Ermənistanı geri addım atmağa məcbur etdi İlham Əliyev - TopicsExpress



          

Ermənistanı geri addım atmağa məcbur etdi İlham Əliyev ölkəyə rəhbərlik etməyə başlayandan sonra Qarabağ münaqişəsinin beynəlxalq təşkilatlarda daha fəal müzakirəsinə nail oldu. Bu fəaliyyətin istiqamətlərindən biri kimi işğal altındakı Azərbaycan ərazilərində ermənilərin qanunsuz məskunlaşdırılması məsələsi BMT-də qaldırıldı. 2004-cü ildən etibarən “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihələri bir neçə dəfə BMT Baş Assambleyasının illik sessiyalarının gündəliyinə daxil edildi. Bundan sonra ATƏT-in Minsk Qrupu bu məsələləri araşdırmaq üçün xüsusi missiya yaratdı. Missiyanın təşkili BMT Baş Assambleyasının həmin il keçirilən 59-cu sessiyasının gündəliyinin Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət barədə 163-cü bəndinin müzakirəsi çərçivəsində həyata keçirildi. Xüsusi missiyanın yaradılması Azərbaycanın BMT Baş Assambleyasında apardığı çevik diplomatiya sayəsində baş tutdu. Ermənistan Azərbaycanın təklif etdiyi qətnamə layihəsinin Baş Assambleyada səsvermədən keçmək şansının yüksək olduğunu nəzərə alaraq işğal altındakı ərazilərə beynəlxalq missiya göndərilməsinə razılıq verdi. ATƏT-in Minsk Qrupunun Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlərinin razılaşması əsasında yaradılmış Faktaraşdırıcı Missiya (OSCE Minsk Group Fact-Finding Mission ) 2005-ci il 31 yanvardan 6 fevraladək Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı 7 işğal olunmuş rayonunda müşahidələr apardı. Missiya Ermənistanın işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirdiyi barədə Azərbaycanın dediklərini təsdiqlədi.Missiya müəyyən etdi ki, işğal altındakı ərazilərdə məskunlaşdırılan ermənilərin sayı 17 mindən çoxdur. 2010-cu ilin sentyabrında BMT Baş Assambleyasının növbəti illik sessiyası zamanı Azərbaycan növbəti dəfə işğal altındakı ərazilərdəki vəziyyət barədə qətnamə layihəsini müzakirəyə çıxardı. Layihənin səsvermədən keçməsi şanslarının kifayət qədər yüksək olmasını nəzərə alan Ermənistan işğal altındakı Azərbaycan ərazilərindəki vəziyyəti araşdırmaq üçün ATƏT-in Minsk Qrupu tərəfindən daha geniş mandata malik Sahə Qiymətləndirmə Missiyasının bu ərazilərə səfər etməsinə razılıq vermişdir. Sahə Qiymətləndirmə Missiyası bir daha Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılma siyasətinin davam etdirildiyini, həmçinin infrastruktur dəyişikliklərinin və iqtisadi fəaliyyətin həyata keçirildiyini aşkarlayaraq rəsmi hesabatına daxil etdi. Hər iki hal Azərbaycanın taktiki uğurudur və Prezident İlham Əliyevin ölkənin beynəlxalq təşkilatlarda güclü mövqelərə malik olmaq siyasətinin nəticəsidir.
Posted on: Sun, 26 Jan 2014 19:22:56 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015