Elm adamları və qadınlar : Ufoloq (astronom) : Onlara - TopicsExpress



          

Elm adamları və qadınlar : Ufoloq (astronom) : Onlara yaxınlaşmaq lazım deyil. Onlar özləri səni cəzb edib öz peyklərinə çevirəcəklər. Zərif bildiyimiz bu məxluqlar «Qara dəlik » (nəhəng qalaktikaları udan burulğan) kimi istədiklərini udmağa qadirdirlər. Bioloq : Qadınla ilan arasında fərq ondan ibarətdir ki, ilan sürünür, qadın süründürür. Onun dili pələng qədər yırtıcı, özü isə kəpənək qədər zərifdir. Dilçi alim: Qadìn xəbər əsasında formalaşmış cümlədir. O,felin icbar növüdür. Əvəzlik kimi hər şeyi əvəz edir, yerində işlənir və sualına cavab verir. Ədəbiyyatşünas: Onunla tanışlığın əvvəli M.P.Vaqifin poeziyası kimi nikbin, axırı isə M.V.Vidadinin poeziyası kimi bədbindir. Dili daim İzzəddin Həsənoğlunun qəzəlləri kimi ritorik suallarla doludur. Dilində hər zaman tapmaca, yanıltmac və ya qarğışlar olan bu incə məxluqların həyatına daxil olan kəslərin taleyi Çingiz Abdullayevin əsərlərində öz əksini tapmışdır. )))
Posted on: Sat, 27 Jul 2013 03:52:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015