Messi: Ya maaşımı artırın, ya da gedirəm! Lionel Messi - TopicsExpress



          

Messi: Ya maaşımı artırın, ya da gedirəm! Lionel Messi “Barselona”da maaşının artırılması üçün səylərini davam etdirir. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı futbolçu və onun meneceri “Mançester Siti”, “Çelsi”və “Monako”dan gələn təklikləri klub rəhbərliyinin diqqətinə çatdırıb. Bildirilib ki, məhz bu təkliflər səbəbindən “Barselona” Messiyə güzəştə gedib onun gəlirini artırmalıdır, əks halda futbolçu adları çəkilən klubların təkliflərinə ciddi şəkildə baxa bilər. Xatırladaq ki, Messi bu ilin fevralında “Barselona” ilə müqavilənin müddətini 2018-ci ilə kimi uzadıb. Müqaviləyə əsasən, argentinalı vergiləri çıxmaqla, 11 milyon avro qazanır. Hazırkı gəlirinin artırılmayacağı halda Messinin bu mövsümün sonunda “Barselona”nı tərk edəcəyiiddia olunur.
Posted on: Sun, 01 Dec 2013 18:55:35 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015