MESHERDE MUXTELIF SEKILLER... YANAR TOPAQ KAFİRLƏRİN AYAĞI - TopicsExpress



          

MESHERDE MUXTELIF SEKILLER... YANAR TOPAQ KAFİRLƏRİN AYAĞI ALTDA Həmin gün insan öz ətrafında vəhşət görər. Yerin vəziyyəti büsbütün dəyişər. Əvvəlcədən dediyimiz kimi, Qiyamətin yeri, torpağı şüurludur, canlıdır. O, mö᾽minin ayaqları altda aram, ağ, parlaq, kafirin ayaqları altında isə bir parça yandırıcı oddur. Bir ağac, bir dağ, bir daldalanacaq gözə dəyməz. Hamı bir-birini görər. Hamı bəşər də olsa, şəkilləri dəyişər. Dünyada hamı bir şəkildədir, amma Qiyamətdə əməl və əqidəyə görə şəkillər müxtəlif olar. MƏŞHƏRDƏ MÜXTƏLİF ŞƏKİLLƏR “Məcməül-bəyan” təfsirində Həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunub ki, Məaz “Qiyamətdə sur üfürüləndə dəstə-dəstə gələrsiniz” ayəsinin mə᾽nasını soruşduqda, Həzrət buyurdu: “Ey Məaz, böyük bir mətləb soruşursan (Həzrətin mübarək gözü yaşardı.) Mənim ümmətim Qiyamət günündə 10 sinfə bölünər. Bu 10 sinfi Allah-Taala ümumi müsəlmanlardan ayırar, surətlərini dəyişər; bə᾽ziləri meymun, bə᾽ziləri donuz, bə᾽ziləri əl-ayağı kəsilmiş surətdə, bir hissəsi kor, digəri lal, bir dəstəsi də kar olarlar. Məhşərə dilini dişləmiş bir tayfa daxil olar ki, ağızlarından çirk axar. Onların ağızlarının qoxusundan məhşər əhli əziyyət çəkər. Bir dəstə də məhşərə başı aşağı daxil olub, o halda da əzaba aparılarlar. Bir dəstə od budaqlarından asılmış, başqa bir dəstənin qoxusu murdardan daha pis. Digər bir dəstəyə qətrandan libas geydirilmiş, bu libaslar onların bədənlərinə yapışmışdır... Sual verdilər ki, bunlar kimlərdir? SÖZ GƏZDİRƏNLƏR, HARAM MAL YEYƏNLƏR, SƏLƏMÇİLƏR Həzrət buyurdu: Meymun surətində məhşərə daxil olanlar söz gəzdirənlər, iki nəfərin arasını vuran, birinin dediyini o birinə və əksinə xəbər aparanlardır. Donuz surətində gələnlər haram mal yeyənlərdir. Məsələn, əskik ölçənlər, qatqı qatanlar, xalqın malını yeyənlər. Başı aşağı gələnlər sələmçilər, faiz yeyənlərdir. Dilini dişləyib və ağzından çirk axanlar, əməlsiz alimlərdir. Bəli, əməli özündən olmayan alimlər yaxşı moizə edib özü pis əməldə bulanan alimlər, başqaları sözündən faydalanıb özü bədbəxt olan alimlər dillərini dişləyib həsrət çəkərlər. QONŞUNU İNCİDƏNİN, ZALIM HAKİMİN, XUDPƏSƏNDLƏRİN ƏZABI Məhşərə əl-ayağı kəsilmiş vəziyyətdə gələnlər qonşuya əziyyət verənlərdir. Gor halda daxil olanlar nahaq hökm vermiş zalım hakimlərdir. Amma o kəslər məhşərdə kardırlar ki, xudpəsənd və özünü sevən olublar (hətta özlərindən başqasının məhşərə kar gəlməsini istəməzlər). Oddan budaqlara bağlananlar dünyada padşahlara, ağalara sirr açıb, xəbər aparıb xalqı incidənlərdir. Murdardan daha iyrənc olanlar o kəslərdir ki, haram, şəhvət və ləzzətə bulaşmış, mallarından vacib haqqı ödəməmişlər. Alovdan paltar geyənlər təkəbbür göstərənlərdir. (Digər bir hədisdə var ki,) gözlərində alovdan iki mıx olanlar gözlərini haramla dolduranlardır.
Posted on: Sun, 15 Sep 2013 04:10:03 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015