Metro kartında 20 AZN gediş ola- ola, 1 AZN gediş - TopicsExpress



          

Metro kartında 20 AZN gediş ola- ola, 1 AZN gediş yükləmək istəyərkən camaatı növbədə saxladan da — BİZİK. Axşam bütün vaxtımızı internetə sərf edib dərs oxumayanda, səhər dərsə gedərkən metroda dərsi əzbərləyə-əzbərləyə gedəcəyimiz stansiyanı ötürən də — BİZİK. “ Kurtlar Vadisi Pusu serialı nümayiş etdiriləndən bəri filmin aktyorlarının bütün tərcümeyi halını, səhər necə durduqlarını, axşam nə etdiklərini və bütün şəkillərini Azərbaycana tanıdan da — BİZİK. Yolda Toy kortecinin yüksək sürətlə hərəkət etdiyini görüb, kartecə toy adamı kimi qoşulub DYP-dən keçməyi bacaran da — BİZİK. “Kurtlar Vadisi” serialı ilk dəfə nümayiş etdiriləndən sonra “Polat Alemdar” kimi kostyum geyinib şəhərdə ciddi gəzən də — BİZİK. Atasının yanında 5 yaşlı uşağa “balaca kişi, aton yaxşıdı, ya eşşəy?” sualını verən də — BİZİK. Sevgilimizə “sənə görə Facebook- u bağlayıram” deyib, sonradan 2 dənə əlavə profil açan da — BİZİK. Küçədə pişik görüb onun kimi “myyyaaaoo” səsin çıxardan da — BİZİK. (pişik də bizi başa düşür axı) Toyda təbrik üçün söz veriləndə, tamadadan da çox şeir deyən də — BİZİK. Hər dəfə bizi yada salan insanları yalnız işimiz düşəndə yada salan da — BİZİK.
Posted on: Sun, 22 Sep 2013 10:14:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015