Münaqişə Cənubi Qafqazın iki dövləti arasındakı - TopicsExpress



          

Münaqişə Cənubi Qafqazın iki dövləti arasındakı münaqişə 1988-ci ildə, Ermənistanın Azərbaycana ərazi iddiaları şəklində başlayıb. Azərbaycan 20% ərazisi – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ona yaxın 7 inzibati rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər arasında atəşkəs imzalanıb və Rusiya, Fransa və ABŞ kimi dövlətlərin həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun vasitəçiliyi altında başlanılan sülh danışıqları hələ də uğursuz şəkildə davam edir. İşğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması haqda BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə Ermənistan tərəfindən icra edilməmiş olaraq qalır. Müharibə illərində Azərbaycana böyük maddi və mənəvi zərər dəymiş, çoxu günahsız dinc sakin olan 30 min azərbaycanlı ermənilər tərəfindən qətl edilmiş, bir milyona yaxın insan qaçqın və məcburi köçkünə çevrilmişdir. İşğal edilmiş ərazilərdə 600 məktəb, 65 peşə məktəbi və 700 səhiyyə obyekti Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.
Posted on: Sat, 29 Jun 2013 18:27:29 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015