Gəncə Dövlət Universitetində rüşvət piramidası Bu ali - TopicsExpress



          

Gəncə Dövlət Universitetində rüşvət piramidası Bu ali təhsil ocağında müxalifətçilər və dövlət çevrilişi etmək istəyənlər rektorun pul yığanlarıdır 14.09.2013 / 18:58 Redaksiyamıza Gəncə Dövlət Universitetində yer almış neqativ hallara dair, həm də müxtəlif təfərrüatları əks etdirən məlumatlar daxil olmaqda davam edir. Məlumatlarda bildirilir ki, universitetdə xüsusilə sessiya imtahanları münasibətilə həyata keçirilən rüşvət yığımlarının daha geniş miqyası ilə seçilən fakültə Tarix və Coğrafiya fakültəsidir. Bu fakültənin dekanı isə keçmiş H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun sabiq rektoru Həsənbala Sadıqovdur. Həsən müəllimin fakültəsində pul, tələbənin bilik yükünün miqdarından asılı olmayaraq, prinsipial olaraq yığılmalıdır və yığımın yekun miqdarı tələb olunan minimum məbləğdən aşağı enə bilməz. Məsələn, son yay sessiyasında bu məbləğ 90 min manat həddində müəyyənlşdi. Həmin məbləği qalan səkkiz fakültə üçün də orta miqdar kimi qəbul etsək, Gəncə Dövlət Universitetində yay sessiyasının 810 min manata “başa gəldiyini” təxmini deyə bilərik. Qeyd edək ki, aldığımız məlumatlarda Tarix və Coğrafiya fakültəsinin dekanı H.Sadıqovun kimliyinə dair verilən informasiya ayrıca maraq kəb edən məqamdır. Bu xüsusda mənbəmiz ilk olaraq Həsənbala müəllimi bir vaxtlar iğtişaşlara səbəb olmuş müstəqil “Talış-Muğan Respublikası”nın yaradılması ideyasını verən simalardan biri kimi təqdim edir. Mənbə həmçinin qeyd edir ki, Əlikram Hümmətovun rəhbərlik edəcəyi bu “dövlətin” strukrularını yaradan zaman hökumətdə Təhsil naziri postu da məhz H.Sadıqov üçün nəzərdə tutulmuşdu. Daha sonra bildirilir ki, bu məqsədlərə nail olmaq üçün Həsənbala müəllim sadəcə ideya verməklə kifayətlənmirmiş. AXCP-nin hakimiyyəti dövründə ölkə prezidenti Ə.Elçıbəyin sərəncamı ilə H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun rektoru təyin olunmuş H.Sadıqov, kifayət qədər təsirli nitq qabiliyyətinə malik olmaqla meydan hərəkatının, xüsusilə Heydər Əliyevin hakimiyyətə geri çağırılması ideyalarına qarşı radikal əks mövqeyləri təbliğ edən kütləvi mitinqlərin təşkilatçı və aparıcı liderlərindən idi. Təbii ki, bu kadra indinin özündə də Gəncə Dövlət Universitetində xüsusi imtiyazlara malik olan vəzifənin həvalə olunması rektor Yadigar Əliyevin də siyasi baxışlarına müəyyən qədər aydınlıq gətirmiş olur. Eyni zamanda da Y.Əliyevin rəhbərlik etdiyi bu ali təhsil müəssisəsində tətbiq etdiyi üsullar, prinsip etibarı ilə Tarix və Coğrafiya fakültəsində təcrübə olunan metodlardan heç də fərqlənmirlər. Redaksiyamıza müraciət edən universitet tələbələri bildirirlər ki, Yadigar Əliyevin rektor postuna yeni təyinat almasından çox az bir müddət sonra universitetdə rüşvətxorluq və korrupsiyanın şiddəti bir az da artıb. Tələbələr hətta onlardan hansı qiymətə görə nə qədər pul tələb olunduğunu da gizlətmirlər. Dediklərinə görə, bu ali məktəbdə “üç” qiymətinin dəyəri 40-50, “dörd”ün dəyəri 60-70, “beşin” dəyəri isə 80-100 manatadır. Tələbələr yekunda heç diplom işi yazmağa da məcbur deyillər. Sadəcə əksər hallarda sovet illərində yazılmış köhnə diplom işləri məzunlara 500 manatdan 800 manata qədər qiymətə satırlar. Həmçinin mənbələr qeyd edir ki, əgər əvvəllər tələbələr müəllimlərə qiymətə görə pulu ayrı-ayrılıqda verirdilərsə, son vaxtlar bütün pulları bir tələbə yığıb onu “növbəti instansiyaya” çatdırır. Bu instansiya kimi isə bəzi hallarda universitetin şöbə müdirlərindən biri, bəzi hallarda isə rektorun köməkçisi çıxış edirlər. Qeyd etmək lazımdır ki, nə ciddi narazılıqlar ifadə edən ictimai rəy, nə də Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən universitetin rektoru Yadigar Əliyevə elan olunmuş şiddətli töhmət burada baş verənlərin qarşısının alınması üçün hələ də kifayət qədər stimul yaratmamışdır... Mövzuya yenidən qayıdacağıq və növbəti sayımızda YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevin qayınları Asiflə Vasifin rektora nədə kömək etmələrindən, onların dünyada dövlət çevrilişlərini maliyyələşdirən SOROS fondu ilə əlaqələrindən, “Turan eli” qəzetində kimlər haqqında məqalə sifariş etmələrindən və universitetdə yığılan röşvətin adbaad qruplar və fakültələr üzrə siyahısını dərc edəcəyik.
Posted on: Sun, 15 Sep 2013 10:09:55 +0000

Trending Topics



ss.com/FIRST-DRAFT-CARD-NOT-IN-ORDER-AND-BOUTS-TO-BE-topic-589317011154669">FIRST DRAFT: CARD NOT IN ORDER AND BOUTS TO BE
Military Caps-U.S MARINE DOGS
La asociación pro refugio canino de Almendralejo (RECAL) organiza

Recently Viewed Topics




© 2015