Mütləq oxuyun! C.Həsənli qərbli oxucuya Qarabağ - TopicsExpress



          

Mütləq oxuyun! C.Həsənli qərbli oxucuya Qarabağ düyününü necə açmağa hazırlaşması barədə müfəssəl məlumat verib. O, Azərbaycanla Ermənistanla açıq sülh prosesinə qoşulmağa çağırıb. Lakin bu da hələ hamısı deyil. Müxalifətin vahid namizədi yazısının növbəti abzasında Dağlıq Qarabağı nə az, nə çox - birbaşa “MÜBAHİSƏLİ ƏRAZİ” adlandırır!!! Xahiş olunur ki, diqqətlə oxuyasınız. Mətni “Guardian”da getdiyi kimi, orijinalda necə varsa elə veririk ki, sonra tənqidçilərin mümkün spekulyasiya bəhanələri də olmasın: “The problem of the disputed Karabakh region remains unresolved and hundreds of thousands of Azerbaijanis are unable to return to their homes”. Beləliklə, müxalifətin vahid namizədi Dağlıq Qarabağı “mübahisəli ərazi” adlandırmaqla Azərbaycanın ərazi bütövlüyü ideyasının özünü şübhə altına salır. Belə deyilmi? Bu isə birbaşa səsvermə ərəfəsində baş verir. Bütün narazıların, bütün müxalifətin öz ümid və gözləntilərini bu tarixçi-alimə, professora bağladığı bir vaxtda...
Posted on: Tue, 08 Oct 2013 18:47:14 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015