Kurtlar vadisi"ndən şok qərar: kanalı dəyişir Türkiyənin - TopicsExpress



          

Kurtlar vadisi"ndən şok qərar: kanalı dəyişir Türkiyənin ən populyar seriallarından biri olan "Kurtlar Vadisi" ilk dəfə nümayiş olunduğu Show TV telekanalına qayıdır. 2003-cü ildən bəri göstərilən serial son 10 ildə 4 telekanal dəyişdi. AHT-yə istinadən bildirir ki, 2003-cü ilin yanvarın 15-də "Bu bir dərin dövlət və mafiya serialıdır" sloqanı ilə Show TV-də nümayişi başlanan serial o vaxtdan bəri ən çox baxılan, reytinq rekordları qıran teleseriallardan biridir. "Pana Film" studiyasının çəkdiyi serial nümayiş olunduğu 10 il ərzində Kanal D, Star TV və ATV telekanallarında da göstərilib. 2011-ci ildən etibarən "Kurtlar vadisi pusu" adı ilə nümayiş olunan serial yeni mövsümdə 196-cı seriyadan etibarən Show TV telekanılnda olacaq. "Kurtlar vadisi" serialında onlarla tanınmış aktyor oynayıb, yüzlərlə aktyor epizodik rollara çəkiliblər. Oktay Kaynarca, Özgü Namal, Selçuk Yöntem, Nihat Nikerel, Güven Hokna, Zafer Ergen, Gürkan Uygun, İstemi Betil, Vildan Atasever, Nefise Karatay, Tamer Yiğit, Ragıp Savaş, Tarık Ünlüoğlu, Seray Sever, Ali İpin kimi bir çox məşhur aktyorlar bu serialda oynayıblar, amma obrazları "öldüyü" üçün "Kurtlar vadisi"ndən ayrılıblar.
Posted on: Sun, 04 Aug 2013 20:09:23 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015