HƏLƏ YAŞAYIRAM NARAHAT OLMA Müəllif: Roma Xosrov Ürəyim - TopicsExpress



          

HƏLƏ YAŞAYIRAM NARAHAT OLMA Müəllif: Roma Xosrov Ürəyim yükünü qoymayıb yerə, Səni daşıyıram, narahat olma. Eləcə özümdən xəbər verim ki, Hələ yaşayıram, narahat olma. Dünən xəstə idim üstünə sağlıq, Yenə də eynimə bircə sən düşdün. Evimə baş çəkib zəng etməsən də, Sağ ol ki yuxumda gəlib görüşdün. Sənli xatirələr vaxtımı aldı, Həmişə başımı qatan sən oldun. Çox qız həyatımda kirayə qaldı, Mənim ürəyimə yatan sən oldun...
Posted on: Sat, 13 Jul 2013 03:51:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015