Erməni məsələsi Abel Aqanbekyanın planı «Dəmir Aşot» - TopicsExpress



          

Erməni məsələsi Abel Aqanbekyanın planı «Dəmir Aşot» romanında «erməni xəstəliyi»nin qorxunc simvoluna çevrilən Aşot deyir: «Mənim qılıncımdan türk qanı axıb töküləndə və mən o qanı tapdalayanda rahat olacağam». Bu sözlər ermənilərin əbədi amalı, qantökmə hərisliyi, çirkin ehtirasıdır. "Ümumdünya statusu" qazanmış olan "erməni məsələsi"nin diasporda və ölkə daxilində təbliği xristianlığın təbliği qədər mühüm əhəmiyyət daşıyır. Erməni kimliyinin qorunub saxlanması, mövcudluğu və gələcək tarixi məhz "erməni məsələsi"nin təbliği nəticəsində gündəmdə qalmışdır. Adı çəkilən məsələni, baş vermiş hadisələri bir əfsanə halına gətirən erməni təbliğatı erməniləri uydurma ortaq dəyərlərlə yaxınlaşdırılaraq bir arada tuturlar. Beləliklə, erməni ideoloqları öz gələcəklərini öz düşüncələrinə "güvən" altına almış olurlar. Bunun üçün ilk növbədə uydurma "erməni məsələsi"nin ermənilər ilk olaraq özlərinə, daha sonra məskunlaşdıqları ölkələrin ictimai fikrində və son olaraq bütün dünyada təbliğinə ciddi fikir verirlər. Bütün dünyanı buna inandırmaq yönündə qurulan fəaliyyət bir "missiya", hətta "var olma səbəbi" kimi görülür. Məlumdur ki, informasiya təbliğatın ən vacib eleməntlərindən biri sayılır. Bu millətin milli şüuru türklərin əsir kaloniyalarında formalaşdığından, bugünkü gündə də onlarda kaloniyal düşüncə sistemi patoloji səviyyədədir. Onlarda sənətkarlığın (əsirlik peşəsinin) geniş yayılması, patoloji kollektivçilik, özgə millətlərə, mədəniyyətlərə, dinlərə qarşı dözümsüzlük və s. bu mənşədən qidalanır. Türk cəngavərliyi qarşısında gücsüzlük tarixən onlarda «natamamlıq kompleksi» kimi patoloji hiyləgərlik, yaltaqlıq psixologiyası meydana çıxarıb. Kaloniyal təbəqə kimi türklərin erməni qadın və qızları ilə lazım olanda heç bir maneə olmadan münasibət qurması getdikcə onlarda bu məsələ ilə barışmaq psixologiyası formalaşdırıb və onlar üçün namus məsələsinin arxa plana keçməsi ilə nəticələnib. Üstəlik də ki, qadın onlarda öz milli və ya şəxsi maraqlarını həyata keçirmək üçün bir alət yerində qavranılmağa başlanıb (Yeri gəlmişkən, öz dövründə Engels də fahişəliyin tarixinin məhz Ermənistandan başladığı versiyasını söyləmişdi). Ermənilərin XX əsrdən başlayaraq özləri arasında apardığı təbliğatda erməni tarixşünaslığının mühüm rolu olmuşdur və erməni xalqının tarixi aşağıdakı istiqamətlərdə verilirdi: 1. Kafirlərin (müsəlmanların) əhatəsində olan “əzabkeş” bir xristian xalqın obrazı yaradılırdı; 2. Bu xalqın “qədimliyi” müxtəlif saxta mənbələrlə əsaslandırılırdı; 3. 1915-ci il qondarma “soyqırım” məsələsi qabardılırdı; 4. Ermənilərin şüurunda düşmən türk və tarixi rus-erməni dostluğu haqqında fikir formalaşdırılırdı. Bu işin başında duranlardan biri və demək olar ki, Dağlıq Qarabağda münaqişənin başlanmasının memarlarından biri erməni alimi, Mixail Qorbaçovun sabiq müşaviri Abel Aqanbekyandır. İqtisadiyyat elmləri doktoru, SSR – in Elmlər Akademiyasının müxbir üzvü, Abel Aqanbekyan 8 oktyabr 1932 – ci ildə Tbilisidə anadan olmuşdur. 1955-ci ildə Moskva dövlət iqtisadiyyat institutunu bitirir, Moskvada müxtəlif elmi vəzifələrdə çalışıb. "Eko" jurnalının baş redaktoru həmçinin "Elm və Həyat" jurnalının redaksiya heyyətinin üzvü olmuşdur. 