Kult.az » Dünyanın ən uzun 10 əsəri Dünyanın ən uzun 10 - TopicsExpress



          

Kult.az » Dünyanın ən uzun 10 əsəri Dünyanın ən uzun 10 əsəri Tarix: 4 Sentyabr, 2013 // Oxunub: 160 Bir romanın uzunluğu onun keyfiyyəti ilə bağlı hər hansısa bir məna daşımır. Hətta uzun olması oxuyucu üçün darıxdırıcı, bezdirici ola bilir. Amma eyni zamanda elə oxuyucular da var ki, onlar xüsusilə uzun romanları tərcih edir. Kult.az oxuyucular üçün maraqlı olacaq dünyanın ən uzun 10 əsərinin siyahısını verir: 1. "À la recherche du temps perdu"- "İtmiş zamanın izində" kitabı dünyanın ən uzun əsəri olmaqla bərabər Marcel Proustun ən vacib əlişlərindən sayılır. Kitab 1.5 milyondan çox kəlimədən ibarətdir. Yazıçı 1905-ci ildə romana başlayıb 17 il içərisində 7 cild kitabı çıxardıb. Əsəri bitirmədən həyatdan köçüb. 2. Honoré d’Urfé tərəfindən qələmə alınan "L’Astrée" romanı isə 1.4 milyondan çox sözdən ibarətdir. Əsər orjinal dilində 60 ayrı kitabdan ibarətdir. 3. Samuel Richardson 1748-ci ilində nəşr olunan "Clarissa" romanı isə 1 milyondan çox sözdən ibarətdir. 4. 20-ci əsrin 100 ən yaxşı romanı arasında göstərilən Robert Musil tərəfindən yazılan "The Man Without Qualities" romanı isə 650 min sözdən ibarətdir. Toplam 4 cilddən ibarət olan romanın yazıçısı öldüyü üçün yarımçıq qalıb. 5. Rus əsilli qadın yazıçısı Ayn Randın 1957-ci ildə Amerikada nəşr olunan "Atlas Shrugged" əsəri 645 min sözdən ibarətdir. Ən çox oxunan fəlsəfi roman olmaqdan başqa, Amerikada İncildən sonra xalq üzərində ən çox təsir etdiyinə görə çox məşhurdur. 6. Aleksandr Dumasın 1847-1850-ci illər arasında yazdığı "Le Vicomte de Bragelonne ou Dix ans plus tard / The Vicomte of Bragelonne: Ten Years Later” kitabı 626 mindən çox sözdən ibarətdir. 7. Vikram Sethin 1994-cü ildə nəşr etdirdiyi "A Suitable Boy" 590 mindən çox kəlimədən ibarətdir. 8. David Foster Wallacenin 1996-cı ildə nəşr etdirdiyi "Infinite Jest” əsəri 575 min sözdən ibarətdir. Yazıçının əsərləri təsiredici gücünə görə çox mükafatlar alıb. 2008-ci ildə yazıçı intihar edib. 9. Tolstoyun ölümsüz əsəri olan "Hərb və Sülh" uzunluğu 560 min sözdür. 1869-cu ildə nəşr olunub 10. Viktor Hüqonun Səfillər romanı isə onluğun sonuncu yerində durur. 510 min sözdən ibarətdir. 1862-ci ildə Fransız dilində nəşr olunan kitab, 19-cu əsrin ən şedevr romanlarından sayılır.
Posted on: Thu, 05 Sep 2013 06:17:13 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015