Ermənistan Respublikası ilə Erməni diasporası arasında - TopicsExpress



          

Ermənistan Respublikası ilə Erməni diasporası arasında konfrantasiyalar silsiləsindən. Diaspor-hökumət münasibətlərində ilk çatlar hələ 1980-ci illərin sonlarında keçmiş SSRİ-nin süqutu ərəfəsində Ermənistan SSR-də müstəqilliyə meylin artdığı vaxtda yaranıb. Həmin dövrdə bir sıra erməni diaspor təşkilatları yaydıqları birgə bəyanatda erməniləri mərkəzlə münasibətləri pisləşdirməmək üçün müstəqillik istəklərindən imtina etməyə çağırmışdı. Diaspor təşkilatlarının bu mövqeyi Ermənistanda xəyanət kimi qarşılanmışdı. Lakin imperiyanın dağılmasından sonra diaspor Ermənistan dövlətini fəal şəkildə dəstəkləməyə başlayıb. Ermənistana maliyyə yardımı edən, onu lobbiçilik üsulları ilə dəstəkləyən diaspor ölkənin daxili siyasətində daha çox təsirə malik olmaq istəyir. 20 ildir ki, xaricdəki erməni təşkilatları Ermənistan hökumətində diaspor nümayəndələrinin də yuxarı eşelonlarda təmsil olunmasına çalışır. Lakin nə Levon Ter-Petrosyanın, nə Robert Köçəryanın nə də hazırda Serj Sarkisyanın prezidentliyi dövründə diaspor ermənilərini razı salacaq səviyyədə belə bir hal baş verməyib.
Posted on: Thu, 25 Jul 2013 12:33:44 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015