Millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımını - TopicsExpress



          

Millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımını törədənlərin beynəlxalq məhkəməyə verilməsini təklif edib. Millət vəkili Qənirə Paşayeva parlamentin iclasında Ermənistanın işğal etdiyi Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımın dünyaya daha geniş çatdırılması və tanıdılması istiqamətində ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva və fondun vitse-presidenti Leyla Əliyevanın rəhbərliyi altında həyata keçirilən Xocalıya Ədalət Kompaniyası çərçivəsində, Azərbaycan Parlamenti, bır sıra dövlət qurumları və xaricdə yaşayan insanlarımızın da fəallığı nəticəsində görülən işlərin daha da genişləndiyini və bunun nəticəsində artıq dünyanın bir sıra ölkələrinin Xocalı Soyqırımı tanıdığını və onların sayının getdikcə artmasının, yəni ədalətin yanında olanların artmasının önəmli hadisə olduğunu deyib. Fevral ayı ərzində bəzi ölkələrdə Xocalı Soyqırımı ilə bağlı tədbir, konfranslarda iştirak etdiyini deyən millət vəkili Qənirə Paşayeva dünya ictimaiyyətinin Ermənistanın törətdiyi bu insanlıq əlehinə cinayəti barədə məlumatları hər ay, hər il daha da artır və bu Azərbaycanın bu istiqamətdə gördüyü işlərin nəticəsidir deyib. Amma Xocalı qoyqırımını törədənlər hələ də ədalət qarşısında cavab verməyib deyən millət vəkili Qənirə Paşayeva insanlığa qarşı bu cinayəti törədənlərin təkcə tarix deyil ədalət qarşısında cavab verməli olduqlarını deyib və onların beynəlxalq məhkəməyə verilməsinin vacibliyini vurğulayıb. Bu cinayəti törədənlər layiqli cəzalarını almalıdırlar deyən millət vəkili bildirib ki, bu istiqamətdə də addımların surətləndirilməsinə böyük ehtiyac var.
Posted on: Wed, 05 Mar 2014 09:46:48 +0000

Recently Viewed Topics




© 2015