Gördü qoşun şibhi-Peyğəmbər gəlir Rəzmə, ala göz Əli - TopicsExpress



          

Gördü qoşun şibhi-Peyğəmbər gəlir Rəzmə, ala göz Əli Əkbər gəlir Əlində şəmşir, Hüseynə yavər, Dilində zikri: "Allahu əkbər!" Surəti on dörd gecəlik mahi tək Qeyzidən əzası əsir kahi tək Ərşeyi-zin üstə yədullahi tək Rübülüdür Qabizil-ərvahi tək Qəsd eliyib yıxmağa Xeybər gəlir. Görmüş idi kimsənə Peyğəmbəri Tez ona təşbihi verib Əkbəri Bir-birinə söylədi bu sözləri Yusifi Kənan idi ya da digəri İbni Rəsulullaha yavər gəlir. Olsa Peyğəmbər bu gələn şəxs əgər Zəhmətimiz vay bizə getdi hədər Ləblərinə versə təkan müxtəsər Qüdrətilən ərşi yerə endirər Etməyə şəqqül-qəmər əzhər gəlir. Gördü Ömər Səd bu keyfiyyəti Tez tanıdı Əkbəri məh tələti Səslədi əşxasi duni fitrəti Verdi xəbər ləşgərə fövriyyəti Bu nə Pəyambərdi nə Heydər gəlir.
Posted on: Thu, 20 Jun 2013 11:05:49 +0000

Recently Viewed Topics




© 2015