Massonların qadağan etdiyi - TopicsExpress



          

Massonların qadağan etdiyi texnologiya. ---------------------------------------------- Fizikaya aid material yazdığıma təəccüb etməyin. Əslində,mənim haqqında yazacağım texnologiya siyasi səbəblər ucbatından qadağan olunub. Bu Nikola Teslanın Azad Enerji (azaddirsa,mənlikdir :-) ) texnologiyasıdır. Teslanın texnologiyası efir nəzəriyyəsinə (Kainatın "boş" kimi qəbul etməyə öyrəşdiyimiz bütün hissəsini "efir" adlanan substansiya doldurur)əsaslandığından,hazırda tədris müəsissələrində bu nəzəriyyə yalnız onun inkarı momentində xatırlanır. Efir nəzəriyyəsinin inkarı Eynşteynin nisbilik nəzəriyyəsidir. Müəyyən mənbələrin verdiyi məlumata görə,Eynşteyn Nisbilik Nəzəriyyəsini massonların sifarişiylə hazırlayıb. Daha sonra isə,KIV-də süni qalmaqal yaradaraq,ictimaiyyət bu nəzəriyyəyə məcbur inandırılıb (kütləvi hipnoz). Efir Nəzəriyyəsini müdafiə edən alimlər fiziki olaraq aradan götürülüb. Teslanın ixtiraları efir küləyində rezonans yaratmaqla enerini mühitdən generatorun çıxış sarğısına qovmağa əsaslanır. Teslanın dediyi enerji isə,başqa bir şey yox,Günəş enerjisidir. Məlumdur ki,Günəş Yerə yüksək enerjili ( ve -) zərrəciklər şüalandırır. Müsbət enerjili zərrəcilər Ionosferdə tutularaq tormozlanır,mənfi enerililər isə,Yerə çatır. Bu,Yeri kondensatora çevirir və bu nəhəng kondensatorun enerjisi pulsuz olaraq hər yerdədir. Hesablamalara görə bu enerjini miqdarı 4.5 Meqavat/saniyədir. Yəni biz düzgün texnologiya ilə saniyə 4.5 meqavatt pulsuz enerji ala bilərik. Tesla Generatoru Tesla teransformatoru əsasında qurulur. Ilk olaraq transformatora verilən işəburaxma cərəyanıyla Tesla teranformatoru işə buraxılır. Onun yaratdığı yüksək tezlikli elektromaqnit dalğalarının təsiriylə transformatorun sağısı ikinci sarğı və mühit arasında rezonans yardır və ikinci sarğıya azad enerjini qovmağa başlayır. Generator elə qurulub ki,işəburaxma cərəyanı kəsildikdən sonra,generatorun çıxış sarğısına mühitdən (efirdən) qovulan eletrik enerjisi transformatorun rezonans sarğısını qidalandırmağa bəs edir. Sistem həyəcanlandıqdan sonra isə,sitemin (generatorun) verdiyi elektrik enerjisi həm onun özünü qidalandır,həm də işlədici qoşmağa imkan yaradaraq,praktiki olaraq PULSUZ ENERJI mənbəinə çevrilir. Bir faktı deyim : Tesla teransformatorunda ferrit içlik yoxdur,bu teransformator efir substansiyasını içlik kimi istifadə edərək,elek. enerjisinin transformasiyasını yaradır ki,bu da öz-özlüyündə bizim öyrəşdiyimiz kvant fizikası qanunlarıyla izah oluna bilmir. Ferrit içlikli transformatorlara aid qanunlar Tesla teransformatoruna TƏTBIQ OLUNA BILMƏZ,bu faktor bu iki ayrı-ayrı tipli transformatorlaın tam ayrı-ayrı qanunlarla işlədiyindən irəli gəlir. Efir Nəzəriyyəsi rəsmi elmlə inkar olunduqdan sonra,bu kimi texnologiyalar qadağan olunaraq,rəsmi olaraq onlara heç bir vəsait ayrılmadığından,texnologiyanın tədqiqi entuziastlar tərəfindən qeyri-laborator şəraitdə aparılır. Lakin,onu da qeyd edim ki,texnologiyaya aid qanunlar kəşf olunmasa da (əslində kəşf olunsa da,biz bu barədə bilə bilmərik,çüki,rəsmi elm bunu inkar edəcək) ,artıq Tesla generatorunun tam işçi nüsxələri yaradılıb. Bu gün InşAllah Fizika Elmləri doktoru olan dostumla görüşməliyəm,daha fərqli və potensial ideyalar vardır.
Posted on: Sat, 03 Aug 2013 05:26:06 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015