Halallıq istəmə vəfasız yarım, Sənə eylədiyim haramın - TopicsExpress



          

Halallıq istəmə vəfasız yarım, Sənə eylədiyim haramın olsun. Sən cəfa etmisən,şəfasız yarım, Sənə eylədiyim haramın olsun. *** Mən səni saf bildim göz yaşı kimi, Inandım çox heyif verdim qəlbimi, Sonunda aldatdın əydin qəddimi, Sənə eylədiyim haramın olsun. *** Sinəmdə saz idin ,könlümdə kaman, Dünyam sevinərdi sən gülən zaman, Indidə olmuşam gözündə düşman, Sənə eylədiyim haramın olsun. *** Dağlarda qar idin əridin daha, Bağlarda bar idin çürüdün daha, Leylitək yar idi yürüdün daha, Sənə eylədiyim haramın olsun. *** Ağladın gözünün yaşını sildim, Içimdə sızladım ,üzünə güldüm, Yalandan qurduqun hiləni bildim, Sənə eylədiyim haramın olsun. ***
Posted on: Sun, 07 Jul 2013 19:49:30 +0000

Trending Topics



v>

Recently Viewed Topics




© 2015