Mustafa Kamal Atatürk 1924-cü ildə Kars şəhərinə gəlir. - TopicsExpress



          

Mustafa Kamal Atatürk 1924-cü ildə Kars şəhərinə gəlir. Şəhərin girəcəyində onu şəhər rəhbərliyi və çox sayda yerli sakinlər qarşılayır. Yerli sakinlərdən biri, milliyətcə azərbaycanlı olan bir kişi irəli çıxaraq Atatürkü salamlayır və onu məmləkətin xilaskarı adlandırır. Eyni zamanda ən ağır zamanlarda Kars əəhalisinin onu müdafiə etdiyini bildirir. Atatürk onunla söhbət edir, böyük ailəsi və çətinlik içində yaşadığını bilərək öz imzası ilə onun adına böyük məbləğə bank çeki yazır. Hadisənin üstündən on illər keçəndən sonra jurnalistlər o kişini tapıb, onun sonrakı taleyi ilə maraqlanmaq qərarına gəlirlər. Soraqlaşaraq onun evini tapırlar. Ancaq gözlədiklərinin əksinə olaraq onun evi çox kasıb olur. Kişi əldən düşmüş və qocalmış olur. Jurnalistlər ondan Atarürkün öz əli yazdığı böyük məbləği nəyə sərf etdiyi soruşurlar. Kişi onları öz kasıb evinə dəvət edir və divardan asılmış bir çərçivəni göstərir. Çərçivədə, şüşənin altında Atarükün imzası olan bank çeki var idi. Kişi təəccüblə baxan jurnalistlərə deyir : - Mən Atatürkün imzasını heç bir pula dəyişmərəm.
Posted on: Wed, 20 Nov 2013 18:39:09 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015