Hz Mehemmed (s) movludnamesi Herkes bunu oxusun ve - TopicsExpress



          

Hz Mehemmed (s) movludnamesi Herkes bunu oxusun ve paylashsin,movludnamenin sherhidi oxuyun sonrada movludnameni oxuyun.Allah herkesden razi oldun,Amin Mövludnamənin şərhi Bismillahir rəhmanir rəhim Mötəbər rəvayətdir ki, hər kəs bu “Mövludnamə”ni yadında saxlaya, nurdan xəlq olunmuş Məhəmmədəl Mustafanın (Allahın salamı və xeyir – duası olsun özünə və pakizə övladlarına) “Mövludnamə”sini namaz qılan vaxt qiblənin müqabilində qoya, elə bil ki, Peyğəmbər (c) ilə bahəm camaat namazı qılır. Hər kəs nurdan yaranmış bu sifət sahibinin “Mövludnamə”sini oxuya və yaxud özündə saxlaya, 4 kitabın savabı ona verilər ki, əvvəl Musanın “Tövrat”ı, İsanın “İncil”i Davudun “Zəbur”u və Məhəmməd (c) ın “Quranı” Rəsul – Xudanın övladlarından olan Kərbəla şəhidləri kimi min şəhidin savabı ona verilir. Bu “Mövludnamə”nin hörmətinə, dünyanı hələ tərk etməmiş, özünə behiştdə görər. O, bəndəmin günahı çöllərin çör-çöpü, ağacların yarpağı, vəhşilərin sayı, yağan yağışların damcıları qədər olmuş olsa belə, Haqqtaala öz tükənməz, binəhayət mərhəməti ilə onun günahlarından keçər. Can verən zaman mələkil – moutun (Əzrayılın) dəhşət heybətindən xatircəm edər. Onunçun İnkir və Münkirin suallarına asan edər. Hər kəs bu nur - pak Məhəmməd (c) in sifətlərini oxuya və yaxud özündə saxlaya. Mən ki, onun Allahıyam 100 min ibadətini and verəm. Löh, qələm, ərş, kürsi, torpaq, su, məşriq, məğrib, fələk, mələk, Torab, Surəyya, Şəms, Qəmər, Zöhrə, Müştəri, şəfəq, Sidrətül – Müntəha, ins, cinn, Səbah, Minabunların fəzilət – mənziləti qədər o bəndəmə savab verərəm. Öz yerini röyada görməmiş dünyadan apararam. Yəni hər mömin kişi və möminə qadın, bu sifəti pak, nuri Məhəmmədi həmişə oxuya, eşidə, yanında saxlaya, gecə və gündüzlərdə cəmi bəlalardan Allahın amanında olar. Allah Təbarək-təala onu, əhli-əyalını bəla və cürbəcür afaqlardan, afətlərdən öz pənahında saxlar. Divlərin, pərilərin, oğulların, ins-cinnin şərri, yırtıcı, uçan əqrəb, qudurmuş it, yerlərin və göylərin qəza və bəlasından, şərindən Allah-təalanın pənahında olar. Əgər qəzadan (borclu) ola, Xudavənd-Aləm öz gözəgörünməz, qeybi xəzinələridən əda edər, heç bir zalimə giriftar olmaz. Həmişə hörmətli və həyalı olar. Ruzi qapıları üzünə açılar. Öz mövludnamənin sahibi həm bu dünyada, həm də axirətdə xoşbəxt olar. Rəsuli-Xuda vəsiyyətində buyurdu ki, ey mənim dost və əzizlərim, and olsun Allaha ki, mən Onun Rəsuluyam. Məni ölüm əhatə edəcəkdir. Heç bir yaranmış ölümün pəncəsindən qurtara bilməz. Siz dünyada təfriqəsiliyə (nifaqa) yol verməyin. Axirət işlərindən heç vaxt qafil olmayın, məgər ki, peşman olarsız, lakin o peşmançılıq fayda verməz, Əgər istəyirsiniz ki, dünya və axirət işləriniz xeyirli olsun, həyatınız xoş keçsin, dünya malına, rəng və rəngidəliyinə aludə olmayın. Dünya eyş-işrət üçün yaranmayıb. Dünya axirət üçün azuqə-zəmin yeridir. Sifəti-pak yaranmış Nuri-Məhəmmədin Mövludnaməsi hər kimin yanında olsa Allah və xəlq yanında əziz və mükərrər olar. Bu dünyadan kamil, nurani imanla daimi həyat dünyasına, yəni behiştə daxil olar ki, orada ölməz həyat vardır bu Mövludnamənin sahibinin duası qəbul olar, hamı yanında əziz olar, sözü keçər, ömrü xeyirli və bərəkətli olar. Əhli-əyalı fəqirlik görməz, aralarında nifaq ayrılıq olmaz. Rəvayətdir ki, Əziz Əbu Əqtab Seyyid Əli Mədəni Məsnəfi Nuri pak Muhammədin 