Monteneqroda Azərbaycandakı siyasi vəziyyətdən - TopicsExpress



          

Monteneqroda Azərbaycandakı siyasi vəziyyətdən danışılıb Cəsur Sümərinli: “Beynəlxalq təşkilatlar Azərbaycanın mövcud rəhbərliyinə qarşı təzyiqləri artırmalıdır” “Azərbaycan hakimiyyəti sosial şəbəkələr üzərində nəzarəti gücləndirməkdə davam edir. Təsadüfi deyil ki, sosial şəbəkələrdə məhz aktiv fəaliyyətlərinə görə xeyli sayda gənc həbsdədir”. Bunu Monteneqroda keçirilən REACT – Regional Avro Atlantik Konfransında “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli bəyan edib. Tədbirə 25 ölkədən 125 gənc activist, QHT nümayəndəsi, media təmsilçiləri, siyasətçilər, diplomatlar, hərbçilər və ekspertlər qatılıb. “Azərbaycanın demokratikləşməsində Facebook-un rolu” adlı məruzəsində Cəsur Sümərinli bəyan edib ki, bu gün Azərbaycanda sosial şəbəkə saytları (SNS – Sosial Network Sites) ölkə cəmiyyətinin toparlanmasında çox vacib rola malik olmaqdadır. “Ərəb Baharı” hadisələrindən sonra Azərbaycanda Facebook, Twitter və Youtube kimi sosial şəbəkələr populyarlıq qazandı” deyən C.Sümərinlinin sözlərinə görə, müasir demokratiyalarda siyasi hərəkatların ümumilikdə 3 əsas elementi mövcuddur və bunlar aşağıdakılardır: gənclərin dominant rolu, partiyaların əsas təşkilatçılar kimi mövcud olmaması və siyasi aksiyaların əsas vasitəsi kimi sosial mediadan istifadənin geniş yayılması. C.Sümərinlinin sözlərinə görə, 2013-cü ildə Facebook vasitəsilə planlaşdırılmış etiraz aksiyaları çox effektli olub və bu aksiyaların nəticəsi olaraq hökumət regionlarda bir sıra dəyişikliklər etməyə məcbur olub. Eyni zamanda, C.Sümərinli hesab edir ki, bir sıra hallarda sosial şəbəkələr hökumətyönlü istifadəçilər tərəfindən müstəqil jurnalistlərə və müxalifət nümayəndələrinə qarşı qarayaxma kampaniyası vasitəsi kimi istifadə olunur. C.Sümərinli tanınmış jurnalist Xədicə İsmayılovanın gizli olaraq çəkilmiş videosunun sosial şəbəkələrdə hökumətyönlü istifadəçilər tərəfindən yayıldığını qeyd edib. Ölkədəki siyasi vəziyyətdən danışan Cəsur Sümərinli REAL Hərəkatının sədri İlqar Məmmədovun və Müsavat partiyası başqanının müşaviri Tofiq Yaqublunun həbsindən danışıb. Onun sözlərinə görə, hökumət əsassız olaraq onları İsmayıllı hadisələrinin təşkil olmasında günahlandırır. “Lakin hamıya aydındır ki, həbsin kökündə siyasət, xüsusilə də İlqar Məmmədovun president seçkilərində İlham Əliyevə əsas rəqib olmaq perspektivi durub”, - deyə C.Sümərinli bildirib. C.Sümərinli qeyd edib ki, 2013-cü ildə Facebook vasitəsilə effekli olaraq planlaşdırılan etiraz aksiyalarının keçirilməsindən sonra hökumət gənclərə qarşı hücuma keçib və onların bir çoxu hazırda həbsdədirlər. “Doktrina” JHAM rəhbəri Azərbaycanda online ifadə azadlığına olan əngəllərdən danışıb və bununla bağlı olaraq Cinayət Məcəlləsinə bu yaxınlarda edilmiş dəyişiklikləri xüsusi olaraq vurğulayıb. Onun sözlərinə görə, artıq bu dəyişiklik həyata keçib və bu yaxınlarda bir nəfər məhz sosial şəbəkələrdə yazdığı fikrə görə cəzalandırılıb. C.Sümərinli qeyd edib ki, bu gün Azərbaycanın demokratikləşməsi yolunda sosial şəbəkələrin, xüsusilə də Facebook-un xüsusi rolu var. Onun gözləntilərinə görə, president seçkilərindən sonra mövcud Azərbaycan hökuməti sosial şəbəkə saytlarının siyasiləşməsinə qarşı fəaliyyətini davam etdirə, xeyli aktiv istifadəçini cəzalandıra və həbsxanaya sala bilər. C.Sümərinli vurğulayıb ki, Azərbaycanın mövcud hakimiyyəti ölkədə söz və ifadə azadlığına qarşı təqiblərini davam etdirir və bu yolda sosial şəbəkələrdə fəaliyyəti nəzarət altına almaq yolu seçib. C.Sümərinli bildirib ki, beynəlxalq təşkilatlar Azərbaycanın mövcud rəhbərliyinə qarşı təzyiqləri artmalıdır və bu təzyiqlər həbsdə olan siyasi məhbusların, gənc aktivistlərin tezliklə azadlığa buraxılması məqsədini hədəfləməlidir. Onun sözlərinə görə, Avropa Məhkəməsi məhz online fəaliyyətinə görə məhkum olunmuşların işi üzrə ayrıca araşdırma və fəaliyyət mexanizminə malik olmalıdır. Eyni zamanda C.Sümərinli təklif edib ki, beynəlxalq ictimaiyyət gənc aktivistlərin fəaliyyətinə davamlı dəstəyini ifadə etməlidir. “Doktrina” JHAM İnformasiya Departamenti
Posted on: Mon, 02 Sep 2013 21:10:11 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015