HEPATİT Qaraciyərin iltihabi prosesidir.Kəskin və xroniki - TopicsExpress



          

HEPATİT Qaraciyərin iltihabi prosesidir.Kəskin və xroniki olur. Kəskin hepatit Etiologiyası. Patogenezi: Daha çox qaraciyərin hepatit virusu ilə zədələnməsi nəticəsində əmələ gəlir. Digər etioloji faktorlar enteroviruslar, bağırsaq infeksiyaları törədiciləri, infeksion mononukleoz virusu , leptosipillər, tropik parizitlər, septik bakterial infeksiayalar ola bilər. Dərman preparatları (MAO inqibitorları, izonikotin turşusunun törəmələri, aydöşəyi ekstraktı) sənaye zəhərləri (fosfor, fosfor üzvi birləşmələri, trinitrotoluol) , göbələk zəhərləri toksik hepatitin əmələ gəlməsinə səbəb olur. Kəskin hepatit radiasion zədələnmə, yanıqlar ağır infeksion xəstəliklər, hamiləlik toksikozu alkoqalizmdə hepatitə gətirib çıxır. Pategenezi: Qaraciyər parenxemasına zədələyici faktorun təsiri zədəliyici amilə qarşı immun cavab nəticəsində immmunoloji pozulmaları, sitoliz, hepatositləri zədələnməsi ilə izah olunur. Simptomlar. Klinik gedişi: Yüngül halda praktik olaraq simptomsuz keçir, təsadüfi müayinə zamanı aşkarlanır. Ağır halda ( toksik hepatitdə) klinik simptomlar sürətlə inkişaf edir. Ümumi intoksikasiya əlamətləri və digər orqanların toksik zədələnmələri ilə birgə müşahidə olunur. Xəstəliyin qızğın dövründə dəri və selikli qişaların sarı və ya narıncı rənglənməsi, nəcisin ağ-boz rəngi, sidiyin tünd rəngi ( pivə rəngi ) xarakterikdir. Burun qanaxması, patexiyalar, dərinin qaşınması,bradikardiya depresiv vəziyyət, qıcıqlanmanın artması, yuxusuzluq, mərkəzi sinir sistemi zədələnmələri əlamətləri aşkar olunur. Qaraciyər və dalaq bir qədər böyüyüb və az ağrılıdır. Xüsusi ağır hallarda nekrotik zədələnmələr zamanı ölçüləri kiçilə bilər. Laborotor müayinədə hiper bilirubinemiya, fermentlərin, ASAT, ALAT, LDH aktivliyinin yüksəlməsi, hipoalbuminemiya, hiperqlobulinemiya aşkar olunur.Müasir müalicə metodların tətbiq edilidikdə tam sağalma mümkün olur. Xüsusi hallarda qaraciyərin kəskin distrofiyası inkişaf edilir. Mexaniki hemolitik və yalançı sarılıqla diferensasiya edilir. Xroniki hepatit Qaraciyərin iltihabi distrofik xarkterli zədələnməsi ilə müşahidə olunan polietioloji xəstəliyidir. Etiologiyası. Patogenezi: Virus, toksik toksik allergik zədələnmə nəticəsində qaraciyər xroniki hepatit septik endokarditdə, visseral leyşamaniozla malyariyada tez-tez müşahidə olunur. Xroniki xolestatik hepatit uzun müddətli qaraciyəraltı xolestazın ( ümmun öd axarı daş və çapıqla tutulması mədəaltı vəzin başının şişi ) öd yollarının və axarların iltihabi prosesi ilə birləşməsi zamanı formalaşır. Xroniki qeyi spesifik xarakterli hepatit də aşkar olunur ki, bu həzm traktının xroniki xəstəlikləri , xroniki infeksiyaları sistem birləşdirici toxuma xəstəlikləri nəticəsində əmələ gəlir. Patogenez: Etioloji faktorların qaraciyər parenxemasına təsiri hepotositin distrofiya və nekrobiozuna səbəb olur. Simptomlar. Klinik gedşi: Qaraciərin böyüməsi sağ qabırğa altı ağrı, ağırlıq hissi , dispeptik əlamətlər, sarılıq dəri qaşınması , subfebrilet ortaya çıxır. Xəstələrin 95% -də qaraciər böyüməsi təyin olunur, lakin çox hallarda mülayimdir. Dalaq böyümür və ya cuzi böyüyür. İştahın azalaması , gəyirmə bulantı qaraciyərdə küt ağrı yağların ,alkoqolun orqanizmə pis təsiri , ümumi halsızlıq , əmək qabiliyyətinin azalması xarakterizə albuminlərin azalması , qlobulinlərin artması nəticəsində disproteinemiya əmələ gəlir. EÇS yüksəlməsi tez-tez görülür, lakin qeyri - spesifikdir. Qan zərdabında ALAT, ASAT, LDH , öd axını çətinləşdikdə qələvi fosfatazanın yüksəlməsi, bilubinin mülayim artması təyin olunur. Az aktiv (qeyri - aktiv) xoş xassəli , persistə edici , aktiv , aqresiv , proqresivləşən , residivləşən hepatit ayırd olunur. Az aktiv hepatit simptomsuz və ya zəif simptomlarla təzahür edir , laborotor göstəricilər təyin olunmur. Xroniki aktiv residivləşən (aqresiv) hepatit şiddətli şikayətlər, parlaq obyektiv klinik və laborotor əlamətlər xarakterikdir. Tez-tez baş verən residivləşən qaraciyərin morfoloji dəyişikliyinə və sirrozun əmələ gəlməsinə gətirib çıxarır.
Posted on: Fri, 30 Aug 2013 05:28:15 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015