Gəncədə ağır yol qəzası: 5 yaralı Ötən gecə saat 23:30 - TopicsExpress



          

Gəncədə ağır yol qəzası: 5 yaralı Ötən gecə saat 23:30 radələrində Gəncə şəhərində 6 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə şəhərin Heydər Əliyev prospekti ilə Fərhad Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. Firudin Əliyev idarə etdiyi "Hundai" markalı avtomobillə yolun əks istiqamətinə çıxaraq Anar Mərdanova məxsus "VAZ" 21 07 markalı maşınla toqquşub. Qəza nəticəsində "VAZ 2107"-nin sürücüsü Anar Mərdanov və sərnişinləri Xuruşdu Elimdar, Ruslan Yusibov, Hüseyn Kərimov və Cəfər Hüseynov ağır bədən xəsarətləri ilə Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Sürücünün vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Gəncə şəhər BPİ araşdırma aparır. Qəzanın dəqiq səbəbləri aparılacaq avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Posted on: Tue, 03 Sep 2013 17:00:20 +0000

Recently Viewed Topics




© 2015