99 adını (mövludnaməni) öz evindən götürüb Sultan Mahmudun yanına apardı. Padişah hökm etdi mövludnaməni o mahalda məşhur etsinlər. O gecə yuxuda gördü ki, ərasəti məşhərdədir. Həzrət-Rəsul və 124 min peyğəmbər hazır oldular. Allah-taaladan xitab yetişdi ki,-ey Sultan Mahmud səni bağışladım, bütün günahlarını əfv etdim, çünki, sən, nurdan yaratdığım Məhəmməd (s) peyğəmbərliyini əziz tutdun. Behiştin qapılarını sənin üzünə açdım. Elə ki, Sultan Mahmud yuxudan oyandı, bu müjdənin şükrünü yerinə yetirmək üçün, min nəfər çılpaq kasıbı geyindirdi, min nəfər yetimin qarnını doyuzdurdu, nəzir payladı. Bu vəsiyyətnaməni əlinə alıb Mədinə hakiminin yanına apardı. Onu yazdırıb şəhərbəşəhər yaydı. Mövludnamə, kənddən-kəndə, məhəllədən-məhəlləyə, küçədən-küçəyə yayıldı. İsmail Misridən- Rəsuli-Xudanı yuxuda gördüm. Həzrət öz mübarək əllərini sinəsinə qoyub mübarək gözlərindən yaş axıdırdı və buyudu ki, bu vəsiyyətnaməni mənim ümmətimə çatdırın. Bunu gizlətməyin və deyin ki, mənim ağ saqqalımdan həya etsinlər və tövbə etsinlər. Vəsiyyətnaməni yaymayanlar mənim şəfaətimdən binəsib olacaq. Hər kəs bunu xəlqə çatdırsa, mənim şəfaətimdən bəhrimənd olacaq və şübhəsiz behiştə gedəcək, inşəallah! İltimas dua edirəm yazana, tərcümə edənə, oxuyana, eşidənə, yayanlara-özlərinə, dost, əhl-əyallarına, yaxın əzizlərinə can sağlığı Haqq-Taala həzrətlərindən sahibi olmagı diləyirik! Amin Mövludnamə Bismillahir rəhmanir rəhim. “Mədənil - əsrar” kitabında, hədisdə varid olubdur ki, hər bir mövcudatdan əvvəl Allah – taala Məhəmməd əl Mustafa (səlləllahu aleyhi və alihi və səlləm)-in mübarək nurunu yaratdı. O anda həzrət Rəsul mübarək başını səcdəyə qoydu. Allah (izzət və cəlal) tərəfindən nida yetişdi ki, Ey mənim pak nurum, ey mənim həbibim mən sənin məhəbbətindən 7 dərya yaratdım. 1. Nur dəryası 2. Elm dəryası 3. Helm dəryası 4. Səbr dəryası 5. Əql dəryası 6. Fəqr dəryası 7. Hümmət dəryası. Bu dəryalarda Allah – taala öz qüdrəti ilə həzrət Rəsulu 10 min il saxladı. 70 min ildən sonra Allah tərəfindən fərman yetişdi ki, ey mənim pak nurum, ey mənim istəkli Məhəmməd – Mustafa ! daha vücudi - mübarəkini gizli saxlama, qalx ! Elə ki, Mən qalxdım. Xudavənd təbarək – taalanın əmri ilə öz nurumu parçaladım. 124 min peyğəmbərin ismət və nübuvvət nütfəsi peyda oldu. Həmin vəqtdə mənim sağ gözümdən iki qətrə su axdı ki, bu vəqt 313 mürsəl peyğəmbər yarandı. Sonra iki damcı su yenə də sağ gözümdən axdı. Əvvəlinci qətrədən İsrafil, ikinci qətrədən Əzrayıl peyda oldu. Sonra iki qətrə su sol gözümdən cari oldu. 1-ci qətrədən Cəbrayıl, 2-ci qətrədən isə Mikayıl peyda oldu. İki damcı su yenə sağ qulağımdan axdı. 1-ci qətrədən “lövhə” 2-ci qətrədən “qələm” peyda oldu. Yenə iki damcı su mənim sol qulağımdan axdı. 1-ci qətrədən “ərş” 2-ci qətrədən “kürsi” vücuda gəldi. Yenə mənim sinəmdən 8 qətrə su axdı ki, bunlardan behiştin 8 qapısı yarandı, behişt xəlq oldu. Yenə 2 damcı su mənim çiynimdən axdı. 1-ci qətrədən günəş (afitab), 2-ci qətrədən qar, 3-cü qətrədən rəd, 4-cü qətrədən xətəm və 5-ci qətrədən sur yarandı. Yenə 4 qətrə sol əlimdən axdı. 1-ci qətrədən Sidrətül – müntəha, 2-ci qətrədən Tubi ağacı, 3-ci qətrədən Adəm – Siffətullah, 4-cü qətrədən od, külək, torpaq və su yarandı. Fərman yetişdi ki, ey mənim pak nurum, sənin pak nurundan 4 ünsür yaratdım. Bax, gör bu 4 ünsürdən hansını seçirsən ? Ta ki, sənin peyğəmbərliyini aləmə bəyan edim. Nur – pak Məhəmməd (s) əvvəl küləyi səslədi və buyurdu. “Əssəlamu aleykə ey külək!”