ENDOKARDİT Endokardın divarını və qapaqlarının iltihabı - TopicsExpress



          

ENDOKARDİT Endokardın divarını və qapaqlarının iltihabı olub, revmatizm , bəzən septik və göbələk infeksiyaları , kollagenozlar , intoksikasıyalar ( uremiya) nəticəsində meydana çıxır. Çox vaxt patoloji prosesə ürək boşluğu, vətər lifləri , trabekul və papilyar əzələlər qoşulur. Yarımkəskin septik ( bakterial ) endokardit əsasən ürək qapaqlarının bəzən endokard divarının zədələnməsi ilə müşahidə olunur. Etiologiyası : Çox vaxt xəstəliyini törədicisi stafilakokklar , streptokokklar , bəzən qram mənfi bakteriyalar, pnevmokokklar , göbələklər olur. Patogenez : Humoral və hüceyrə immunitetinin pozulması , müxtəlif orqan və sistemlərdə ( miokard, damarlar, qaraciyər , böyrək ,dalaq ,sinir sistemi ) immun reaksiyaların əmələ gəlməsi ürək qapaqlarının da zədələnməsinə gətirib çıxarır.Anadangəlmə və qazanılmış ürək qüsurları da qapaqların zədələnməsi ilə nəticələnir. Simptomlar və klinik gedişi : Endokardit üçün qeyri müntəzəm qızdırma , tərləmə, titrəmə,bəzən oynaqlarda ağrı ,dəri örtüyü və selikli qişaların solğunlaşması xarakterikdir.Qapaqlarda inkişaf edən I-li endokarditdə əvvəllər funksional küylər eşidilir, sonralar isə ürək qüsurları , çox zaman aortal qüsurlar inkişaf edir.II-li endokarditdə küylərin xarakteri və yeri dəyişilir.Miokardın zədələnməsi halında keçiriciliyin pozulması , aritmiya, keçiriciliyin pozulması , ürək çatmamazlığı əlamətləri meydana çıxır. Demək olar ki ,daima dəri və üzvlərin damarlarında vaskulit , tromboz , arteriyaların anevrizmaları, hemoragiyalar şəklində müşahidə olunur.Tez-tez diffuz qlomerulonefrit,qaraciyərin böyüməsi , yüngül sarılıq,dalağın hiperplaziyası qeyd edilir. Ağırlaşmaları : Ürək qüsurları inkişaf edir,qapaqların dağılması , progesivləşən ürək çatmamazlığı, böyrək funksiyaların pozulması - azotemiya, hematuriya ,proteinuriyanın əmələ gəlməsi, digər ağırlaşmalar da ola bilər. Laborator göstəricilər : Hipoxrom anemiya , mülayim leykopeniya, EÇS yüksəlməsi, CRZ artması müşahidə olunur. Qanın əkilməsi , endokarditin törədicisin aşkar etmək və antibiotikə qarşı həssaslığı təyin etməyə imkan verir.Əkilmə üçün venoz deyil, arteial qan (bud arteriyasından) götürülməsi daha aydın nəticə alamğa imkan verir. EXOKQ diaqnoz qoyulmasının asanlaşdırır. Müalicə : Qanın əkilməsinin nəticələrinə müvafiq bakterial antibiotiklər təyin olunur.Törədici məlum deyilsə benzpensilin və ya aminqlikozidlər tətbiq edilir. Effekt olmadıqda və törədici təyin olunduqdan sonra pensilinlər və sefalosporinlər tətbiq olunur.Antibakterial terapiya ən az 4 həftə tətbiq edilir.Müalicənən yarımçıq dayandırılması və ya antibiotikin dozasının dozasının azaldılması sonralar residivlərə səbəb olur.Orqanizmin immunreaktivliyinin azlaması zamanı antibiotiklər immun preparatlarla kombine edilir.Tromboz təhlükəsi heparinlə tənzimlənir.
Posted on: Wed, 07 Aug 2013 14:16:20 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015