Iosif Stalin və Adolf Hitler haqqinda fikirlər «Sezar və - TopicsExpress



          

Iosif Stalin və Adolf Hitler haqqinda fikirlər «Sezar və Napoleon kimi Stalinin də şəxsiyyəti və sirri dünyanı həmişə məşğul edəcək»(Uinston Çörçill) Ziqmund Freyd yazırdı ki, vaxtilə anasının əsil sevimlisi, əziz-xələf olmuş şəxslər bütün həyatları boyu özlərini bir növ fateh kimi hiss edirlər və bu duyğu əlavə stimul rolu oynayaraq, onların uğur qazanmasına kömək edir. Bu sözləri Stalinin şəxsiyyətinə də aid etmək olar. Hitlerə isə şəksiz-şübhəsiz aid edilə bilər. Fərq orasındadır ki, Stalin anasının onun naminə qatlaşdığı məhrumiyyətləri, getdiyi qurbanları lazımınca qiymətləndirmirdi və 1936-cı ildə anasının dəfninə gəlməməklə gürcülərin milli heysiyyatını təhqir etmişdi. Hitler isə 1907-ci ildə anasının xəstələndiyindən xəbər tutan kimi dərhal Lintsə qayıtmış və ömrünün neçə ayını anasına qulluq etməyə həsr etmişdi. Anasının səhhəti gündən-günə pisləşdiyindən Stalin 1935-ci ildə çoxillik ayrılıqdan sonra özü onu yoluxmaq qərarına gəlir. 1935-ci il oktyabrın 18-də Tbilisidə çıxan «Zarya Vostoka» qəzetində iri hərflərlə belə bir xəbər dərc edilmişdi: «Yoldaş Stalin Tiflisdə. Oktyabrın on yeddisində səhər yoldaş İ.Stalin Tiflisdə anasını görməyə gəlmişdir. Yoldaş Stalin bütün gününü anasının yanında olduqdan sonra oktyabrın on yeddisində gecə Moskvaya yola düşmüşdür. »Anası soruşmuşdu: «İosif, indi sən nəçisən?» – «Mərkəzi Komitənin katibiyəm.» – deyə Stalin cavab vermişdir. Lakin hamının «Keke» çağırdığı qarı «Mərkəzi Komitənin» nə olduğunu bilmirdi. Buna görə Stalin izah etmişdi:- Ana, bizim çar yadımızdadır ? (Stalin anasına «siz» deyə müraciət edirdi)- Bəs necə. Əlbəttə, yadımdadır.- Bax, mən həmin çarın yerində işləyirəm.Anası köks ötürərək, kədərlə, astadan:- Oğlum, kaş keşiş olaydın, – demişdi. (Roy Medvedev) Medine
Posted on: Sun, 25 Aug 2013 08:07:56 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015