1989 – 2002 – ci illər ərzində, Rusiya hökuməti nəznində, Xalq təsərrüfatı akademiyasının rektoru vəzifəsində çalışmışdır. Abel Aqanbekyan erməni millətçilərinin 80 – ci illərin sonunda Qarabağı Azərbaycandan qoparmaq üçün başladıqları, "Miatsum" hərəkatının görkəmli nümayəndələrindən biri idi. Ermənilər Sovet imperiyasında ciddi dəyişikliklərin olacağını hiss edərək bir sıra hazırlıq işlərinə başladılar. 1984-1985-ci illərdə Cənubi Qafqazın tarixini saxtalaşdıran bəzi məqalələr və kitablar çap olundu, “elmi” konfranslar keçirildi. Ermənilər təbliğat işini genişləndirməklə guya Cənubi Qafqazda yerli əhali olduqlarını, həmçinin bir sıra ərazilərə iddialarını əsaslandırmağa çalışırdılar. Bir sıra erməni təşkilatları “erməni məsələsi”nə diqqəti cəlb etmək üçün 1985-ci ildə uydurma “genosid”in 70 illiyini geniş miqyasda qeyd etməyə cəhd göstərdilər. Lakin Moskva rəhbərliyi Türkiyə ilə münasibətlərin korlanacağından ehtiyat edərək bu hay-küylü tədbirlərin yalnız Ermənistanda keçirilməsinə icazə verdi. Ermənilər bu tədbirlərə xaricdən çoxlu sayda qonaqlar dəvət etməklə xeyli yalançı təbliğat işi apara bildilər. M.Qorbaçovun 1985-ci ildə Moskvada hakimiyyətə gəlməsi, onun açıq ermənipərəst mövqeyi və ortaya atdığı “yenidənqurma prosesləri” ermənilərin işğalçı niyyətləri üçün geniş imkanlar yaratdı. “Qarabağ komitəsi” Ermənistanda, onun şöbəsi olan “Krunk” təşkilatı isə Dağlıq Qarabağda leqal fəaliyyətə başladı, Azərbaycana qarşı işğalçı və ilhaqçı tələblər açıq şəkildə səsləndirildi. İrəvandan Dağlıq Qarabağa gələn emissarlar təbliğat və təşkilat işlərini genişləndirdilər. SSRİ rəhbəri olmuş Mixail Qorbaçovun iqtisadi müşaviri, akademik Abel Aqanbekyan müasir dövrdə erməni antirusiyaçılığının bünövrəsini qoydu. SSRİ-nin dağılması üçün Qərbin hazırladığı iki istiqaməti - iqtisadi və etnik problemləri Sovet məkanında birləşdirdi: guya Qarabağ ermənilərinin erməni olduqda üçün Ermənistana birləşməsi SSRİ - də əlavə iqtisadi fayda gətirəcəkdir. Aqanbekyan erməni diasporu ilə əlaqəli idi və Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçovanın da erməni diasporu ilə əlaqələrini qura bilmişdi. Məhz onun sayəsində Fransaya səfər edən Mixail Qorbaçov və həyat yoldaşı R.Qarbaçova Paris şəhərində səfərdə olurlar.Bu səfər zamanı Raisa Qorbaçovaya qiyməti bir milyon dollar olan üzük hədiyyə edilir, əvəzində ondan Azərbaycan SSR ərazisində olan Dağlıq Qarabağda “əzilən” ermənilərə himayədarlıq etməsi xahiş olunur. Üzüyün hədiyyə edildiyi günün səhəri Qorbaçovun izni ilə Fransanın nüfuzlu “Hümanite” qəzetinə müsahibə verən R.Qarbaçova Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycan SSR tərkibindən alınıb Ermənistan SSR-ə verilməsinin daha düzgün və münasib olması barədə fikirlər səsləndirib. Aqanbekyanın Parisə uçuşundan təxminən bir ay əvvəl—1987-ci ilin oktyabrında Yerevandakı Puşkin adına parkda "Qarabağ" komitəsinin ilk mitinqi keçirildi. Onun liderləri İqor Muradyan və Levon Ter-Petrosyan o zaman ən çoxu 250 adam yığa bildilər. Lakin elə ondaca kifayət qədər davakar "Qarabağımızı xilas etmək üçün ölümdən və həbsxanadan qorxmamağı bacarırıq" sonluğu ilə bitən "Axı bu gün Qarabağa çanlı bütlər gərəkdir" mübarizə himni səsləndi. . Aqanbekyan, elə həmin, 1987 – ci ilin noyabrında Parisdə Fransanın erməni institutunun və erməni veteranlar assosiasiyasının onun şərəfinə təşkil etdiyi tədbirdə