M.Müşfiqin "Yenə o bağ olaydı" şeiri A.Müşviqin - TopicsExpress



          

M.Müşfiqin "Yenə o bağ olaydı" şeiri A.Müşviqin interpretasiyasında. Yenə o bağ olaydı, bir sotu on beş minə Adam tapılmaz enə. Bizdə muradımiızca kupçalı yer tapaydıq, Sizə qonşu olaydıq. Bir il torpağ alaydım, bir il hasar çəkəydim. Bir il hovuz tikəydim. Əkəydim ağaclardan, əncir, şanı, birdə nar, Tutsa söyüd və çinar. Ağac da insan kimi, hamsı Bakıya istər, Çoxları köksüz bitər. Yenə o bağ olaydı, gözəl keçəydi ömür, Yoldan alaydım kömür. Hardasa üç-dörd aylıq, yaxşı quzu seçəydim Və kabab bişirəydim. Sən manqalı çəkəydin,Instaqrama qoyaydın, Feysbukda paylaşaydın. Yeni status olardı, hami koment yazaydı, Laykın sayı artaydı. Arzuya bax sevgilim, tellərinnən incəmi Söylə ürəyincəmi? Yenə o bağ olaydı, vıxodnoylar gələydik Danışaydıq, güləydik. Hər axşam besedkada, yandıraydın pifpaflar Uça ağcaqanadlar. Gizli qeybət edərdik ruhun ehtiyacanınnan Qardaşınnan, bacınnan. Çəkinərək çox zaman, söhbəti dəyişəydin Anamnan döşəyəydin. Hər bağda olan kimi, bezdirəydi bizləri, Karamel konfetləri. Bu yaz bir başqa yazdır, bu yaz dahada xoşdur Vay o torpağa boşdur. Novxanıda beş minə, Mərdəkanda lap çoxdur Şüvəlanda yer yoxdur. Biri kirayə qalır, biri nəğd pula alır Biri kreditə salır. Hər yerdə asfaltlanmış, villalar daha yüksək, Yolumuzdan daş, kəsək Təmizlənmiş bir azda, ellərin kefi sazdır Bu yaz bir başqa yazdır. Lazım deyil nə villa, nədə onun mansardı, Arzularım bulardı- Üç sot yerim olaydı, birdəki qumlu sahil Sular ötəydi dil-dil. Yayda- beş, altı, bazar, bu şəhərdən çıxaydıq, Bu səs-küydən qaçaydıq, Probkalar fəth edərək, biz bağa yığışaydıq, Nərd, loto oynayaydıq. Arzuya bax sevgilim, tellərinnən incəmi Söylə ürəyincəmi?
Posted on: Wed, 24 Jul 2013 15:12:55 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015