Köz Arasında / Əli Daşqın Kipriyəm, ucumda yaş damlaları, Yapraqda şeh kimi, incidən arı, Sel olub axırlar üzümə sarı, Qalmışam qaş ilə göz arasında! Bir seləm, kəsilməz keçərim mənim, Bir gözəm, saysızdır köçərim mənim, Od tutub yansa da içərim mənim, Gəzərəm dilləri söz arasında! Alışıb yanmağı öyrədib Anam, Olar mı anamı unudub, danam? Başqa söz deyiləm, Azərbaycanam, Tüstüsüz yanıram köz arasında!..
Posted on: Sat, 20 Jul 2013 09:33:58 +0000
Trending Topics
Recently Viewed Topics
© 2015