Qarabağ barədə bu sözləri demişdir: "Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır nəinki Azərbaycana. Mən istərdim ki, respublikanın şimal-qərbində yerləşən Qarabağ Ermənistanın olsun, o, Azərbaycana nisbətən Ermənistana daha da bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm, ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz əksini tapacaqdır” Maraqlısı budur ki, tədbirdə iştirak edən jurnalistlərdən biri Aqanbekyandan Ermənistanın xəritədə yerini göstərməsini xahiş edib, ancaq o, Ermənistanın xəritədə yerini göstərə bilməyib. Görüş zamanı Aqanbekyan ermənilər qarşısında üç əsas tapşırıq qoyub: 1)Dağlıq Qarabağa ermənilərin iddialarının tarixi nöqteyi-nəzərdən əsaslandırılmalı. 2)Andronik və digərlərinin erməni xalqının tarixində “qəhrəman” kimi yaddaşlarda möhkəmləndirilməsi. 3)Zəngəzurun Ermənistana verilməsinin tarixi ədalətin bərpası kimi qiymətləndirilməsi və bu zəmində Naxçıvana dair yeni ərazi iddialarının qanuniliyi sübut edilməsi. Abel Aqanbekyanın bəyanı Parisdəki "Ayb" radio stansiyasının, "Azadlıq" və "Amerikanın səsi" radiolarının erməni redaksiyalarının mərkəzi mövzusuna çevrildi. Var-dövlətinə görə ikinci diasporun çoxsaylı siyasi təşkilatları hərəkətə gəldi: "İnqilabçı daşnaklar", "İnqilabçı ermənilər ittifaqı", "Kəndli azadlığı", "Birləşmiş Ştatların Şərq erməniləri", "Kilikiya", "Jirair", "Ermənistanın müdafiəçisi" və "Gənc erməni daşnakları" partiyaları. Erməni akademik Aqanbekyanın erməni xalqına olan müraciətində səslənən sözlər daşnak əhval-ruhiyyəsinin bariz ifadəsidir: "Bizim düşmənimiz türklərdir, çalış həmişə onlarla bir yerdə ol və fürsət düşən kimi onlara əzab ver, torpaqlarına sahib çıx və orada məskunlaş". Bu görüşdən bir neçə gün sonra, 18 noyabr 1987-ci ildə Mixail Qorbaçovla A.Aqanbekyan Kremldə görüşərək, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın tərkibinə daxil edilməsi barədə müzakirələr aparır. Qorbaçov bu məsələnin tezliklə həllinə söz verir. 20 fevral 1988-ci il. Ermənistan "Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycanın tərkib hissəsindən çıxarılaraq Ermənistanın tərkibinə daxil edilməsi" barədə Azərbaycan hökuməti qarşısında vəsatət qaldırır və Azərbaycan parlamentinin qərarını gözləmədən avtomat gücünə Ermənistandan və Qarabağdan azərbaycanlıların deportasiyasına başlayır. 9 dekabr 1989-cu il. Rəsmi Yerevan "Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşməsi haqda" qərar qəbul edir. 10 yanvar 1990-cı il. Nəhayət, SSRİ Ali Soveti Rəyasət Heyəti rəsmi olaraq bəyan edir ki, "Azərbaycanın razılığı olmadan Ermənistanın Dağlıq Qarabağla birləşməsi SSRİ Konstitusiyasının 78-ci maddəsinə əsasən kobud qanun pozuntusudur". Moskvada şayiələr geniş yayılırdı ki, Aqanbeqyan Qorbaçovla danışığına istinad edirdi, hansında KPSS-in baş katibi guya deyirdi ki, Qarabağ Ermənistana veriləcək. Təəccüblüdür ki, bu çox geniş yayılmış şayiəyə baxmayaraq, nə o zaman, nə də ondan sonra, hətta Qarabağ müharibəsinin qızğın çağında da Qorbaçov nə açıqca, nə də dolayı yolla bu şayiəni təkzib etmədi. Amma şayiə tamamilə “material” idi, Qarabağdakı hadisələri çox qızışdırmışdı. Zaur Əliyev AMEA-nın əməkdaşı, Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri, Siyasi fəlsəfə doktoru
Posted on: Sat, 13 Jul 2013 10:28:32 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015