Gizlin sevgi. Gəl, məni dost kimi dindir, danışdır. - TopicsExpress



          

Gizlin sevgi. Gəl, məni dost kimi dindir, danışdır. Dostbilsin qıraqdan camaat bizi. Mən deyim: dostumdur, sən de: tanışdır, Hamıdan gizlədək sevdiyimizi. Danışaq, gülüşək, gəzək yan-yana Onda adımıza söz də deyilməz. Gizli görüşümüz çıxsa meydana, Deyək ki, dost dostla görüşə bilməz? Yalandan bir oğlan şəkili gətir, Heç kim bilməsin ki, sevgiliyik biz. İstəsən arada qoluma da gir, Burda pis nə var ki ,dost deyilik biz? Zəng elə danışaq dərsdən-filandan, Anana denən ki, bir yoldaşımdı. Qoy hamı dost bilsin bizi hər zaman, Denən ki , heç mənim sevən yaşımdı... Bu yolla gizlədək gəl sevgimizi, Camaat dost bilsin, anansa yoldaş... Dostluğa bükərək həsrətimizi, Bir azcıq sevinək gəl yavaş-yavaş. Dostluqla böyüsün məhəbbətimiz, Qoy daha olmasın həsrət, göz yaşı... Gəl, əvvəl həyatda yoldaş olaq biz, Sonrasa olarıq həyat yoldaşı...
Posted on: Fri, 18 Oct 2013 15:33:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015