. Külək öz dili ilə cavab verdi. “Əleykəssalam, həqiqət də sən kimsən ? Nur Muhəmməd (s) buyurdu“. Mən Allahın bir bəndəsiyəm, sən bir Bəndeyi – Xuda. Ondan sora Nur – pak buyurdu. “Ey külək nə iş görürsən ?“ Külək dedi: “Muradım nədirsə onu da edirəm”. Nur – pak buyurdu: “Əstəxfirullah! Bax gör nə eybin var ?” Külək dedi: - nə eybim var , Nur Muhəmməd (s) buyurdu.. - Eyibsiz bəndə yoxdur. Eyibsiz yalnız Allahdır. Külək dedi: - Əşhədü ənla ilahə illəllah. Vəhdəhu la şərikə ləh və əşhədü ənnə Muhəmmədən Əbduhu və Rəsuluhu. Külək Nur – pak Məhəmməd (s) – in dinini qəbul etdi və müsəlman oldu, bəndəlik həlqəsini qulağından asdı. Sonra Nur – pak suyu səslədi: Əssəlamu əleykə ey su ! Su cavab verdi. Əleykəssalam, ey Nur Muhəmməd (s). Nur Muhəmməd (s) soruşdu: Ey su nə iş görürsən ? Su dedi: Nə isdəyirəm edirəm, Nur – pak buyurdu: - Bax gör nə eybin var ? Su dedi: - Nə eybim var ? Nur – pak buyurdu: - Allah xəlq etdiyi bəndələrinə əmr etmişdir ki, natəmiz şeyləri səndə yuyub pak etsinlər. Su dedi : Ey Nur Muhəmməd (s) məgər sənin eybin yoxdur ? Nur – pak buyurdu: Əstəxfirullah ! Eyibsiz bəndə olmaz. Eyibsiz yalnız Allahdır. Su iman gətirdi və şəhadət verdi. Əşhədü ənla ilahə illəllah. Vəhdəhu la şərikə ləh və əşhədü ənnə Muhəmmədən Əbduhu və Rəsuluhu. Su da iman gətirdi və Məhəmməd (s) dinini qəbul etdi. Sonradan Nur – pak Məhəmməd (s) atəşi səslədi: Əssəlamu əleykə ey atəş.! Sən nə iş görürsən ? Od dedi: İsdədiyimi edirəm. Nur Məhəmməd (s) buyurdu: - Bəndə öz isdədiyini edə bilməz. Öz başına etdiyi baş tutmaz. Özünə bax gör nə eybin sahibisən ? Od dedi: - Məgər sənin eybin yoxdur ? Nur - Məhəmməd (s) buyurdu: Əstəxfirullah. Eyibsiz bəndə olmaz. Eyibsiz yalnız Allahdır. Od da imana gəlib, dedi: Əşhədü ənla ilahə illəllah. Vəhdəhu la şərikə ləh və əşhədü ənnə Muhəmmədən Əbduhu və Rəsuluhu. Beləliklə od da Nur – Məhəmməd (s) in dininə müşərrəf oldu. Sonra o Nur – pak Məhəmməd (s) torpağı səslədi: Əssəlamu əleykə ey torpaq ! Torpaq öz dili ilə cavab verdi: Əleykəssalam, ey Nuri – pak ! O saət imana gəlib Məhəmməd əl Mustafa (s) - in dinini qəbul edir. Nur – pak Məhəmməd (s) torpagı təvazökar görüb və yumşaq könül görüb 4 ünsürsüz hasil ola bilməz. Sudan hasil olanlar səxavət və kəramət əhlidirlər. Torpaqdan vücuda gələnlər miskindirlər. Sonra yenə Nur – pak buyurdu ki, torpagı ixtiyar etdim. Allah – taala buyurdu ki, Adəmi torpaqdan yaratdım və torpaqdan pərvəriş verdim. Təkrarən torpaga aparıb, torpaqdan yenə xaric etdim, bu aşağıdakı ayənin köməyi ilə: 1. Həzrəti Məhəmmədin mübarək başını həyadan yaratdım. 2. Mübarək burnunu əmhəbin ənbərindən yaratdım. 3. Mübarək qulaqlarını ibrətdən yaratdım. 4. Hər iki mübarək dodaqlarını zikr etmək üçün yaratdım, ta ki, zakir ola. 5. Mübarək ağzını nurdan yaratdım. 6. Həzrətin mübarək qəlbini pak və mübərra, tam ixlas yaratdım. 7. Mübarək əllərini səxadan yaratdım. 8. Mübarək qollarını qüvvədən yaratdım. 9. Mübarək bədənini behiştin müşkündən yaratdım. 10. Mübarək bogazını cənnətin balından yaratdım. 11. Mübarək barmaqlarını səbrdən yaratdım. 12. Bədəninin mübarək sümüklarini behiştin kafurundan yaratdım. 13. Və mübarək qədəmlərini ibadət üçün yaratdım. Əs səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Son.
Posted on: Fri, 06 Sep 2013 21:58:35 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015