diqqəti çəkir. Mühasirəyə düşmüş at sıldırım qayalıqlardan atılmağa hazırlaşır. Ən qədim təsvirlər isə bilavasitə insanların dini görüşləri ilə bağlıdır. Qədim ovçular ovun uğurlu olması üçün ovlayacaqları heyvanın şəklini çəkərək onu «sehirli dairə»yə salıb bədənindən ox və nizə keçirirdilər. Onlar bu rəsmlərin və ovsunun gücü ilə məqsədlərinə çatacaqlarını düşünmüşlər. Hər biri canlı bir tablo olan bu təsvirlər min illərdir ki, bu sərt qayaların sinəsində qərar tutaraq onu çəkən «rəssamların» zöv­qünü, dünyagörüşünü aydınlaşdırır, keçmişin qaranlıq səhifələrini oxumaqda bizə yardımçı olurlar. Oxşar xəbərlər:
Posted on: Wed, 14 Aug 2013 19:35:25 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015