Gəl, məni dost kimi dindir, danışdır, Dost bilsin qıraqdan - TopicsExpress



          

Gəl, məni dost kimi dindir, danışdır, Dost bilsin qıraqdan camaat bizi. Mən deyim: dostumdur, sən de: tanışdır, Hamıdan gizlədək sevdiyimizi. Danışaq, gülüşək, gəzək yan-yana, Onda adımıza söz də deyilməz. Gizli görüşümüz çıxsa meydana, Deyək ki, dost dostla görüşə bilməz? Yalandan bir oğlan şəkili gətir, Heç kim bilməsin ki, sevgiliyik biz. İstəsən arada qoluma da gir, Burda pis nə var ki, dost deyilik biz? Zəng elə danışaq dərsdən-filandan, Anana denən ki, bir yoldaşımdı. Qoy hamı "dost" bilsin bizi hər zaman, Denən ki, heç mənim sevən yaşımdı... Bu yolla gizlədək gəl sevgimizi, Camaat "dost" bilsin, anansa yoldaş... Dostluğa bükərək həsrətimizi, Bir azcıq sevinək gəl yavaş-yavaş. "Dost"luqla böyüsün məhəbbətimiz, Qoy daha olmasın həsrət, göz yaşı... Gəl, əvvəl həyatda yoldaş olaq biz, Sonrasa olarıq həyat yoldaşı...
Posted on: Thu, 18 Jul 2013 00:05:29 +0000

Trending Topics



The Master
FANAANIINTA SOMAALIYEED INTA MACOODU (A)KABILOWDO • Ahmed
Luke 11:1–13 Jesus was praying in a certain place, and when

Recently Viewed Topics




© 2015