Hakimiyyətin növbəti Qarabağ yalanı Çərşənbə - TopicsExpress



          

Hakimiyyətin növbəti Qarabağ yalanı Çərşənbə axşamı, 03 Sentyabr 2013 10:10 Fuad Qəhrəmanlı: «Əli Həsənovun Qarabağ probleminin həllindən danışması, daxili auditoriyaya hesablanmış yalandır» Hikmət Hacızadə: «Seçki ili olduğu üçün hakimiyyət hər cür yalan danışmağı məqbul sayır» “Dağlıq Qarabağ probleminin həlli sonuna yaxınlaşmaq üzrədir”- bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. 31 avqust Qubadlı rayonunun işğal günü olduğunu xatırladan Baş nazirin müavini qeyd edib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri yaxın gələcəkdə azad ediləcək: “Biz çox təəssüf edirik ki, hələ ki, yalnız işğal günlərinə yığışıb toplaşırıq. Biz tam əminik ki, ölkə prezidenti cənab Ilham Əliyevin rəhbərliyi altında yaxın gələcəkdə biz mütləq qələbə gününə yığışacağıq. Bu ilin sonuna qədər məcburi köçkünlər üçün tikilən bütün qəsəbələrin sayı 82-yə, köçürüləcək əhalinin sayı isə 180 min nəfərə çatacaq. Bütün bunların 91%-i son 10 il ərzində həyata keçirilib. Yəni bu qədər işləri görən Prezident mütləq bu torpaqların azad olunmasına nail olacaq”- deyə Əli həsənov bildirib. Çox maraqlıdır ki, hakimiyyəti təmsil edən digər yüksək vəzifəli şəxs Novruz Məmmədov Əli Həsənovun dediklərinin əksini söyləyir. Novruz Məmmədov ötən gün iştirak etdiyi forumda belə də söyləyib: “Təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabar münaqişəsi ilə bağlı ədalətli mövqe nümayiş etdirməyi bacarmadı. Azərbaycan torpaqları hələ də işğal altında qalmaqdadır. ATƏT və NATO kimi strukturlarla uğurlu əməkdaşığa rəğmən heç bir nəticə əldə olunmayıb. Və bunu heç cür başa düşmək olmur. Belə böhran hamı üçün - həm Azərbaycan, həm də dünya birliyi üçün pisdir”. Doğurdan da hakimiyyət balansı itirib. Görünür, seçki ilinin yaratdığı təlaş hakimiyyəti növbəti yalan proqnoz verməyə vadar edir. Dünənə qədər Qarabağ münaqişəsinin həllinin dalana dirənməsindən, Minsk qrupunun yarıtmaz fəaliyyətindən danışan hakimiyyət nümayəndələri, indi Qarabağ probleminin sona çatacağını nəyə əsasən iddia edir? Axı, bu istiqamətdə hansısa ürəkaçan nəticəyə nail olunmayıb. “Danışıqlar yaxşı keçdi, amma irəliləyiş yoxdur” kimi absurd fikirlərə müəlliflik edən rejim, Qarabağı tezliklə qaytaracağını hansı absurd arqumentlə bizə sırımaq istəyir? AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, hakimiyyət 20 ildir Azərbaycan xalqına yalan danışır və Qarabağla bağlı heç bir irəliləyiş yoxdur: “Hakimiyyətin Qarabağı almaq kimi bir narahatlığı yoxdur. Seçki ili olduğu üçün, hakimiyyət daxili auditoriyaya hesablanmış fikirlər söyləyir. Qarabağla bağlı danışıqlar da, söylənilən fikirlər də imitasiya xarakteri daşıyır. Seçkidən sonra yenə beynəlxalq təşkilatları günahlandırmaqla öz məsuliyyətlərini azaltmağa çalışacaqlar. Bu bəyanatlar məcburi köçkünlərdə bir arxayınlıq yaratmaq məqsədi güdür. Ancaq xalq artıq hakimiyyətin hər dəfə seçki öncəsi yalan vədlər verdiyini, seçkidən sonra isə bu vədlərə əməl edilmədiyini gözəl anlayır. Ona görə də bu tipli fikirlər, hakimiyyətin əleyhinə işləyir və insanlarda ikrah hissi doğurur”. Politoloq Hikmət Hacızadə hesab edir ki, Əli Həsənovun qaçqınlar qarşısında Qarabağdan danışması təbiidi və seçki öncəsi hakimiyyətin növbəti yalan vədi kimi qiymətləndirilməlidir: “Qaçqınların əsas problemi, ata-baba yurdlarını görməklə bağlıdır. Əli Həsənov da bu görüşü bu tipli söhbətlərlə başa vurmağa çalışıb. Seçki ili olduğu üçün ”edəcəyik", “alacağıq”, “tikəcəyik” tipli vədlər çox olur. Ancaq, “Lazım” gəlmir, Qarabağ da alınmır. Seçki qurtarandan sonra bu söhbətlər yada düşməyəcək. Indiki dövrdə hakimiyyət təmsilçilərinə, xalqın qarşısında istənilən qədər yalan danışmaq üçün icazə verilib".
Posted on: Tue, 03 Sep 2013 21:53:11 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015