Hava bumbuzdu Iliyə işləyir soyuq Sümüklər rəqs eliyir - TopicsExpress



          

Hava bumbuzdu Iliyə işləyir soyuq Sümüklər rəqs eliyir soyuğun ritmi ilə Gecənin musiqisində Tam günah gecəsidir bu gün... Aç pəncərəni Dolsun içəri günah Titrəsin bədənin soyuqdan Don gühanlarının ağuşunda Titrə doyunca Və danış mənə günahlarını Eşitmək istəyirəm səndən Ən böyük günahlarını... Ən əzizlərini Ən unutmadıqlarını.. Danş mənə hamısını.. Məsələn nə zaman zorlamısan bir qadını Nə zaman aldatmısan ananı Nə zaman döymüsən bacını Nə zaman söymüsən nənənə Nə zaman əl qaldırmısan atana Dostlarına nə qədər oğraşlıq eləmisən Nə qədər yalan demisən Nə qədər qızı yalandan sevmisən Danış... Hamısını... Dinləmək istəyirəm bu gecə günahlarını... Insan səmimi olur günah işləyəndə Özü olur Bilmək istəyirəm məndəmi günahınam sənin Bir günah qədər varmı dəyərim Yerimi bilmək istəyirəm... Dəyərimi bilmək istəyirəm... Hava da bumbuzdu Tam günah gecəsidi bu gün... Günaha batırmaq lazım sevgimizi Əllərim donur soyuqdan Çox soyuqdu otaq Günahlarımız kimi.. Könül Yazar 7 oktyabr 2013
Posted on: Sun, 06 Oct 2013 21:28:42 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015