Kompüter texnologiyasının sürətli inkişaf tempi - TopicsExpress



          

Kompüter texnologiyasının sürətli inkişaf tempi günü-gündən sürətlənsə də, bu sahə də çatışmazlıqlardan xali deyil. Bu gün, kompüter istifadəçisi olan hər bir kəsin ən başlıca problemlərindən biri kompüterlərin virus hücmuna məruz qalması, bunun nəticəsində, kompüterin və sistemin sıradan çıxmasıdır. Hər il, iri müəssisə və şirkətlər bu problemdən milyonlarla dollar məbləğində ziyana düşür. Bəs virus nədir? Kompüter virusları, əslində işlədiyiniz kompüterə dəyişik şəkillərdə zərər verə bilən kompüter proqramlarıdır. Əgər bu proqramlar (ya da virus kodları) hər hansı bir şəkildə işlədilsə, proqramlanma şəklinə görə kompüterinizə zərər verməyə başlayar. Ayrıca, bütün virus kodları (bilinən adıyla viruslar) bir sistemdə aktiv hala keçirildikdən sonra çoxalma (kompüterinizdəki digər fayllara yayılma, şəbəkə üzərindən digər kompüterlərə bulaşma və s. kimi) xüsusiyyətinə malikdir. Kompüter viruslarının məşhur bulaşma yollarından biri “virus yoluxmuş kompüter proqramları” dır. Bu vəziyyətdə, virus kodu bir kompüter proqramına virusu yazan adam tərəfindən əlavə olunar. Beləcə, viruslu bu proqramları işlədən istifadəçilərin kompüterləri “potensial olaraq” virus mənbəyinə çevrilir. Xüsusilə, internet üzərində fayl arxivlərinin nə qədər sıx istifadə edildiyini düşünsək təhlükənin ölçülərini daha da yaxşı anlaya bilərik. Viruslanmış proqram işlədildiyində kompüter virus kodu da, ümumiyyətlə, kompüterinizin yaddaşına yerləşir və potensial olaraq zərər verməyə başlayır. Bəzi viruslar, sabit diskinizin ya da disketlərinizin “boot sector” deyilən və kompüter hər açıldığında ilk baxılan yer olan qisminə yerləşir. Bu vəziyyətdə, kompüteriniz hər açıldığında “viruslanmış” olaraq açılır. Belə olan təqdirdə, əhəmiyyətli sistem fayllarında da (MSDOS və windows üçün COMMAND.COM kimi) viruslar olur. Ümumiyyətlə, hər virusun bir adı vardır. Məsələn, Cansu, Stoned, Michaelangelo, Brain, Einstein və s. kimi virus növləri daha məşhurdur. Neçə növ kompüter virusu vardır? Kompüter viruslarını, ümumiyyətlə 2 qrupa ayırmaq mümkündür: * Fayllara bulaşan viruslar * Kompüterin sistem sahələrinə bulaşan viruslar İlk qrupa girənlər, ümumiyyətlə, istifadəçinin işlətdiyi proqramlara (DOS. EXE. və COM) bulaşar. Proqramların viruslanması iki yöndən ola bilər. Ya virus kodu kompüterin yaddaşına yerləşmişdir və hər proqram işləyərkən o proqrama bulaşar ya da viruslu proqram hər dəfə işləyərkən öz təsirini göstərə bilər. Ancaq virusların çoxu özünə kompüterin yaddaşında yer tapır. İkinci qrupa daxil olan viruslar isə kompüterin ilk açıldığında nəzarət etdiyi xüsusi sistem sahələrinə (boot sector) və xüsusi sistem fayllarına (command) yerləşirlər. Bəzi viruslar isə hər iki şəkildə də zərər verə bilər. Bəzi viruslar virus axtarış proqramları tərəfindən müəyyən olunmamaq üçün bəzi “gizlənmə” texnikaları istifadə edərlər (Stealth Virusları). Bəzi növ viruslar isə, işlədildiyində özünə bənzər başqa viruslar çıxara bilir ki, belə viruslara Polymorphic viruslar daxildir. Qeyd edək ki, bu tip virusların ilk nümunələrindən olan Dark Avanger və Cascade kompüter sistemlərinə ciddi zərər verir. Kompüter virusları nə kimi zərər verə bilər? * Ekranınıza cansıxıcı mesajlar çıxararaq işinizə maneə törədə bilər. * Kompüterinizin yaddaşını və ya disk sahəsini istifadə edərək bu qaynaqlara müraciətinizə əngəl olar. * İstifadə etdiyiniz faylların məzmunlarını silə bilər. * İstifadə etdiyiniz kompüter proqramlarını poza bilər, işlərini yavaşlada bilər. * Sabit diskinizin hamısını, ya da əhəmiyyətli faylların olduğu qisimlərini silə bilər.
Posted on: Fri, 16 Aug 2013 20:26:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015