Milyarderlərin “sirr”ləri Amerikalı ekspertlər dünyanın - TopicsExpress



          

Milyarderlərin “sirr”ləri Amerikalı ekspertlər dünyanın ən varlı insanlarının bəzilərindən müsahibə alaraq, onların uğur əldə etmələrinin, əsas fərqləndirici faktorlarını ortaya qoyublar. Bu mövzu ilə bağlı onlarla milyarder öz fikrini bildirmişdir. Bütün uğurlu insanlar boyunlarına alıblar ki, biznes fəaliyyətlərində ən azı bir dəfə də olsa səhvə yol vermiş, müflis olmuşlar. Lakin, özlərinə inam onları yollarına davam etməyə vadar etmişdir. Forbes jurnalının yazdığına görə – “Uğurlu insanların birinci sirri ondan ibarətdir ki, onlar uğursuzluqdan qorxmurlar.” Həqiqətən də insanların həyat tərzlərinə baxdıqda, bunun belə olduğunun bir daha şahidi olursan. Kasıb insanların demək olar ki, hamısı riskə getməkdən, nə isə itirməkdan qorxduqlarından həyatlarında nəzərə çarpacaq heç bir irəliləyiş etmirlər. Məhz buna görə də onlar, günü-gündən kasıblaşır, riskdən qorxmayan, yıxıldıqdan sonra bir də ayağa qalxıb yeriməkdən çəkinməyən insanlar isə günü-gündən varlanırlar. “Həqiqi varlı insanların ikinci sirri ondan ibarətdir ki, onlar yeni gəlir mənbələri ilə yaranmış problemlərin həllinə kreativ yanaşırlar” – deyə Forbes bildirir. Varlılara əldə etdikləri az görünür və onlar daha böyük uğurlar əldə etmək istəyirlər. Növbəti sirrin isə uğurlu evlilik olduğunu bütün varlı insanlar boyunlarına alırlar. Lakin, uğurlu evlilik dedikdə, heç də varlı bir ailənin qızını almağı nəzərdə tutmurlar. Onların dediklərinə görə “Mütləq olaraq elə bir qadınla evlənməlisən ki, o sənin bütün işlərində sənə dəstək olmaqla yanaşı, sənin uğur əldə edərək yüksəklərə qalxacağına səmimi qəlbdən inanmalıdır.” Ona görə də, evlənməmişdən öncə gələcək həyat yoldaşınızı varlı olub olmamasına baxmayın, əksinə sizi qədər yüksəkdə gördüyünü və görmək istədiyini öyrənin. Ümid edirəm bir çoxunuz bu sirrləri bilir və bunlara əməl edir. Bilməyənlər isə öyrənsin. Uğurlar!
Posted on: Mon, 08 Jul 2013 19:22:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015