KLİMAKS. KLİMAKTERİK NEVROZ.... Klimaks qadın orqanizmin - TopicsExpress



          

KLİMAKS. KLİMAKTERİK NEVROZ.... Klimaks qadın orqanizmin yaş tənzimləməsi ilə bağlıdır. Proses mərkəzi sinir sistemi və endokrin vəzləri əhatə edir. Adətən 40 yaşdan sonra görülür. Daha çox 48-52 yaşlarda ortaya çıxır.35 yaşdan öncə başladıqda bu erkən menopauza adlanır.55 yaşdan sonra menopauzanın başlamasını uşaqlığın bədxassəli şişin artırıcı riskidir. Menopauza dövründə ortaya çıxan narahatlıqlar, oyanıqlığın artması , əhval ruhyənin labilliyi, yuxunun pozulması, baş gicəllənmə, arterial təzyiqin yüksəlməsi, vegetativ damar potologiyaları , isti basması,piylənmə, mübadilə pozulmaları, sümük əriməsi, sinir psixi dəyişikliklər. Son 15 -20 ildə menopauzadan sonras ümük əriməsi və ürək damar xəstəliyinin artması ilə əlaqədar araşdırmalar aparılmışdır. Belə aydın olur ki, estrogen əksikliyi sümüklərin zəifləməsinə yol açır. Bunu əngəlləmək üçün 40 yaşdan sonra Ca ( kalsium) qəbulu lazımdır. Kalsium həb şəklində qəbulu məsləhətdir. Çünki Ca tərkibli süd və süd məhsulları xolesterolu yüksəldərək, damar sərtliyi ehtimalını artırır. Sümük əriməsi daha çox çanaq və bel sümüyündə görülür. Bu da sonra sümük qırılmasına səbəb olur. Bel sümüyündəki problemlər illər keçdikcə boyun qısalamasına bel donqarlığına (qozbellik) əmələ gətirib çıxarır. Çanaq sümüklərində ərimə , qırılmalar xəstəni yatağa salaraq, hərəkəti məhdudlaşdırır, ağciyər və sidik yolu iltihablarına gətirib çıxarır. Önəmli problemlərdən biri də ürək damar xəstəliklərinin artmasıdır. Məlumdur ki, kişilərdə infarkt , beyin qansızması kimi problemlər qadınlara nisbətən çox görülür. Bu qadınlarda estorogenin qoruyucu olması ilə əlaqədardır. Menopauza dövründə isə estrogen azaldığı üçün ürək- damar patologiyalar artır. Menopauza dövründə hormon qəbul etməyən qadnlarda vaginanın quruması, qaşıntı, tez-tez sidik ifrazı, sidik kisəsinin tam boşalmaması qeyri iradi sidik buraxma kimi şikayətlər olur. Ona görə bu dövrdə estrogen terapiyası yardımçı olur. Klimakterik nevrozun rast gəlmə tezliyi 10-84% arasında tərəddüd edir. Menopauzanın başlandığı dövrdən sonra müxtəlif zamanlarda bəzən hətta 10 il sonra ortaya çıxa bilər . Üzün , boynun qızarması tərləmənin artması , qıcolma, oyanıqlıq, ağlağanlıq, ürək döyünmə , ürək ağrıları kimi narahatlıqlar üzə çıxır. Menopauza dövründə estrogen müalicəsi , keyfiyyətli , vitaminlərlə zəngin qidalanma, istirahət , fiziki idman , fizioterapiya şəklində tədbirlər görülür. Samka
Posted on: Fri, 06 Sep 2013 07:17:35 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015